Cümə, 20 May, 2022
Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-yə üzv ölkələrin səfirlikləri iştrakı ilə “Avropa Şəhərciyi 2016” festivalı keçirilib. Tədbiri Aİ-nin Azərbaycandakı səfiri Malena Mard açıb və bildirib ki, bu il Aİ Azərbaycanla tərəfdaşlığın 25 illiyini qeyd edir. Bu tərəfdaşlıq hər şeydən əvvəl insanlar arasında əlaqələrə və ünsiyyətə əsaslanır. Onun sözlərinə görə,...
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi daha bir zirehli avtomobilin satışına başlanacaq. Trend-in məlumatına görə, "İldırım" adlanan zirehli döyüş maşınının satışına 2017-ci ildən başlamaq nəzərdə tutulur. Avtomobil 31 dərəcədə qalxır, 38 dərəcə bucaq altında enir. Çəkisi adi vəziyyətdə 13 ton, döyüş vəziyyətində isə 15,5 tondur. Döyüş maşını 12 nəfərlik heyətlə hərəkət edir....
Bu gün bloqqer Mehman Hüseynov Bakı Şəhər Polis İdarəsinə çağırılıb. İdarədə onunla 1 saata yaxın söhbət edilib.  Bu barədə Mehman Hüseynov sosial şəbəkədə açıqlama yayıb. O, idarəyə bəzənib getdiyini bildirib: "Rəisin otağına girən kimi şalvarın ciblərini çölə çıxartdım, oturdum onunla üzbəüz. Polis işçisi gülərək sual verir ki şalvarın cibini niyə belə edibsən?...
Nardaran sakininin evində qumbara tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Ağasalam Ağarzayevin evinə baxış zamanı oradan “F-1” qumbarası  aşkar edilərək götürülüb.
Dünən Sumqayıtda 2-ci kvartal adlanan ərazidə yağışda işləyən fəhlələr 5-ci mərtəbədən yıxılıblar. Videonu göndərən izləyicinin verdiyi məlumata görə, fəhlələrdən biri xəstəxanada keçinib, digəri isə reanimasiya şöbəsində yatır. Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında baş həkimin müavini Elçin Quliyev hadisə ilə bağlı açıqlama verib: "Əliyev Murad Aydın oğlu 28 sentyabr saat 18.35 radələrində xəstəxanaya gətirilib....
Videonu göndərən izləyici bildirir ki, Sumqayıtda 2-ci kvartal adlanan ərazidə yağışda işləyən fəhlələr damdan yıxılıblar və onlardan biri yerindəcə keçinib, biri isə xəstəxanaya aparılıb. Qeyd edək ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının qəbul şöbəsindən fəhlənin ölməsini təsdiqləməyiblər.
"İyulun 14-dən Sumqayıtda 200-dən çox binanın dam örtükləri söküldü. Guya yeni dam örtüyü vuracaqdılar, iki aydan çox zaman keçməsinə baxmayaraq bir çox binalarda dam örtükləri hələ də vurulmayıb". Bu sözləri problemlə bağlı Abzas.net-ə şikayət ünvanlayan Süheyla Bayramova deyir. Onun sözlərinə görə, yağış yağdıqdan sonra bir çox evi su basıb. Sakinlər mövzu ilə bağlı...
Bu gün Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində yerləşən 28 May qəsəbəsinin sakinləri magistral yolu bağlayıblar. Bu barədə aksiya iştirakçıları məlumat veriblər. Onlar işsizlikdən şikayətçi olduqlarını, imkansızlıqdan kommunal xərcləri ödəyə bilmədiklərini bildiriblər. Aksiya iştirakçıları qeyd edib ki, qəsəbədə ara yolları hələ də asfaltlanmayıb, sentyabrın 28-də yağan yağışlar onlara ciddi problemlər yaradıb. Aksiyaçılar magistral yolu 1 saata yaxın bağlı...
Bakıda «8-ci kilometr» adlanan ərazidə, konkret olaraq, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanında meyvə-tərəvəz bazarı var. Sən demə, bu məşhur meyvə-tərəvəz bazarı elə məşhur generalların da yaxınlarına məxsus imiş – keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova və nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş...
“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb. Bu barədə məlumat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən verilib. Məlumatda qeyd edilib ki, bu addım radionun borcu olduğuna görə atılıb. Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: “Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması...