Cümə, 2 Dekabr, 2022
Sibirdə keçirilən məhkəmədə ittihamçı LGBT fəalı və rəssam Yuliya Svetkovaya üç il iki ay həbs cəzası tələb edib. Fəala qadın bədənini əks etdirən rəsmlərini internetdə yerləşdirdiyinə görə belə bir cəza istənilib. 29 yaşlı Svetkova sosial mediada “Vagina monoloqları” adlı səhifədə pornoqrafik material yerləşdirərək yaymaqda ittiham olunur. Səhifədə qadın cinsiyyət orqanının...
Avropa Komissiyası Moldova və Ukraynaya Aİ-yə namizəd ölkələr statusunun verilməsini tövsiyə edir. Gürcüstanla bağlı isə şübhələrin olduğu bildirilir. Bu barədə “Politico” yazır. Qəzet bir gün əvvəl baş vermiş müzakirələrlə tanış olan rəsmilərə istinadən yazır: “Komissiya üzvləri (...) son illərdə geniş siyasi iğtişaşlar və nəzərəçarpacaq demokratik reaksiya ilə üzləşən Gürcüstana daha...
Rusiyalı oliqarxların təyyarələri sanksiyalardan yayınaraq Avropa üzərində uçuşlarını davam etdirir. Ümumilikdə 30-a yaxın belə uçuş qeydə alınıb. Bu barədə Almaniyanın "Welt" nəşri məlumat yayıb. Martın ortalarında Britaniya hakimiyyəti milyarder Roman Abramoviçin dostu hesab edilən milyarder, "Millhouse" investisiya şirkətinin rəhbəri Yevgeni Şvidlerin təyyarəsinə həbs qoyub. Hələ həbs olunmazdan əvvəl onun təyyarəsi...
İsrail hazırda Türkiyədə olan vətəndaşlarına çağırış edib. Bu ölkənin Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İstanbuldan uzaq durmalarını, iyunun 13-də şəhəri tərk edib, ölkələrinə qayıtmalarını istəyib. Eyni zamanda, İran İslam Respublikasına xəbərdarlıq göndərərək, vətəndaşlarına zərər verməməyi söyləyib. Mayın 30-dan etibarən İsrail Türkiyəyə səyahət edən vətəndaşlarına tövsiyələrini kəskinləşdirib. Bildirib ki, İran Türkiyədə istirahət...
“Rusiya ordusu yaşayış məntəqələrini atəşə tutarkən dəfələrlə kasetli sursatlardan və idarəolunmayan raketlərdən istifadə edib. Bunların mülki əhaliyə qarşı istifadəsi hərbi cinayət sayılır”. Bu barədə “Amnesty International”ın hesabatında deyilir. Qurumun əməkdaşları aprel-may aylarında 14 gün ərzində Rusiyanın Xarkova 41 hücumunun təfərrüatını öyrənib. Bu hücumlar zamanı 62 nəfər həlak olub, 196 nəfər...
Ermənistan hakimiyyəti ağır təhqirləri dekriminallaşdırmaq qərarına gəlib. Bu barədə ötən cümə günü ədliyyə naziri Karen Andreasyan öz Facebook səhifəsində bildirib. İyulun 1-dən qüvvəyə minən yeni Cinayət Məcəlləsində ağır təhqirə görə məsuliyyət nəzərdə tutulmayacaq. Andreasyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə bir neçə idarələrarası müzakirələrdən sonra bu qanun pozuntusuna...
İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının iki zabiti Əli Kamani və Məhəmməd Abdus müəmmalı şəkildə ölüb. Bu barədə qvardiyaya yaxın mənbələr bildirib. İnqilab Keçikçiləri Qvardiyasının Mərkəz əyalətindəki qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin açıqlmasına əsasən Əli Kamani İranın Xomeyni şəhərində avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb. “Fars” xəbər agentliyi isə bildirib...
Dünyada nüvə silahı olan doqquz ölkə, o cümlədən Birləşmiş Ştatlar və Rusiya növbəti on il ərzində döyüş başlıqları arsenalını böyüdəcək və müasirləşdirəcək, bu isə “narahatedici tendensiya”dır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) iyunun 13-də illik hesabatında belə deyir. Qurum bildirir ki, ötən il döyüş başlıqlarının sayında cüzi azalmaya baxmayaraq,...
Beynəlxalq medianın yazdığına görə, NATO ölkələri arasında Ukraynaya hücum silahları verməmək haqqında gizli razılaşma mövcuddur. Ancaq Almaniya İspaniyanın Almaniya istehsalı olan "Leopard 2A4" tanklarını Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək niyyətini bəyənməyib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Əgər Berlin Madridin qərarı ilə razılaşsaydı, NATO ölkələri Ukraynaya Qərb istehsalı olan nisbətən müasir tankları...
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKT) xəbərdarlıq edir ki, bahalaşan ərzaq qiymətləri üzündən qlobal aclıq səviyyəsi arta bilər. Baş verənlər əsasən Ukraynada cərəyan edən müharibə ilə əlaqədardır. Təşkilatın son Ərzaq Proqnozu adlı hesabatında beynəlxalq miqyasda ərzaq qiymətlərinin record həddə çatacağı proqnozlaşdırılır. Bununla qlobal idxal ödənişlərinin $1.8 trilyon dollara çatacağı...