Rusiyanın Ukraynaya təcavüzü enerji və ərzaq qiymətlərində qlobal artıma, dolayısı ilə dünyanın bir çox ölkəsində inflyasiyanın dəfələrlə artmasına səbəb olub. Almaniya, Böyük Britaniya və ABŞ-da inflyasiya 40 il ərzində maksimuma çatıb. "Re:Russia" layihəsində dünya bazarındakı vəziyyətdən bəhs edilir, ayrı-ayrı ölkələrdəki vəziyyət "The Guardian" tərəfindən təsvir edilir.
"Re:Russia"-nın istinad etdiyi İqtisadi...
İyunun 20-də axşam saatlarında Tiflisin mərkəzində keçirilən mitinqə on minlərlə insan gəlib. Avropa İttifaqı ilə yaxınlaşma aksiyasının təşəbbüskarı müxalifətə yaxın “Sirtsxvilia” qeyri-hökumət təşkilatı olub.
“Sirtsxvilia” Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı, daha dəqiq iyunun 17-də Avropa Komissiyasının rəhbərliyi tərəfindən səsləndirilən Aİ tələblərinin hökumət tərəfindən yerinə yetirilməsi ilə bağlı şüarlardan başqa şüarlar...
Ukrayna Ali Radası 259 deputat 8 nəfərə qarşı olmaqla İstanbul Konvensiyasının lehinə səs verib.
Məişət zorakılığı, qadına qarşı zorakılıqla mübarizəyə yönələn konvensiya Ukrayna tərəfindən 2011-ci ildə imzalanıb.
Bundan əvvəl Ukraynadakı mühafizəkar və dindar qruplar sənəddə istifadə edilən “gender” sözünə görə, onun ratifikasiyasına qarşı çıxırdılar.
Konvensiyanın ratifikasiyasını bəzi üzv dövlətlər Ukraynanın Aİ-yə namizəd...
Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev Sankt-Peterburqa səfəri zamanı gözlənilməz bəyanatlar verib.
O, Putinlə görüşdə Qazaxıstanın qondarma DXR və LXR-i tanımadığını, onları kvazidövlət qurumları hesab etdiyini bildirib. “Bir millətin öz müqəddəratını təyin etmək hüququ bütün dünyada reallaşsa, onda Yer kürəsində 193 dövlət əvəzinə 500-600-dən çox dövlət yaranacaq. Bu, xaos olacaq”, - Tokayev vurğulayıb.
Tokayev...
Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci il iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq ediləcəyini açıqlayıb. Bu barədə Ukrayna liderinin sosial şəbəkələrində deyilir.
Zelenski deyib ki, o, hökumətə “milli təhlükəsizliyə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində” Rusiya vətəndaşlarının Ukrayna ərazisinə giriş rejiminə yenidən baxılması məsələsini hazırlamağı təklif edib.
Prezidentin sözlərinə görə,...
Çərşənbə günü Ağ Ev Ukraynaya gəmi əleyhinə komplekslər, artilleriya raketləri və haubitsa mərmiləri də daxil olmaqla, daha 1 mlrd. dollar dəyərində silah ayrıldığını elan edib, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.
"Bu gün səhər mən Rusiyanın Ukraynaya qarşı davam edən amansız müharibəsini müzakirə etmək üçün prezident Zelenski ilə danışdım. Birləşmiş Ştatların...
Ermənistan hökuməti dramın yenidən dəyər qazanması fonunda elektrik enerjisi və qazın qiymətlərinin endirilməsi ehtimalını istisna etmir. Bunu bu gün parlamentdə hökumət saatında baş nazirin müavini Mher Qriqoryan deyib.
Hökumətyönlü deputat Babken Tunyanın sualını cavablandıran baş nazirin müavini elektrik enerjisi və qaz tariflərinə yenidən baxılacağını istisna etməyib.
Hakim “Mülki müqavilə” fraksiyasının deputatı...
Türkiyə Milli Müdafiə Nazirliyi Rusiya ilə Ukrayna arasında müharibənin başlaması ilə baş vermiş taxıl böhranından çıxmaq üçün "qırmızı rabitə xətti" nin formalaşdırılması təşəbbüsü ilə çıxış edib.
Müdafiə Nazirliyindən bildiriblər ki, taxıl yükdaşımaları Ukrayna limanlarını tərk edə bilməz və bu da dünyanın bir sıra ölkələrində ciddi ərzaq böhranına səbəb olub. Vəziyyət...
Rusiya qüvvələri Ukraynanın sərt müqavimətinə baxmayaraq, Severodonetsk şəhərinin böyük hissəsinə nəzarət edirlər. Qərb ölkələrinin isə Kiyevə əlavə silah-sursat göndərişlərini elan edəcəyi gözlənir.
İyunun 15-də Rusiya Severodonetskdə yerləşən Azot kimyəvi zavodundakı Ukrayna hərbçilərini silahı yerə qoymağa çağırıb, zavoda sığınmış dinc sakinlərə “humanitar dəhliz” vəd edib. Ukrayna hələlik, Moskvanın təklifinə cavab verməyib.
Britaniya...
Türkiyənin milli hava yolları şirkətinin adı ingilis dilində "Turkish Airlines" versiyasından türk dilində "Türkiyə Hava Yolları" olaraq dəyişdiriləcək. “Sözcü” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“ artıq Turkey yox, Türkiyədir. Bundan sonra təyyarəmizin gövdəsində "Turkish Airlines" əvəzinə "Türkiyə Hava Yolları" yazacağıq”, - deyə Ərdoğan bildirib.
Rebrendinq Türkiyənin...