Cümə, 24 Mart, 2023
Rusiya Prezidenti Vladimir Putin Rusiya torpaqlarının qaytarılmasını öz missiyası adlandırıb və özünü Böyük Pyotrla müqayisə edib. Bu barədə V.Putin iyunun 9-da Rusiya imperatoruna həsr olunmuş sərgini ziyarət etdikdən sonra gənc sahibkarlar və alimlərlə görüşündə danışıb. “I Pyotr Şimal müharibəsində 21 il vuruşdu. Deyəsən, İsveçlə müharibə aparırdı, nəyisə rədd etdi… Heç nəyi rədd...
Rusiya iqtisadiyyatı 2022-ci ildə 15 faiz və 2023-cü ildə 3 faiz geriləyəcək. Beləliklə də, Qərb sanksiyalarının zərbəsi, ölkədən xarici şirkətlərin getməsi, “zəka axını” və ixracatın çökməsi son 15 ilin nailiyyətlərini heçə endirəcək. Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (Institute of International Finance, IIF) Ukraynada müharibə başlanandan sonra açıqlanmış ilk hesabatında...
Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib ki, müharibədə hər gün 100-200 ukraynalı hərbçi ölür. Podolyakın sözlərinə görə, itkilərin sayının çox olmasının əsas səbəblərindən biri Ukrayna və Rusiyanın hərbi imkanları arasında paritetin olmamasıdır. Prezident aparatının nümayəndəsi hesab edir ki, Ukraynaya Rusiyanın atəş gücü ilə paritet əldə etmək və...
İran İslam Respublikası prezidenti İbrahim Rəisinin Şərqi Azərbaycan vilayəti səfəri zamanı ölkənin yarısından çox mis ehtiyatlarına malik olan Süngün mədəninə gedərək Azərbaycan mis şirkətinin təsis edilməsi üçün sərəncam verib. Xüsusilə son aylarda Süngün mis mədəni Şərqi Azərbaycan və Kirman vilayəti nümayəndələri arasında mübahisə obyektinə çevrilib. Lakin İbrahim Rəisinin müstəqil Azərbaycan...
Rusiya Beynəlxalq Kino Assosiasiyasının üzvlüyündən çıxıb. Rusiya Kino Sahibləri Assosiasiyasının üzvü Roman İsayev deyib ki, bu addım Ukraynadakı müharibə ilə əlaqədar tətbiq edilən sanksiyalar fonunda verilmiş diplomatik qərar kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, beynəlxalq qurum tərəfindən Rusiyanı uzaqlaşdırmaq variantı nəzərdən keçirilirmiş. Bu səbəbdən də Rusiya Kino Sahibləri Assosiasiyası beynəlxalq birlikdən öz müraciəti əsasında...
Avropa Parlamentinin deputatları “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsindən sonra” Aİ-nin xarici siyasəti, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı qətnamə qəbul ediblər. Sənəd Avropa Komissiyası və Aİ Şurasını Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verməyə çağırır. "Deutsche Welle" xəbər verir ki, qətnamənin lehinə 438 deputat, əleyhinə 65, bitərəf 94 deputat səs verib. Sənədin...
Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifəsindən getdikdən sonra Rusiyanın Ukraynaya hücumu konteksində ilk dəfə geniş müsahibə verib. Azadlıq Radiosunun məlumatına görə, keçmiş kansler Merkel vəzifəsindən getdikdən sonra ilk dəfə verdiyi geniş müsahibədə Rusiyanın Ukraynaya hücumunu “səhv” adlandırıb: "Bu qəddar, beynəlxalq hüquqa etinasız hücuma heç cür haqq qazandırıla bilməz. Putinin nifrəti, onun...
Norveçdə mənzillənmiş Iran Human Rights insan haqları təşkilatı bildirir ki, o, iyunun 6-da İranın cənub-şərqindəki Zahedan şəhərində qətl və ya narkotiklə bağlı 12 məhkumun asılaraq edam edildiyinə dair sübutlar əldə edib. Qrup iyunun 7-də verdiyi bəyanatda bildirir ki, Zahedanın əsas həbsxanasında edam edilmiş məhkumlardan 11-i kişi və biri qadın olub. Sistan-Bəlucistan...
Mariupolun "Azovstal" zavodunu müdafiə edən və sonra təslim olan mindən çox ukraynalı hərbçi istintaq araşdırması üçün Rusiyaya göndərilib, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır. Məlumatdan belə anlaşılır ki, yaxın gələcəkdə bu rəqəm arta bilər. Mənbə onu da bildirib ki, Moskvada “xarici muzdlular” da daxil olmaqla 100-dən çox adam ola bilər. Ukraynalı məhbusların...
Belarus məhkəməsi Azadlıq Radiosu Belarus xidmətinin müxbiri Andrey Kuzneçikə 6 il həbs cəzası kəsib. Azadlıq Radiosunun məlumatına görə, bu barədə iyunun 8-də onun həyat yoldaşı özünün Feysbuk səhifəsində yazıb. Mənbə yazır ki, iyunun 8-də Mogilev Vilayət Məhkəməsində qapalı məhkəmə prosesi keçirilib və jurnalist “ekstremist qrup yaratmaq” maaddəsi ilə təqsirli bilinib....