Cümə axşamı, 30 İyun, 2022
Norveçdə mənzillənmiş Iran Human Rights insan haqları təşkilatı bildirir ki, o, iyunun 6-da İranın cənub-şərqindəki Zahedan şəhərində qətl və ya narkotiklə bağlı 12 məhkumun asılaraq edam edildiyinə dair sübutlar əldə edib. Qrup iyunun 7-də verdiyi bəyanatda bildirir ki, Zahedanın əsas həbsxanasında edam edilmiş məhkumlardan 11-i kişi və biri qadın olub. Sistan-Bəlucistan...
Mariupolun "Azovstal" zavodunu müdafiə edən və sonra təslim olan mindən çox ukraynalı hərbçi istintaq araşdırması üçün Rusiyaya göndərilib, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır. Məlumatdan belə anlaşılır ki, yaxın gələcəkdə bu rəqəm arta bilər. Mənbə onu da bildirib ki, Moskvada “xarici muzdlular” da daxil olmaqla 100-dən çox adam ola bilər. Ukraynalı məhbusların...
Belarus məhkəməsi Azadlıq Radiosu Belarus xidmətinin müxbiri Andrey Kuzneçikə 6 il həbs cəzası kəsib. Azadlıq Radiosunun məlumatına görə, bu barədə iyunun 8-də onun həyat yoldaşı özünün Feysbuk səhifəsində yazıb. Mənbə yazır ki, iyunun 8-də Mogilev Vilayət Məhkəməsində qapalı məhkəmə prosesi keçirilib və jurnalist “ekstremist qrup yaratmaq” maaddəsi ilə təqsirli bilinib....
Gələn həftədən Çin hakimiyyəti “milli təhlükəsizliyi pozanlar” barədə xəbər verənlərə pul mükafatları və fəxri fərmanlar verəcək. "Düşmən dəyirmanına su tökən" vətəndaşlar haqqında məlumat verən çinlilər 100 000 yuana (15 000 ABŞ dolları) qədər pul ala biləcəklər. Bu barədə Reuters xəbər verir. Çinin təhlükəsizlik nazirliyinin sözçüsü "Façji Jibao"-ya bildirib ki, tədbirlər...
Türkiyə lirəsi iyunun 8-də ABŞ dollarına nisbətdə daha 0,9% ucuzlaşıb. Hazırda 1 dollar 16, 93 lirədir. 1 avro isə 18 lirədən də baha olub. "Reuters"-in məlumatına görə, ümumilikdə lirə təkcə bu il dollara münasibətdə 22 faiz dəyərdən düşüb. Mənbə yazır ki, bu ölkə prezidenti Racep Tayyib Ərdoğanın, faiz dərəcələrinin aşağı...
Ukraynanın Mədəniyyət və Xarici Siyasət Nazirliyi “derusifikasiya, dekommunizasiya və müstəmləkəsizləşdirmə məsələləri ilə məşğul olacaq” birgə şuranın yaradılması təşəbbüsü ilə çıxış edib. Bu barədə nazirliyin “Facebook” səhifəsində bildirilir. Qurumun saytında qeyd edilir ki, şuranın səlahiyyəti “sovet və ya rus komponentini” təmsil edən heykəlləri və abidələri sökməkdir. Şura müxtəlif orqanlarla birgə işləyəcək. "Rusiyanın...
"Deutsche Bank" yüzlərlə İT mütəxəssisini Rusiyadan Almaniyaya köçürüb, "Financial Times" və "Handelsblatt" mənbələrə istinadən yazır. Mənbələrin sözlərinə görə, Ukraynada müharibə başlayana qədər Moskva və Sankt-Peterburq ofislərində proqram təminatının hazırlanması və dəstəklənməsi ilə məşğul olan 1,5 minə yaxın əməkdaş işləyirdi. Bu da "Deutsche Bank"-ın bütün ştatlı İT mütəxəssislərinin təxminən dörddə birini...
Bazar ertəsi Vaşinqton Moskvanı Qərb müxbirlərini qorxutmaq cəhdində ittiham edib. Belə ki, onlar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar və ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə onlarla haqq-hesab çəkiləcəyilə hədələniblər. “Rusiya Xarici İşlər Nazirliyi həmkarlarınızı çağırıb və bildirib ki, Qərbin xətti onlar üçün fəsadlara səbəb olacaq”, - bazar ertəsi brifinqdə Dövlət Departamentinin...
Mariupol şəhərindəki “Azovstal” zavodu ərazisində döyüşlərdə həlak olan hərbçilərin cəsədləri Kiyevə aparılıb. Bu haqda “Associated Press” yazır. Ötən həftə Ukrayna və Rusiya bir-birinə 160 hərbçinin cəsədini təhvil veriblər. Dəyişmə prosesi Zaporojye vilayətində baş tutub. Kiyevdə qalıqların DNT analizi aparılacaq. “Azov” batalyonunun mətbuat katibi Anna Qolovko agentliyə deyib ki, meyitlərin azı 52-si Azov döyüşçülərinindir. Batalyonun...
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiya indiyə qədər zərbə endirmədiyi obyektlərə zərbə endirəcək. Putinin “Rossiya 1” kanalına müsahibəsinin növbəti fraqmenti yayılıb. Bu, Ukraynaya təcavüz başlayandan bəri Putinin ilk müsahibəsidir. ABŞ-ın Ukraynaya reaktiv yaylım atəşi sistemləri (RYAS) vermək barədə qərarına toxunan Rusiya Prezidenti bildirib ki, bunda...