Cümə, 23 Avqust, 2019
İŞİD terror qruplaşması İraqın Mosul şəhərində 40 nəfəri edam edib. İraq rəsmilərinin sözlərinə görə, terroristlər təhlükəsizlik xidmətinin keçmiş əməkdaşlarını və dinc sakinləri kütləvi şəkildə qətlə yetirib. Silahlılar 10 iyun 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosul şəhərində baş verən hadisədə edam edilənlərin Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqəli olduqları üçün öldürüldüyünü açıqlayıblar.
Avropa Olimpiya Komitəsinin sabiq rəhbəri (EOC), Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin üzvü və İrlandiya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Patrik Hikki avqustun 23-də məhkəmə qarşısına çıxarılcaq. Bu barədə BOK rəhbəri Tomas Bax məlumat verib. Braziliya polisinin avqustun 17-də həbs etdiyi Patrik Hikki İrlandiya Olimpiya Komitəsi üçün ayrılmış biletləri dəyərindən bir...
Yəmənin paytaxtı Sənada Səudiyyə Ərəbistan rəhbərliyindəki koalisiya güclərinə qarşı savaşan Husilər və tərəfdarları izdihamlı mitinq keçiriblər. Yüz minlərlə yəmənli qatıldığı mitinqdə "Xalq Konqresi" adı verilən yeni hökümətə dəstək şüarları səsləndirib, Səudiyyə Ərəbistana isə etiraz ediblər. Digər tərəfdən isə Yəmənin Səudiyyə Ərəbistanla sərhəddində yerləşən Necran şəhərinə raket atılması nəticəsində 2 vətəndaşın həlak olduğu, 6 nəfərin...
Türkiyənin Gaziantep şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Dünən yerli vaxtla 22.40-da meydana gələn olayda ölü sayısı artmaqda davam edir. Qeyd edək ki, küçədə keçirilən toy mərasimi zamanı terrorçu qadın-kamikadze camaat arasına girərək partlayışı törədib. Gaziantep valisi Ali Yerlikayanın sözlərinə görə, partlayışın İŞİD terror qruplaşması tərəfindən planlaşdırıldığı ehtimal olunur.  
Türkiyənin Baş naziri Binali Yıldırım jurnalistlərə maraqlı açıqlamalar verib. “Suriya Prezidenti Bəşər Əsəd keçid hökuməti zamanı hakimiyyətdə qala bilər”. Bu sözləri Türkiyənin Baş naziri Binalı Yıldırım deyib. B.Yıldırımın sözlərinə görə, Türkiyə qarşıdakı altı ay ərzində Suriya böhranının nizamlanmasında fəal rol oynayacaq. Baş nazir qeyd edib ki, Əsədin Suriyanın gələcəyində yeri yoxdur və Suriyada keçid hökumətinin formalaşmasından...
Cənubi Afrika Respublikasında hərbçiləri daşıyan avtobus aşıb. Qəza Lesoto ilə sərhəddə yerləşən Clarence şəhəri yaxınlığında qeydə alınıb. CAR Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə hadisə zamanı avtobusda 42 nəfər olub. Onlardan 40-ı qadın, 2-si kişi olub. Qəza zamanı 11 nəfər ölüb, 31 nəfər isə yaralanıb. Hadisə sürücünün qəflətən idarəetməni itirməsi nəticəsində baş verib.
Türkiyədə hərbi çevrilişə cəhddən sonra Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq tədbirləri çərçivəsində baş nazir aparatının 18 əməkdaşı saxlanılıb. Həmin şəxslər Ankara prokurorluğu tərəfindən başlanan istintaqın nəticəsi olaraq həbs ediliblər. Aralarında aparatın mütəxəssislərinin olduğu şübhəlilər polis bölməsindəki prosedurların ardından məhkəməyə təhvil veriləcəklər.
Mikheil Saakashvilinin həyat yoldaşı deputat olmaq fikrindədir. Gürcüstanın sabiq Prezidentinin həyat yoldaşı Sandra Roelofs qarşıdakı parlament seçkilərində "Vahid Milli Hərəkat" Partiyasından namizədliyini irəli sürəcək. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.
ABŞ İncirlik Hərbi hava bazasında nüvə silahının olduğunu rəsmi şəkildə açıqlayıb. İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra İncirlik hərbi bazasında olan nüvə silahlarının təhlükəsizliyi məsələsi gündəmə gəlib. ABŞ Hərbi Hava Qüvvələrinin katibi Deborah Lee James bununla bağlı açıqlama verərək İncirlik Hərbi hava bazasındakı nüvə silahlarının təhlükəsizliyinin təmin edildiyini deyib. Bununla...
Gün ərzində Türkiyədə iki terror aktı törədilib. Əvvəlcə səhər saatlarında Elazığ vilayətində polis şöbəsinə terroristlərin hücumu nəticəsində 3 əsgər şəhid olub, 170 nəfər yaralanııb. İkinci terror hadisəsi isə saat 14:00 radələrində Bitlis rayonunun Hizan qəsəbəsinə bağlı Qayda kəndi yaxınlığında yola basdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Həmin ərazidən keçən hərbi maşında...