Çərşənbə axşamı, 25 İyun, 2019
ABŞ-da yaşayan din xadimi Fethullah Gülen Türkiyənin onun həbsinə qərar verməsindən sonra ölkədəki məhkəmə sistemini tənqid edib. “Yaxşı məlumdur ki, Türkiyədə məhkəmə sisteminin hüquqi müstəqilliyi yoxdur, ona görə də bu qərar prezidentin avtoritarizmə doğru və demokratiyadan uzaqlaşan daha bir addımıdır,” cənab Gülen bildirib. Türkiyə mətbuatı xəbər verir ki, İstanbul məhkəməsi...
Avstriya xarici işlər naziri Sebastian Kurz:  "Ankara ifadələrini düzgün seçsin" Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Avstriyanı "radikal irqçiliyin paytaxtıdır" ittihamına Avstriya xarici işlər nazirindən cavab gecikmədi. "Mən Türkiyənin Avstriyaya qarşı yönəltdiyi bu ittihamı qətiyyən rədd edirəm. Bundan sonra da rəsmi Ankaranı işlətdiyi ifadələri, daxildə atdığı addımları yumuşaltmağa və üzərinə düşən...
Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdin ardından kütləvi həbslər davam edir. Çevrilişə cəhddə günahlandırılanlardan biri olan sabiq İstanbul valisi Hüseyn Avni Mutlu həbs olunub. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Hüseyn Avni Mutlunun evində axtarış aparıldıqdan sonra keçmiş vali polis nəzarətinə götürülüb. Ardınca məhkəməyə çıxarılan Mutlu digər 9 nəfər ilə...
ABŞ prezidentliyinə namizədlər partiyalarından rəsmi nominasiya əldə etsələr də, onların Seçki Kollegiyasının dəstəyinə ehtiyacı var. Həm sabiq dövlət katibi Hillary Clinton, həm də respublikaçı namizəd Donald Trump 538 seçicinin 270 səsini qazanmaq uğrunda mübarizə aparır. Son ictimai rəy sorğularına görə, Hillary Clinton 4 əsas ştatda Trump-a üstün gəlir. Klinton Miçiqan ştatında...
Bu nəhəng qurğu gələcəkdən gəlmiş kimi görünə bilər, lakin bu həftə Çinin çoxdan gözlənilən “ayaqlı avtobusu” Hebei əyalətində sınaq üçün istifadəyə verilib. Transit Elevated Bus (TEB) adlanan avtobus avtomobillərin üzərindən keçib gedir və onların avtobusun alıtından hərəkət etməsinə imkan verir. Elektriklə işlyən avtobus 300 sərnişini daşıya bilər. Onun uzunluğu 21 metr,...
İstanbulda məhkəmə Türkiyədə baş vermiş çevriliş cəhdinə görə ABŞ-da yaşayan din xadimi Fethullah Gülenin həbsinə qərar verib, media xəbər verir. Qərarda cənab Gülen “15 iyul çevrilişə cəhdi təşkil etməkdə” ittiham edilir, dövlətə məxsus Anadolu xəbər agentliyi məlumat verir. Türkiyə dəfələrlə ABŞ-dan cənab Gülenin ekstradisiya olunmasını istəyib. Fethullah Gülen bütün ittihamları rədd edir. Türkiyə...
“Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin bayrağımızdan başqa heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları mitinqdə dalğalana bilər”-Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Hürriyet”in verdiyi məlumata görə, o, iş adamlarının toplantısında çıxışında bildirib ki, bütün mitinqlərdə Şimali Kipr Türk Cumhuriyyəti və...
Ukrayna prezidenti Petro Poroşenko sərxoş sürücülər üçün ölüm cəzasının tətbiq olunmağını tələb edir. Rusiya mətbuatına istinadən bildiririk ki, müvafiq petisiya ukraynalı prezidentin rəsmi saytında yerləşdirilib. Mətndə qeyd olunur ki, vəziyyət artıq nəzarətdən çıxıb: “Sərxoş sürücüləri cərimələr də qorxutmur. Ölkəni bu durumdan ancaq ölüm cəzası xilas edə bilər”.
NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) Bosfor boğazının kosmosdan çəkilən görüntülərini yayıb. Beynəlxalq Kosmos stansiyasından çəkilən görüntülər, 14.4 milyon izləyicisi olan NASA-nın rəsmi "Instagram" hesabından paylaşılıb. Video 600 mindən artıq istifadəçi tərəfindən izlənilib. ABŞ-lı astronavt Jeff Williamsın "twitter" hesabından da paylaşdığı video sosial şəbəkələrdə böyük marağa səbəb olub.
İran terror ittihamları ilə həbs edilən 20 sünni məhbusu edam edib. Ölkə mətbuatının verdiyi xəbərə görə, onlar müxtəlif qətlləri həyata keçirməkdə və milli təhlükəsizliyə xələl gətirməkdə ittiham edilirlər. Baş Prokuror Məhəmməd Cavad Montazeri məsələ ilə bağlı açıqlama verib: “Bu insanlar cinayət törədiblər.. Qadın və uşaqları qətlə yetirib, milli təhlükəsizliyə qarşı...