Çərşənbə, 27 Yanvar, 2021
Vəkillər Kollegiyasından uzaqlaşdırılan Əlayif Həsənovun bu quruma qarşı iddiası üzrə məhkəmə yekunlaşıb. 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun qərarına əsasən, hüquqşünasın iddiası təmin olunmayıb. Bu barədə "Azadlıq" qəzeti məlumat verib. Ə.Həsənov bildirib ki, qərardan apellyasiya şikayəti verəcək. Əgər yerli məhkəmələr bu işə obyektiv baxıb, ədalətli qərar çıxarmasalar, Avropa...
Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. APA-nın məlumatına görə,  171 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla "Shacman" markalı yük maşını toqquşub. Nəticədə yük maşını yoldan çıxıb, avtobus isə aşıb. Qəza nəticəsində 21 nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinik xəstəxanasına...
"Ali məktəblərə qəbul imtahanlarının pullu sistemə keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin təklifi Azərbaycan Konstitusiyasına ziddir". Bunu Sivil Toplum Platformasının üzvü, hüquq sahəsi üzrə ekspert Ələsgər Məmmədli Turan-ın müxbirilə söhbətində bildirib. Qəbul imtahanlarına görə ödənişin tətbiq olunması dövlətin Konstitusiya ilə müəyyən edilmiş sosial funksiyalarına ziddir.  İmtahanların verilməsi üçün...
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək". Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 15-də keçirdiyi mətbuat konfransında deyib. "Report"un məlumatına görə M.Abbaszadə qeyd edib ki, imtahanların pullu olması iştirakçıların sayının azalmasına heç bir təsir göstərməyəcək: "Çünki bu məsələlərlə bağlı çox...
Alimlər insan DNK-nın dəyişməyin yolunu tapıblar. Bu kəşf bizi bir çox xəstəlikdən xilas edə bilər. Lakin bu 2016-cı ilin ilk yarısında baş vermiş kəşflərdən yalnız biridir. Bu il ərzində insan sağlamlığı baxımından ən vacib 5 ixtiranı sizlərə təqdim edirik. 1. ABŞ alimləri insan orqanlarını donuzun içində böyütməyə çalışırlar. Belə görünür...
"Azərbaycanda elektrik enerjisinin qiymətləri artmalı deyil. Əksinə qiymətlərin endirilməsində imkanlar var idi" Bunu ANS TV-də qonaq olan iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Ekspert elektrik enerjisinin endirim səbəbini belə izah edib: "Elektrik enerjisinin istehsalında istifadə olunan əsas xammal qazdır. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması eyni zamanda qazın qiymətinin düşməsinə gətirib çıxarır. Nəzərə alsaq...
2016-cı il 14 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Tarif Şurasının keçirdiyi iclasda müəyyənləşib ki, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,2 qəpikdən 4,3 qəpiyə,...
Təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının gələcəkdə ödənişli əsaslarla aparılması ilə bağlı təklifinə münasibət bildirib. Nazir jurnalistlərə deyib ki, burada bir neçə məsələ var, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır: "Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı...
İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində Meydan TV ilə əməkdaşlıqda günahlandırılan jurnalist Aytac Əhmədovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin şikayəti icraata götürməməyini haqlı sayıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsi jurnalist Aytac Əhmədovanın ölkədən çıxışına qadağa qoyub. Nəsimi Rayon Məhkəməsində iyunun 14-də keçirilən...
"Azərbaycanda hətta qapalı yerlərdə toplaşmaq, müzakirə aparmaq, dəyirmi masalar keçirmək maksiumum məhdudlaşdırılıb" "Azərbaycanda sərbəst toplaşmaq hüququnun icra vəziyyətində ciddi problemlər qalmaqda davam edir. Hökumətə bağlı olmayan müstəqil şəxslərin və qurumların hətta qapalı yerlərdə bir araya gəlib güncəl mövzularda müzakirələr aparmaq, dəyirmi masalar keçirmək, konfranslar təşkil etmək imkanları maksimum məhdudlaşdırılır". Bu fikirlər Sivil...