Bazar ertəsi, 15 İyul, 2019
Rusiya əhalisinin 41%-i qida və geyim təmin etməyə pulunun olmadığını etiraf edir. Bu göstərici "Ali İqtisadiyyat Məktəbi" (Высшая школа экономики) monitorinqi nəticəsində əldə edilib. Subyektiv kasıblıq göstəricisi də 19%-ə qədər yüksəlib. Monitorinqin digər nəticəsinə görə isə, iyun ayında maddi vəziyyətini "pis" və ya "çox pis" olaraq qiymətləndirənlərin də sayı artaraq...
ABŞ-ın Demokratlar Partiyası keçmiş dövlət katibi Hillari Klintonu ölkə prezidentliyinə namizədi kimi təsdiq edib. Bu haqda qərar partiyanın Filadelfiya ştatında keçirilən qurultayında səsvermə nəticəsində qəbul olunub. Bununla da, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.
İstanbul Bələdiyyəsi şəhərin Pendik adlanan hissəsində, Ballıca kəndində boş ərazidə çevrilişə cəhd edənlər üçün "Xainlər Məzarlığı" yaradıb. Kəndin çıxışındakı ərazidə yaradılan qəbirstanlığın girişinə "Xainlər Məzarlığı" tablosu yerləşdirilib. Qəbirstanlığa bir nəfər dəfn olunub, daha 5 qəbir qazılıb. İatanbul Böyükşəhər Bələdiyyəsi başqanı Topbaş verdiyi açıqlamada etiraz üçün toplaşan vətəndaşlara deyib ki, bir nəfəri ailəsi...
İnternetdən sızdırılan məlumatlarda bəzi rəsmilərin, ayda 400 dollar maaş alan orta ictimai sektor işçisi ilə müqayisədə 100 dəfə artıq maaş aldığı göstərilir. Son qərara görə, hökumət rəsmiləri üçün maaş həddi 2630 dollar müəyyən edilib. Dövlət-özəl qarışıq müəssisələrində işləyənlər üçün isə maaş maksimum 5250 dollar müəyyən edilib. İctimai qəzəb artıq bir neçə...
Malavidə azyaşlı qızlarla cinsi əlaqəyə girmək üçün kirayələnən HİV daşıyıcısı prezidentin sərəncamı ilə həbs edilib. Malavidə “kaftar” kimi tanınan seks işçisi Eric Aniva haqqında keçən həftə BBC-də geniş məqalə dərc edilmişdi. O, BBC-ə bildirib ki, onu kirayələyənlərə HİV-ə yoluxması barədə heç nə deməyib. Ölkə başçısı Peter Mutharika bildirib ki, polis onun etiraf...
Demokratlar Partiyasından prezidentliyə namizədlik yarışında Hillary Clinton-a məğlub olan senator Bernie Sanders tərəfdarlarını xanım Clinton-a səs verməyə çağırıb. Hillary Clinton partiyasından prezidentliyə namizədliyini cümə axşamı qəbul edəcək. “Hillary Clinton Birləşmiş Statların növbəti prezidenti olmalıdır. Başqa alternativ yoxdur”, cənab Sanders bildirib. Senatorun bəzi tərəfdarları xanım Clinton-un adının hallanmasına səsli etirazlarını bildiriblər. Digərləri isə...
İŞİD terror təşkilatı Fransada kilsələrdən birində insanların girov götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, terror aktını İŞİD-ə məxsus iki silahlı şəxs törədib. Ruan şəhərində baş verən bugünkü hadisədən sonra ölkə başçısı Fransua Olland insanların girov götürülməsini və onlardan birinin öldürülməsini terror aktı adlandırıb.
Fransanın şimalında yerləşən Rouen şəhəri yaxınlığındakı kilsədə insanları girov götürmüş iki silahlı şəxs öldürülüb. Silahlıların kilsədə 4-6 nəfəri girov götürdüyü bildirilirdi. Fransa mətbuatın yaydığı xəbərə görə girovlar arasında keşiş, iki rahibə və ziyarətçilər də olub. Fransa 3 telekanalının məlumatında daxili işlər naziri Bernard Cazeneuvenin polisin brifinqini dinləmək üçün hadisə yerinə yola düşdüyü qeyd olunub.
Rusiya təyyarəsinin xaricinə quraşdırılmış kameraya uçan naməlum aparatların görüntüləri düşüb. Hadisə iyulun 14-də baş verib. Görüntülər internetə yerləşdirilib. Bir çox ufoloqlar bu videonun xarici sivilizasiyanın varlığına ən yaxşı sübut olduğu deyir.  
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqust ayının 9-da Rusiyaya səfəri gözlənilir. Türkiyə mətbuatının yaydığı xəbərə görə bu barədə məlumatı baş nazirin köməkçisi Mehmet Şimşək açıqlayıb. Şimşək, ölkə başçısının Sankt Peterburq şəhərinə gedəcəyini deyib. R.T. Ərdoğanın Rusiya prezidenti ilə görüşü nəzərdə tutulub.