Şənbə, 25 May, 2019
Türkiyənin müdafiə naziri Fikri İşıkın köməkçisi polkovnik Tevfik Gök ölkədən qaçıb. Bu barədə məlumatı nazir Işık, türk telekanallarına müsahibəsində deyib. Müdafiə Nazirinin sözlərinə görə, T.Gök ilə yanaşı bir neçə məmur da ölkədən qaçıb və onların axtarışı davam edir. Xatırladaq ki, Tevfik Gök 17 iyulda Fətullah Terror Təşkilatı mənsublarına qarşı başladılan əməliyyat çərçivəsində...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburq şəhərində baş tutacaq görüşdə bir sıra iqtisadi və siyasi məsələləri müzakirə edəcəklər. Bu haqda məlumatı Türkiyə Prezidenti Administrasiyasından bildiriblər. Administrasiyadan qeyd ediblər ki, müzakirə edilməsi planlaşdırılan məsələlər sırasında Suriyada terror təşkilatları ilə mübarizə məsələsi də var: "Həmçinin, Rusiya və...
Tbilisi meriyası Gürcüstan paytaxtının mərkəzində irimiqyaslı "Yeni Tiflis" layihəsi həyata keçirir. "Report"un məlumatına görə, layihə Davud Aqmaşenebeli prospektində yeni istirahət zonalarının yaradılmasını nəzərdə tutur. Prospektin bir hissəsi tamamilə piyada zonası olacaq və buradan yeni turizm marşrutları keçəcək. D.Aqmaşenebeli prospektinin yerləşdiyi əraziyə 1817-ci ildə alman kolonistləri yerləşdirilib və onlar ərazinin abadlaşdırılmasına böyük qatqı...
Türkiyənin prezidenti  baş vermiş çevriliş cəhdinə görə ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin məsuliyyət daşıdığını deyib. Minlərlə gülənçi olduğu iddia olunan insanlar istefaya göndərilib və ya həbs edilib, ölkədə fövqəladə hal elan olunub. Biz gülənçilərin hərəkatı və onların məqsədləri haqda nə bilirik? Gülən Hərəkatı nədir? Gülən Hərəkatı – Fətullah Gülənin şərəfinə...
İtaliyanın paytaxtı Roma şəhəri yaxınlığındakı Frattoki kəndində yaşayış kotecində partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ötən gecə meydana gələn olayın səbəbləri axtarılır.
Türkiyənin Hakkari şəhərdə PKK terrorçularının polis nəzarət məntəqəsinə hücumu zamanı 2 polis ölüb, 10-u polis 11 nəfər yaralanıb. Əldə edilən ilkin məlumatlara əsasən, terroristlər Van şəhərindən gətirdikləri bomba yüklü maşını Depin polis məntəqəsində partladıblar. Partlayışdan sonra hadisə yerinə ətraf rayonlardan əlavə qüvvələr cəlb olunub. Bölgədə PKK terror təşkilatına qarşı geniş çaplı əməliyyata başlanılıb.
"Fövqəladə hal çərçivəsində həyata keçirilməsi vacib olan tədbirlərlə bəzi qurum və quruluşlara dair dəyişikliklərin edilməsi haqqında qanun hökmündə qərarnamə" Rəsmi Qəzetdə yayımlanıb. Fövqəladə hal qərarıyla çox sayıda mətbuat və yayım orqanı bağlanıb. Bağlanan qəzetlərin arasında Zaman və Taraf qəzetləri də var. Nazirlər Kabineti tərəfindən fövqəladə vəziyyət çərçivəsində verilən qərarla 3 xəbər...
35 il əvvəl ABŞ prezidenti Ronald Reyqana sui-qəsd təşkil edən John Hinckley müalicə aldığı xəstəxanadan növbəti ay azadlığa buraxıla bilər. 1981-ci ilin mart ayında Washington şəhərində baş verən hadisədə prezident Reyqana atəş açılmış və ölkə başçısı ilə birlikdə ətrafındakı üç nəfər yaralanmışdı. Olaydan sonra keçirilən məhkəmədə Hinckley "ruhi xəstə" kimi qələmə verilərək günahsız bilinmiş və xəstəxanada müalicəyə məhkum...
20 etirazçının nəzarət altına alındığı bildirilir “Tarhe no” qəzetində dərc edilən bir yazıda türklər və qadınların aşağılanmasına etiraz olaraq İran Azərbaycanın ən böyük iki şəhəri Təbriz və Urmiyədə iyulun 26-da aksiya təşkil edən yüzlərlə vətəndaş polisin sərt müdaxiləsi ilə dağıdıldığı bildirilir. İnsan haqlarına dair məlumat yayan internet portalları o cümlədən, Oyan...
ABŞ kəşfiyyatı hesab edir ki, Demokratlar Partiyasının Milli Komitəsinin serverinin sındırılmasının arxasında Rusiya ilə əlaqədar olan hakerlər dayanır. Bu haqda məlumatı "New York Times" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib. Kəşfiyyatçılar Ağ Evə bildiriblər ki, elektron sənəd və məktubların oğurlanmasının arxasında Rusiya hökumətinin dayandığına əmindirlər. Bu hadisənin adi kibercasusluq, yoxsa prezident seçkiləri öncəsi kampaniya...