Cümə, 24 Mart, 2023
Rusiya qüvvələri Ukraynanın Qara dənizdəı yerləşən İlan adasından təxliyə olunub və güman ki, adanı tam tərk edib. Liga.net saytı xəbər verir ki, bu barədə Ukrayna Ordusunun “Cənub” Operativ Komandanlığı açıqlama yayıb. Gecə Ukrayna qüvvələrinin adaya raket və artilleriya zərbələrin endirdiyini açıqlayan komandanlıq Rusiya qüvvələrinin 2 katerlə adadan təxliyə edildiyini bildirib. Rusiya ordusu...
NATO müttəfiqləri işğalçıya qarşı mübarizədə Ukraynaya ciddi hərbi və maliyyə yardımı göstərməyə davam edəcək. Bu barədə çərşənbə günü Pentaqonun Madrid sammitinin birinci iş gününün yekunlarına dair məlumatında deyilir. NATO liderləri Ukrayna üçün təhlükəsiz rabitə, yanacaq, tibbi ləvazimatlar, zirehlər, minalarla mübarizə üçün avadanlıqlar, kimyəvi və bioloji təhdidlər və yüzlərlə portativ pilotsuz uçuş...
Rusiyanın Kremençuqdakı ticarət mərkəzinə raket hücumu ilə bağlı Ukraynanın tələbi əsasında çağırılan BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda fövqəladə iclası keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Şurasına videobağlantı vasitəsilə müraciət edib. O, Moskvanın bu təşkilatın fundamental prinsiplərini və bütövlükdə beynəlxalq hüquqi nizamı daim pozmasını əsas gətirərək, Rusiyanı Baş Assambleyada səsvermə hüququndan və...
Polşada LGBTQI+ hüquqları müdafiəçiləri məhkəmənin dörd şəhərin "LGBT-dən azad zona" statusundan imtina etməsinə dair qərarını qeyd edirlər. Polşanın Ali Apellyasiya Məhkəməsi dörd bələdiyyənin mübahisəli qərarlarla bağlı şikayətini rədd edib. İstebna, Klvov, Osik və Serniki şəhərlərinə dair qərarlar sosial mediada Polşanın Homofobiyaya Qarşı Kampaniyası tərəfindən müsbət qarşılanıb. “Bugünkü qərar demokratiyanın, insan haqlarının və...
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb. Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə...
Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidentinin həyat yoldaşı Cill Bayden və qızı Eşli Bayden də daxil olmaqla, daha 25 Amerika vətəndaşını sanksiya siyahısına əlavə edib. Həmçinin “stop siyahısı”nda “rusofobik kursun formalaşmasında məsuliyyət daşıyan” senatorlar və alimlər, məsələn, Stenford Universitetinin professoru Frensis Fukuyama da var. Onların hamısının Rusiyaya girişi qadağan edilib. Xarici...
Ötən bazar günü Kiyevə endirilən raket zərbələrindən biri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib. Raket yaxınlıqdakı yaşayış binasına düşüb, zərbə dalğası isə binanın pəncərələrini qırıb və divarlarına zərər verib. Orada yerləşən böyük yaşayış kompleksinin raket atəşinə məruz qalması nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan biri altı...
Ukraynadakı müharibədə böyük canlı itkilər verən Rusiya ordusu ciddi problemlə üzləşib. Bu barədə AzadlıqRadiosunun müxbirləri yazırlar. Rusiya canlı qüvvə problemini əsasən Şimali Qafqazdakı və başqa yerlərdəki milli azlıqların hesabına həll etməyə çalışır. Bu da qeyd olunur ki, milli azlıqlardan cəlb olunan səfərbərlərə bəzən heç hərbi təlim də verilmir. Dağıstan, İnquşetiya və Kalmıkiya...
Milli fəallar İran Azərbaycanının Təbriz və Ərdəbil şəhərlərində broşura və pankartlar yayaraq, azərbaycanlı siyasi məhbusların azad edilməsini tələb edib. İnsan hüquqları müdafiəçilərinin sosial mediada yaydıqları xəbərə görə, milli fəalar Ərdəbil şəhərində türk siyasi məhbusların fotoşəkilləri və adları olan plakatlar asıblar. Ərdəbil şəhərinin bir istiqamətində yerləşdirilən plakatın üzərində tanınmış siyasi məhbus Abbas...
Rusiyanın müstəqil qəzeti – “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratovun hərraca çıxardığı Nobel Sülh Mükafatı medalı 103,5 milyon dollara satılıb. Muratovun daha öncə də bildirdiyi kimi hərracdan əldə onunan gəlir Ukrayna Qaçqınlar Fonduna ianə ediləcək. “Heritage Auctions” şirkəti hərracın qalibinin adını açıqlamayıb. Dmitri Muratov Nobel Sülh Mükafatını 2021-ci ildə “ifadə azadlığını qorumaq cəhdlərinə...