Cümə axşamı, 23 Sentyabr, 2021
Polşanın cənubundakı bir bölgə Avropa Birliyindən gələn maliyyəni itirmək təhlükəsi altında LGBT əleyhinə qətnaməni ləğv edib. Sventokşisk regional məclisi çərşənbə günü çağırdığı xüsusi iclasda ilk olaraq 2019-cu ildə onlarla Polşa bələdiyyəsi tərəfindən qəbul edilən qətnamənin ləğvinə səs verib. Polşadakı hər hansısa bir bölgənin "LGBT-dən azad zonalar" qərarından imtina etməsi ilk belə...
Liviyada 2020-ci il oktyabrın 20-də imzalanmış atəşkəs müqaviləsi ilə sonlanan daxili münaqişənin tərəflərindən biri olan maşral Xəlifə Həftar seçkilərdə iştirak etmək fikrinə düşüb.  General 24 dekabrda keçiriləcək seçkilərdə iştirakının önünü açmaq üçün bütün hərbi vəzifələrindən imtina edib. Hələlik namizədliyini rəsmən açıqlamasa da, yerli mətbuatın yazdıqlarına görə, bu qərar Həftarın seçki hazırlığı...
Litvanın Müdafiə Nazirliyi vətəndaşlara Çin istehsalı ağıllı telefonlardan imtina etmələri ilə bağlı çağırış edib. Nazirlik bu çağırışı Litva Milli Kibertəhlükəsizlik Mərkəzinin (NCSC) yaydığı hesabatdan sonra edib.  Müdafiə Nazirliyi buna səbəb kimi telefonda ifadə azadlığının məhudlaşdırılmasına yönəlik mexanizmanın quraşdırılmasını göstərib. Belə ki, Çinin Xiaomi şirkəti tərəfindən hazırlanan Mi 10T 5G telefonlarında senzura...
Namibiya sakinləri Almaniyadan 9 milyard dollar təzminat tələb edirlər. TASS xəbər verir ki, Afrika ölkəsinin paytaxtı Vindhukda müvafiq şüarlarla nümayiş keçirilib. Etirazçılar müstəmləkəçilik illərində Almaniyanın Namibiyada törətdikləri cinayətlərə görə ödəyəcəyi məbləğin dəfələrlə artırılmasını istəyiblər. Almaniya hökuməti təzminat olaraq 1.3 milyard dollar ödəməyi təklif edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Krım məsələsinə münasibət bildirib.  Türkiyə prezidenti deyib ki, Krımdakı seçkiləri tanımırlar və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi də açıqlama verərək, Krımda keçirilən seçkiləri tanımadıqlarını bildiriblər. Ərdoğanın açıqlamalarına isə Rusiyadan cavab gecikməyib. Rusiya...
Ukrayna Prezidenti Vladimir Zelenskinin birinci müşaviri Sergey Şefirə sui-qəsd olub. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə səhər saat 10:00 radələrində paytaxt Kiyevdə Lesniki bölgəsində baş verib. “Sergey Şefirə atəş açılıb. Onun sürücüsünə 3 güllə dəyib. Hazırda sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefir sağdır və yaralanmayıb”, -...
Avqustun 15-də Əfqanıstana nəzarəti ələ keçirən Taliban silahlı qruplaşması Birləşmiş Millətlər Təşkilatına (BMT) məktubla müraciət edib.  Məktubda bildirilib ki, Taliban BMT-nin iclaslarında iştirak etmək istəyir. Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra təyin olunan yeni xarici işlər naziri Əmir Xan Mütəqqinin BMT-yə ünvanladığı məktubda qeyd edilib ki, ümumi sessiyada ən çox müzakirə olunan...
Rusiya Federasiyası Çeçenistan Respublikasının lideri Ramazan Kadırov Amerika prezidenti Co Baydenin Çeçenistandakı cinsi azlıqlarla bağlı fikirlərinə cavab verib.  Kadırov özünün "Telegram" kanalında yazıb ki, Baydenin fikirləri qəribə və absurddur. "Bütün müsəlman dünyası qəzəblidir. Dünyanın baş bəlası, təcavüzkar ölkənin Əfqanıstandan əsgərlərini utancverici şəkildə geri çəkən lideri Bayden heç bir səbəb olmadan Çeçenistanı...
2021-ci ildə ildə Birləşmiş Krallıqda doğum əmsalının kəskin aşağı düşməsi nəticəsində “uşaq çatışmazlığı” yaşanır. Britaniyanın Sosial Marketinq Fondu bu barədə maraqlı araşdırma aparıb. Araşdırmaya əsasən, yeni doğulan körpələrin azlığı perspektivdə iqtisadiyyat üçün də ciddi təhdidə çevrilib. Yayılan rəqəmlər göstərir ki, 1964-cü ildə hər qadına düşən yeni doğulan körpə sayı 2.93 olduğu halda,...
Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles Əfqanıstanda xidmət edən britaniya əsgərlərinin tərcüməçisi olan 250-dən çox əfqanın məlumatlarının sızması ilə əlaqədar araşdırma başladıb. Talibanın nəzarəti ələ keçirməsindən sonra ölkədən qaçaraq Britaniyaya sığınmaq üçün gözləyən tərcüməçilərin bəziləri hələ də Əfqanıstanda gizlənir. Bir qismi isə üçüncü ölkələrə getməyə müvəffəq olub. Əfqan tərcüməçilərin adları, əlaqə...