Bazar, 16 İyun, 2019
Ukrayna prezidenti Petro Poroşenko sərxoş sürücülər üçün ölüm cəzasının tətbiq olunmağını tələb edir. Rusiya mətbuatına istinadən bildiririk ki, müvafiq petisiya ukraynalı prezidentin rəsmi saytında yerləşdirilib. Mətndə qeyd olunur ki, vəziyyət artıq nəzarətdən çıxıb: “Sərxoş sürücüləri cərimələr də qorxutmur. Ölkəni bu durumdan ancaq ölüm cəzası xilas edə bilər”.
NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) Bosfor boğazının kosmosdan çəkilən görüntülərini yayıb. Beynəlxalq Kosmos stansiyasından çəkilən görüntülər, 14.4 milyon izləyicisi olan NASA-nın rəsmi "Instagram" hesabından paylaşılıb. Video 600 mindən artıq istifadəçi tərəfindən izlənilib. ABŞ-lı astronavt Jeff Williamsın "twitter" hesabından da paylaşdığı video sosial şəbəkələrdə böyük marağa səbəb olub.
İran terror ittihamları ilə həbs edilən 20 sünni məhbusu edam edib. Ölkə mətbuatının verdiyi xəbərə görə, onlar müxtəlif qətlləri həyata keçirməkdə və milli təhlükəsizliyə xələl gətirməkdə ittiham edilirlər. Baş Prokuror Məhəmməd Cavad Montazeri məsələ ilə bağlı açıqlama verib: “Bu insanlar cinayət törədiblər.. Qadın və uşaqları qətlə yetirib, milli təhlükəsizliyə qarşı...
Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi İsa Kəlantəri gölün quruması ilə bağlı açıqlama verib: “Cığatuçayının (Zərinerud) Urmu gölünə daxil olduğu məntəqənin şərq tərəfində 100 min hektar və islami adanın şərq tərəfində 440 min hektarın yenidən canlandırılması mümkün deyil.” İ.Kəlantəri deyib ki, “Cığatuçayın çöküntüləri və mənfi yamacın yaranması səbəbindən gölün bu hissəsi canlandırıla bilməz....
ABŞ dövlət katibi John Kerry avqust ayının sonunda Türkiyəyə səfər edəcək. Səfərin 21 avqust və ya sonrasında gerçəkləşməsi planlaşdırılır. Qeyd edək ki, Türkiyə son günlərdə Fətullah Gülənin ekstradisiyası üçün rəsmi Washington üzərindəki təzyiqini artırmışdı. Diplomatik mənbələrin məlumatına görə səfər zamanı Gülən məsələsi ilə yanaşı digər siyasi-iqtisadi proseslər də müzakirə olunacaq.
Londonda naməlum şəxs tərəfindən insanlara bıçaqla hücum edilib. Hadisə nəticəsində 1 qadın ölüb, ən azı 5 nəfər yaralanıb. London polisinin hadisədən dərhal sonra verdiyi açıqlamaya görə meydana gələn olayın səbəbkarı 19 yaşlı gənc olub. İlkin məlumatlara əsasən həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkir. Cinayətkar polis tərəfindən həbs edildikdən sonra istintaq təcridxanasının tibb məntəqəsinə...
Avropa Şurası Türkiyəni dövlət çevirilişində iştiraka görə təqsirli bilinənləri məhkəməyə cəlb edərkən insan haqları və qanunun aliliyinə hörmət etməyə çağırıb. Avqustun 3-də Ankaraya rəsmi səfərə gedən şuranın baş katibi Thorbjørn Jagland Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu ilə birgə mətbuat konfransında deyib ki, Avropa qiyamçıların ordu və məhkəmə sistemlərində bu...
Çərşənbə axşamı ABŞ rəsmiləri qəzəbli Türkiyə liderinin “Qərb terroru və ötən ay uğursuz nəticələnən çevriliş cəhdini həyatta keçirlənləri dəstəkləyir” ittihamlarına soyuqqanlı şəkildə cavab veriblər. Prezident Rəcəb Tayyib Ərdoğan “fikirləri və məyusluğunu ifadə etməkdə azaddır,” deyə Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bildirib. Ərdoğan çərşənbə axşamı televiziyada yayımlanan çıxışı zamanı bir daha...
Oğlu Bilal Erdoğan haqqında İtaliyada aparılan istintaqla bağlı "İtaliya öz mafiyası ilə məşğul olsun" deyən Türkiyənin prezidenti Tayyip Erdoğana İtaliyanın baş naziri Matteo Renzidən cavab gəlib: "İtaliya qanunları konstitusiyaya görə qərar verir, Türkiyənin prezidentinə görə deyil". İtaliyanın RAİ televiziyasına müsahibə verən Erdoğan oğlu ilə bağlı yayılan xəbərlərdən danışıb: "Mənim oğlum İtaliyanın Bologna...
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan keçən ay baş verən çevriliş cəhdinin ölkə xaricindən planlaşdırıldığını bir daha vurğulayıb. “Bu çevriliş cəhdi sadəcə ölkə içində planlaşdırılmayıb. Bunun iştirakçıları xaricdə yazılmış ssenari əsasında hərəkət edib,” deyə Ərdoğan televisiyada çıxışı zamanı bildirib. Bu ittihamlar belə görünür, müsəlman dini xadim Fətullah Gülənə aiddir. O, 20 ilə...