Cümə axşamı, 12 Dekabr, 2019
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 24-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə...
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən, rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb. Bu barədə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, görüş zamanı o R.Səfərovun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Rüfət özünü...
Azərbaycanda dini fanatizm və radikalizm zəminində məcburi dini etiqada, dini mərasim keçirməyə, dini cərəyana qoşulmağa, dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunur. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində...
Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar-əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaq. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati...
Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb. Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və iclas qeyri-müəyyən...
''Akif Çovdarovun səhhətində problemlər həbsdə olan müddətdə baş verməyib''. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır. Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib. Rəis müavini bildirib ki,...
Şair Saday Şəkərli barəsində olan hökmdən kassasiya şikayəti verib. Bu barədə şairin vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, şikayət Ali Məhkəməyə təqdim edilib. Kassasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti...
Tətbiq edilən məhdudiyyət müddəti hər il mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə saat 07:30-dan saat 20:00-dəkdir. Rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə nəzarət yenidən gücləndirilib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda qeyd olunur ki, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda...
Binəqədi Rayon Məşğulluq Mərkəzindən işsizlik müavinəti ala bilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aclıq edən Aqşin Beynəlmiləl istəyinə nail olub. Nazirlikdən bildirilib ki, ona işsizlik müavinəti veriləcək. 9 gündür qanuni haqqını tələb edən 26 yaşlı gənc, bu müddət ərzində hər gün səhər 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığındakı parka...
Bu gün Bakı Apellyasiya Məhkəməsi jurnalist Fikrət Fərəməzoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb. Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, hakim Əflatun Qasımov Nərimanov Rayon Məhkəməsinin qərarının əsaslı olduğu qənaətinə gəlib, qərarı qüvvədə saxlayıb. Vəkil apellyasiya instansiyasının qərarını qanunsuz adlandıraraq, ondan Avropa İnsan Hüquqları Məhkəməsinə...