Çərşənbə axşamı, 18 May, 2021
1 saylı Bakı İstintaq Təcridxanası rəisinin işdən çıxarılması ilə bağlı məlumatlar öz təsdiqini tapıb. Belə ki, "Kürdəxanı" təcridxanasının rəisi Azər Seyidov vəzifəsindən azad edilib. Mətbuatda bu barədə məlumat yayılmışdı, lakin rəsmi açıqlama verilmirdi. Hazırda təcridxananın rəisi vəzifəsini təcridxanaya yeni rəis müavini təyin edilmiş Rəşid Səfərov müvəqqəti icra edir. Bu barədə Turan-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən...
Avqustun 3-də Azərbaycan məhkəməsi AzadlıqRadiosunun ona qarşı irəli sürülmüş vergi iddialarından şikayətinə baxacaq. Hakimiyyət 2014-cü ilin dekabrında məhz bu iddialara əsaslanaraq AzadlqRadiosunun Bakı bürosunu bağlayıb. “Kommersiya məhkəməsi bizə qarşı irəli sürülmüş iddiaların əsassızlığı barədə qərar çıxarmalı, prokuror ləngimədən Bakı bürosunun dondurulmuş bank hesablarının açılması, şirkətin 2014-cü ilin dekabrından müsadirə edilmiş möhür,...
Tərlan Məmmədova bazar günü səhər saatlarında vəfat edib Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib. Faktı Meydan TV-yə nəvəsi Könül Rzayeva təsdiqləyib. Onun sözlərinə görə, nənəsi bazar günü səhərə yaxın – saat 4 radələrində dünyasını dəyişib, günorta...
ANS Müstəqil Yayım və Media Şirkəti lisenziyasının ləğvi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu gün ANS Müstəqil Yayım və Media Şirkəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixli, 2-1(103) 1846 / 16 saylı qərarından kassasiya şikayətini təqdim...
Bu ilin ilk 6 ayı ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 102 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bu haqda məlumatı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş geniş müşavirədə Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov verib. O.Məmmədov çıxışı zamanı bildirib ki, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma...
Son məlumatlar yazının yuxarı hissəsində Xəbər verdiyimiz kimi, keçmiş siyasi məhbus Nigar Yaqublu vicdan məhbusu Seymur Həzi ilə evlənir. Amma bu gün baş tutmalı olan nikaha ASAN Xidmət tərəfindən problem yaradılır. Nigar Yaqublunun sözlərinə görə, ASAN Xidmətin nikah məmuru Ədliyyə Nazirliyinin bu gündən nikahların səyyar kəsilməsi ilə bağlı xidmətin fəaliyyətini dayandırması haqqında...
İmişli rayonunda meydana gələn zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib. Zəlzələ baş verən zaman Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb. İlk əldə edilən məlumatlara görə, rayonun Depo məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, hadisə yerli vaxtla saat 08.49-da baş...
Bir qrup müəllim təhsil sistemindəki problemlərlə bağlı saytımıza müraciət ünvanlayıb. Onlar müəllimlərin iş tapmamağından narazılıqlarını bildirirlər. Problemlər bağlı təhsil naziri Mikayıl Cabbarova açıq məktub yazıblar. Həmçinin onlar əsasən Gəncə, Sumqayıt, Qazax və Qəbələ regionlarında bir dənə də olsa vakant yerin ayrılmamğından şikayətçidirlər. Nazirə açıq məktubda müəllimlər xahiş edirlər ki, vakant yerlərin...
Sabah  Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir Sabah yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturunun gecə 20-23 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 21-23 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Avqustun 1-də Azərbaycanın...
Keçmiş “Sovetski” küçəsinin aşağısındakı köhnə tikililərdən ibarət məhəllələr 80% sökülüb. 20 hektardan çox sahədə hasarlanmış ərazi yaradılır, tezliklə burada ərazinin rekonstruksiyası üzrə işlər aparılacaq. Hazırda inşaatçılar 150 km. uzunluğunda yeni yol çəkirlər. Bu yol Dram Teatrının binasından şəhərin yuxarı hissəsinə gedəcək. Eyni zamanda köhnə küçələrin genişləndirilməsi işləri aparılır, onların hər biri...