Cümə axşamı, 19 Sentyabr, 2019
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi John Kerry telefon danışığı zamanı Suriyada terrorçulara qarşı addımların nizamlanması və atəşkəs rejiminin təmin olunması barədə müzakirələr aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. “Suriyada, xüsusən də Hələbdəki vəziyyətin müzakirəsi davam etdirilib. Con Kerrinin iyulun 15-də Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların təcrübi...
"Rusiya Türkiyə ilə münasibətlərin tam şəkildə bərpa olunmasını istəyir və prezident Rəcəb Tayyib Ərdoğanın səfəri bizim niyyətimizin qarşılıqlı olduğunu təsdiqləyib". Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayev ilə görüşü zamanı açıqlamalar verib: "Biz son illər ərzində Türkiyə ilə daha çox əməkdaşlıq etməyə başlamışdıq. İndi də münasibətlərin düzəlməsi ilə əlaqələri daha...
Bu gün Türkiyədə sabiq millət vəkili və futbolçu Hakan Şükürün Kocaelinin Kandıra qəsəbəsindəki villasında jandarma tərəfindən axtarış aparılıb. Sakarya Cümhuriyyət Prokurorluğunun barəsində həbs qərarı verdiyi Hakan Şükürün Sakarya Sülh Cəza Məhkəməsinin qərarı ilə müsadirə edilən villasında həyata keçirilən axtarış istənilən nəticə ilə yekunlaşmayıb. Axtarışın nəticəsi barədə heç bir açıqlama verilməsə də,...
Birləşmiş Millətlər Təşkilatında Türkiyənin yeni daimi nümayəndəsi seçilib. Daimi nümayəndə kimi Türkiyə Xarici İşlər Nazirinin keçmiş müşaviri Ferudin Sinirlioğlu təyin olunub. 25 avqustda rəsmi olaraq təyinatı imzalanan diplomat 2002-2007-ci illərdə Türkiyənin İsraildə səfiri olub. 2009-cu ildə isə Türkiyə XİN-də müşavir təyin edilib.
Rusiya Müdafiə Nazirliyi İranda yerləşən Həmədan hava bazasından qalxan Tu-22M3 və Su-34 tipli təyyarələrinin Suriyada İŞİD mövqelərinə zərbələr endirdiyini təsdiqləyib. Məlumatda qeyd edilir ki, aerodromdan havaya qalxan təyyarələr Hələb, İdlib, Deyr-əz-Zor vilayətlərində yerləşən İŞİD və “Əl-Nüsra”nın mövqelərinə dayanmadan zərbələr endirib. Terrorçuların təlim məntəqələrini və silah anbarlarını darmadağın etdikdən sonra rus təyyarələri...
Dövlət sirrini açmaqda ittiham olunaraq həbslə üzləşən müxalif "Cumhuriyet" qəzetinin redaktoru Can Dündar istefa verib. Dündar bildirib ki, 15 iyul çevrilişə cəhddən sonra ədliyyə sisteminə inanmaq “başını gilyotin altına qoymağa bənzəyər”, çevrilişə cəhddən sonra Türkiyə hökuməti mətbuata təzyiqləri artırıb. May ayında cənab Dündar beş il müddətinə azadlıqdan məhrum edilib, lakin apellyasiya...
Avqustun 14-də İraqın Kürdistan regionunda döyüşçülər özünü İslam Dövləti adlandıran yaraqlıların əlində olan Mosulu almaq üçün həlledici hücuma keçiblər. Bildirilir ki, hücumun ilk saatlarında 6 kənd ələ keçirilib. Hücumda artilleriya atəşindən və ABŞ-ın rəhbərlik edən koalisiyanın hava qüvvələrindən istifadə edilib. Mosul Bağdadın 400 km-də yerləşir və İslam Dövləti-nin ilk zəbt etdiyi ərazilərdən...
İran Rusiya ilə əməkdaşlıq çərçivəsində iki yeni atom elektrik stansiyası (AES) tikəcək. Bu haqda İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Seyid Hüsseyn Hakavi Hüsseyni məlumat verib. İranın elektrik enerjisi təminatı üçün zəruri olan 20 min Mvt enerjinin əldə edilməsi üçün iki yeni AES-in tikilməsi tələb olunur. İran parlamentinin komitə...
Suriyada müxalif hərbi birləşmə özünü "İslam Dövləti" adlandıran yaraqlıların əsir aldığı dinc sakinləri xilas edib. "Reuters" xəbər verir ki, müxalif hərbi birləşmə avqustun 13-də yaraqlıların əlində olan Mənbic şəhərində nəzarəti tam ələ keçirib. Şəhərin 2 minə yaxın əsir saxlanan sakini azadlığa buraxılıb. Yaraqlılar onları qurduqları əsir düşərgəsində saxlayırmışlar. Şəhərdə minadan təmizlənmə işləri...
ABŞ dronlarının hücumu zamanı İŞİD-in Əfqanıstan və Pakistandakı cinahının rəhbəri öldürülüb. Bu barədə məlumatı Əfqanıstanın Pakistandakı səfiri verib. "Mən İslam Dövlətinin Xorasan lideri Hafiz Səid Xanının yüksək rütbəli komandirləri və döyüşçüləri ilə bərabər iyul ayının 26-da Əfqanıstanın Nanqarhar vilayətində öldürüldüyünü təsdiq edə bilərəm”-deyə səfir Ömər Zaxilval bildirib. Qeyd edək ki, Xan Pakistandakı Taliban qrupunun...