Cümə, 25 İyun, 2021
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda baş vermiş hadisə nəticəsində zavodun iki əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı vəfat ediblər. Nazirlikdən verilən məlumata əsasən, iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib. Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin daha əvvəlki açıqlamalarında hadisə zamanı ölənlərin...
Xəbər verdiyimiz kimi, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb. Sosial şəbəkələrdə partlayış ilə bağlı yeni videogörüntülər yayılıb.
Hesablama Palatası “Azərbaycan Hava Yolları” QSC-də ( AZAL) Vergilər Nazirliyi ilə birgə apardığı yoxlamanın nəticələrini açıqlayıb. Yoxlama 2011-2013-cü illərdə AZAL-ın gəlirlərinin hesablanılması, dövlət büdcəsinə ödənilməsi və dövlət əmlakından istifadə olunması vəziyyət ilə bağlı aparılıb. Hesabata görə, audit müəyyən edib ki, aviaşirkətlərə reaktiv yanacaq satışı zamanı vergi rejimi pozulub, dövlət büdcəsinə mənfəət...
Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Buna da bax: Şirvanda Araz zavodunda partlayış (video) Sərəncama əsasən baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə MSN-nin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı...
Müdafiə Sənayesi Nazirliyi Şirvanda zavodda meydana gələn partlayışla bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata əsasən, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib. Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər. Fasilələrlə yaranan partlayış səslərinin səbəbi...
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında reallaşdırılan “Pilot layihə” çərçivəsində yararsız vəziyyətə düşən 1 000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, 1 mln. kv. metrə yaxın yaşayış sahəsi tikilməlidir. Bu sözləri Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə keçirilən görüşdə...
İyulun 25-də Nəsimi rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qoyulan qadağadan verilən şikayətə baxılıb. Məsələ ilə bağlı vəkil Şəhla Hümbətova açıqlama edib. Vəkilin sözlərinə görə hakim Şəlalə Həsənova bu işə məhkəmə nəzarət qaydasında baxılmasını doğru hesab etməyərək şikayəti təmin etməyib. Sevinc Vaqifqızı sentyabrın 20-də Ukraynadan qayıdarkən Hava Limanında saxlanılıb və...
Müdafiə Sənayesi Nazirliyi Şirvanda yerləşən hərbi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb. Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək: "Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə...
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var. Məlumata görə ilk növbədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib. Qeyd edək ki, olay yerinə xeyli sayda təcili tibbi yardım avtomobili və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadalarının cəlb olunduğu bildirilir.  
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 27 məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Gimnaziyanın direktoru, Əməkdar Müəllim Nizami Əhmədov AZƏRTAC-a bildirib ki, gimnaziyada iki buraxılış sinfi olub. Təhsil müəssisəsini bu il təbiət fənləri üzrə 17, texniki fənlər üzrə isə 25 şagird bitirib. Onlardan 27-si ali məktəblərə qəbul imtahanlarında...