Cümə, 20 May, 2022
“Sentyabrın 26-sı axşamdan Naxçıvan Təhlükəsizlik Xidməti məni narahat edir”. Bunu Turan-a Naxçıvanda fəaliyyət göstərən müstəqil jurnalsit və hüquq müdafiəçisi Eldostu Mehdiyev bildirib. O, narahat edilməsinə səbəb kimi sentyabrın 26-da keçirilən Konstitusiyaya dəyişikliklərə dair referendumda seçki pozuntuları barədə faktları sosial şəbəkəyə yerləşdirməsini göstərir: “Gecə saat 02:00-da zəng ediblər. Bu gün bizə gələcəklərini deyiblər....
Azərbaycanda dini televiziyanın yaradılması təklif olunur. Bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə səsləndirib. Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: “Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də...
Kliniki Tibbi Mərkəzin I cərrahiyyə şöbəsinin həkimi Qafar İsgəndərov prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. Məktubda Səhiyyə sistemində mövcud olan problemlər həkim tərəfindən qabardılıb. Müraciətdə dövlətin ayırdığı pulların müxtəlif yollarla mənimsənildiyi, islahatların qaçınılmaz olduğu qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Kliniki Tibbi Mərkəzin I cərrahiyyə şöbəsinin həkimi Qafar İsgəndərov tərəfindən AÇIQ MƏKTUB  Möhtərəm...
"Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Azərbaycan, Gürcüstan və Ermənistanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (sentyabrın 25-dək) 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 272 hərbi qulluqçusunu itirib. Onların 209 nəfəri atəşkəs pozuntusu (o cümlədən...
“Kütləvi informasiya vasitələrində səhhətimlə bağlı verdiyiniz müsahibə dərc olunub. Müsahibənizdə səhhətimin normal olduğunu və hər həftə həkim-kordioloq tərfindən müayinə olunduğumu göstərmisiniz. Həmin yalan dolu müsahibəni hansı məqsədlə və kimlərin sifarişi ilə verdiyinizi yaxşı bilirəm”. Bu barədə musavat.com məlumat yayıb.   Bu fikirləri həbsdə olan keçmiş MTN generalı Akif Çovdarov Ədliyyə Nazirliyinin Baş Tibb...
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkının administrasiyasının tərəfdaşlığı ilə “Avropa Şəhərciyi 2016” festivalı keçirəcək. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi məlumat verib. Tədbir oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (Bulvarda) təşkil olunacaq. Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və...
1 saylı Bakı İnzibati-Iqtisadi Məhkəməsi "Hüquq Maarifçiliyi Cəmiyyəti" (HMC) İctimai Birliyinin qanunsuz hesablanmış əlavə vergi məbləğlərinin ləğv edilməsi barədə iddia ərizəsinə baxacaq. Bu haqda "Turan"a HMC-nin vəkillərindən Elçin Sadıqov məlumat verib. Vəkil sözügedən iddia üzrə icraatın iki il əvvəl dayandırıldığını yada salıb. "Biz vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi...
Masallıda pensiyaçılar etiraz aksiyası keçiriblər. Pensiyaların «Kapitalbank»ın bankomatlarından çəkə bilməyən sakinlər rayonun mərkəzi yolunu bağlayıblar. Bu haqda cənub bölgəsindən xəbərlər hazırlayan cenubnews.com xəbər verir. Xəbərdə bildirilir ki, pensiyaçıların əsas narazılığı bütün Masallı rayonu üzrə «Kapitalbank»ın cəmi 3 bankomatının olmasıdır. Sentyabrın 24-də həmin bankomatlardan cəmi ikisi işlək olub. Bu da bankomatlar qarşısında...
Talış folklorşünası İradə Məlikova sentyabrın 21-dən 22-nə keçən gecə Bakı hava limanında saxlanaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (BMCMİ) İdarəsinə aparılıb. Sentyabrın 23-ü səhər saatlarında isə “Talışı Sədo” qəzetinin əməkdaşı Vüqar Mustafayev BMCMİ-yə aparılıb. Bu haqda “Talışi Sədo” qəzetindən Azər Lerikli məlumat verib. Onun sözlərinə görə, hər iki şəxsi “Talışca-Türkcə”,...
Sentyabrın 22-də Sumqayıt Apellyasiya Məhkəməsində vəkil Əsabəli Mustafayevin ölkədən çıxışına ikinci qadağa qoyulması barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb. Bu barədə vəkil sosial şəbəkədə məlumat verib: "Halbuki arqumentlərim çox ciddi idi. Ən əsası isə Vergilər Nazirliyinin rəhbərlik etdiyim QHT-ə əlavə vergi hesablanması barədə qərardan şikayət verdiyim üçün qüvvəyə...