Cümə, 24 Sentyabr, 2021
Müəyyən dövrlərdə bu mövzu aktuallığı ilə gündəmə gəlib, ictimaiyyət nümayəndələrinin müzakirələrinə səbəb olub. Son günlər yenə "Azərbaycanda dövlət büdcəsi hesabına rus dilində təhsil olmalıdı, yoxsa yox?" əsas müzakirə mövzularından birinə çevrilib   Müzakirəyə səbəb isə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə diplomatı Eleonora Mitrofanovanın qonşu ölkələrdə rus dilinə hüquqi status...
Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un xəbərinə görə, 26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb. Nəticədə sürücü Əli Hacıyev və avtomobildə...
Bayıl qəsəbəsinə suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Azərsu" ASC-nin mətbuat xidməti məlumat verib. Bildirilir ki, Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədar martın 9-da 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Ölkə ərazisində mayın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Abzas.net-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi mayın 11-i gündüzdən 12-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub,...
“Mədəniyyət haqqında” qanuna dəyişiklik edilir. Milli Məclisdən verilən məlumata görə, nəzərdə tutulan yeni dəyişiklikdə 24,4-cü maddənin qanundan çıxarılması təklif edilir. Həmin maddəyə görə, peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, həmin...
"Bu 8 yaşlı yaraşıqlı oğlanı bir neçə gün öncə Xətai Estetik Klinikasında boğaz-burundakı əti kəsmək üçün əməliyyat ediblər. Amma artıq ət əvəzinə, arterial damarını kəsiblər. Damarı yandırıb yapışdırıblar. Dünən öskürəndə damar açılıb və uşaq qanaxmadan qısa vaxtda dünyasını dəyişib". Bunu Emil Əmiraslanov özünün Facebook statusunda yazıb. Onun sözlərinə görə, 8...
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov işə çıxıb. “Report”un xəbərinə görə, məşhur hakimin ay yarım əvvəl başlamış müalicə kursu başa çatıb. Qeyd edək ki, 67 yaşlı hakim keçən ilin dekabrında Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, iki həftə sonra evə buraxılmışdı. Onun müalicəsi ev şəraitində davam etdirilirdi.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar  və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub. Abzas.net Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun...
Gəncədə yerləşən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında intihar hadisəsinin baş verdiyi deyilir. Bu barədə APA xəbər yayıb. Məlumata görə, Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Şükürov Ruslan Nurəddin oğlu təcridxanada özünü asaraq intihar edib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir. Ruslan Şükürov Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli...