Понедельник, 12 апреля, 2021
Braziliya müxalifəti ölkənin ilk qadın prezidenti Dilma Rusefi vəzifəsindən uzaqlaşdırmaq üçün parlamentdə 513 deputatdan 367-nin səsini ala bilib. Konqresdə səsvermənin keçməsi üçün minimum 342 səsə ehtiyac var idi. Prezident mayın əvvəlində 81 üzvü olan senat qarşısında müdafiə çıxışı edəcək. Sonuncu mərhələdə isə senatda sadə səs çoxluğu ilə impiçment təklifi...
ABŞ-da respublikaçı prezidentliyə namizədlərdən Ted Kruz və Con Keysik digər namizəd, milyarder tikinti maqnatı Donald Trampa qarşı birləşirlər. ABŞ-da respublikaçıların prezidentliyə namizədlərindən biri Donald Tramp praymerilərdə eyni partiyadan olan rəqibləri Kruzu və Keysiki ittiham edib. Tramp onların növbəti 3 ştatda ona qarşı birləşdiklərini bildirib və buna həmin namizədlərin məcbur qaldıqlarını,...
Səudiyyə Ərəbistanında 40 mindən çox qadın onlara avtomobil sürməyə icazə verən Krallıq qanununun qüvvəyə minməsindən sonra 40 mindən çox qadın sürücülük vəsiqəsi alıb. "Saudi Gazette" nəşri xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti ölkənin müxtəlif rayonlarında qadınlara sürücülük öyrətmək üçün 14 yeni mərkəz açmaq niyyətindədir. 2018-ci ilin yayında Səudiyyə Ərəbistanında qadınlara sürücülük...
Fransa polisi Nitsa şəhərində baş verən terror hadisəsində 84 insanın həlak olduğunu, 18-i ağır olmaqla 100 çox insanın yaralandığını bildirib. Hadisəni törədənlər açıq rəngli yük maşınını Bastiliya Gününü qeyd edən izdihamın üstünə sürüblər. Maşını sürən terrorist yerli saatla 23:30-da Nitsanın bulvarında bayramla bağlı atəş-fəşanlığa yığılan insanların içinə girib. İnsanların toplaşdığı yerdə yük maşını təxminən...
Çili Nikolas Maduronun yeni prezidentlik müddətini tanımır və Venesuela ilə əlaqələri aşağı səviyyədə saxlayacaq. Bunu ölkənin xarici işlər naziri Roberto Ampuero deyib: "Bu gün Venesuelada demokratiya üçün qara gündür. Bu gün Maduro Venesuela demokratiyası üzərində bir məzar daşı ucaldıb". Ampuero "Lima qrupu"nun Venesuela ilə bağlı qəbul etdiyi bəyanata bir daha sadiq olduğunu bildirib:...
Qətərin paytaxtı Dohada OPEC və OPEC-ə daxil olmayan neft istehsalçılar arasında aparılan danışıqlar uğursuzluqla nəticələndikdən sonra neft qiymətləri kəskin aşağı düşüb. Belə ki, birjalar açılan kimi Brent nefti 5,5% ucuzlaşaraq 40,86 dollara, Qərbi Texas nefti isə 5,8% ucuzlaşaraq 38,15 dollara düşüb. Səudiyyə Ərəbistanı özünün neft hasilatını azaltması üçün bütün OPEC və...
1979-cu ilin 27 yanvarında İran İslam Respublikasının banisi və Birləşmiş Ştatları “Böyük İblis” adlandırmış ayətullah Xomeyni Washingtona məxfi məktub göndərmişdi. Kambiz Fəttahi / BBC Fars xidməti İran inqilabının lideri özünün Parisdəki sürgün evindən Carter administrasiyasına sövdələşmə təklif edirdi: İran hərbçiləri siz deyənə qulaq asırlar, İran xalqı mənim əmrlərinə əməl edir. Bu təklifdə söhbət...
Ukrayna və Rusiya ukraynalı pilot Nadejda Savçenkonun Ukrayna məhkəməsi tərəfindən məhkum olmuş iki rus zabitinə dəyişdirilərək azad edilməsinə dair razılıq əldə edib. VOA-nın xəbərinə görə həm Kiyev, həm Moskva bazar ertəsi günü Ukrayna prezidenti Petro Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti zamanı Savçenko və Rusiya zabitləri Aleksandr...
Roma bələdiyyə seçkilərinin ikinci tur səsvermələrində ilk qadın mer seçilə bilər. BBC-nin verdiyi məlumata görə, müxalif Beş Ulduz Hərəkatından olan Virginia Raggi solçu Demokrat Partiyasından (DP) Roberto Giachetti-yə rəqib kimi görünür. Onun qələbəsi İtaliyanın baş naziri Matteo Renziyə də zərbə olar. Çünki, onun DP partiyası İtaliyanın maliyyə kapitalı Milanda gücünü itirə və...
İranla Ermənistan arasında viza rejimi ləğv edilib. ANS-Pressin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan və İran vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək ölkənin ərazisində qala biləcəklər. İyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanmışdı. Razılaşma Ermənistan parlamentində ratifikasiya edilib.  İran və...