Cümə, 7 Oktyabr, 2022
Bu gün Bakı Apellyasiya Məhkəməsində blogger Aleksandr Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə "Report"a A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Onun sözlərinə görə, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə...
Aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək. Bu barədə Abzas.net-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya...
"Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdir". Abzas.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev Yasamal rayonu Abdulla...
Quba rayonu ərazisində sərnişin avtobusu aşıb. Quba rayon Mərkəzi xəstəxanasından Trend-ə verilən məlumata gör ə,hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib. Quba...
Sabah Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənve rilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir zəif duman, gecə və axşam isə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var....
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb. Vəkil bildirib ki, Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Məhkəmənin qərarına...
2017-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,6% üstələyərək 7,9 mlrd. manata bərabər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 4 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların...
Qeyri-müntəzəm sərnişin daşımaları təşkil edilərkən daşıyıcılar avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Nazirlər Kabineti bununla bağlı “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib. İndiyədək daşıyıcılar sərnişinlərin daşınmasına dair təhlükəsizlik tələbləri, habelə sürücülər üçün müəyyən olunmuş istirahət və iş rejimi nəzərə...
Baş Prokurorluq Səbail rayonundakı istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda)...
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” qərar verib. Abzas.net PA-ya istinadən bildirir ki, qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün...