Bazar ertəsi, 9 Dekabr, 2019
ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trump prezident Barak Obamanın İraq və Suriya siyasəti ilə bağlı tənqidlərini gücləndirirək, Obamanın İŞİD-i yaratdığını deyib. “İŞİD-i o yaradıb,” deyə Trump Floridada tərəfdarları qarşısında çıxış edərkən bildirib. Bundan sonra o, “əyri Hillary Clinton-un” İslam Dövləti qrupunun "həmtəsisçisi" olduğunu deyib. Tramp bundan əvvəl də prezidentliyə Demokrat namizəd olan...
İstanbul Polis İdarəsi Xalqların Demokratik Partiyasının (HDP) İstanbuldakı binasında reyd keçirib. Fərqli rayonlarda əvvəlcədən müəyyən edilmiş ünvanlarda da reydlərin keçirildiyi bildirilir. Anadolu xəbər agentliyi İstanbul Polis Departamentinə bağlı Terrorla Mübarizə Şöbəsinin əməliyyat zamanı 17 nəfəri saxladığını bildirib. Saxlanılan şəxslər Haseki xəstəxənasında yoxlamadan keçdikdən sonra İstanbul Polis Departamentinə aparılıblar. Polis HDP İstanbul Rayon Təşkilatının...
Çərşənbə günü Yerevanda məhkəmə Azərbaycanın kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda ittiham olunan üç müttəhimdən birinə bəraət verib. Digər ikisi təqsirli bilinib. news.am-ın məlumatına görə, Rafik Papoyan və Karine Qumaşyan dövlətə xəyanətdə təqsirli biliniblər və 14 və 12 il müddətinə həbs olunublar. Rafik Papoyanın oğlu Sergey Papoyan təqsirsiz bilinib və azad edilib. İstintaq materiallarına...
Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı, yay aylarında artan daxili tələbatı ödəmək üçün, iyul ayında gündəlik 10.67 milyon barrel ilə rekord miqdarda neft hasil edib. Bloomberg yazır ki, məlumat hələ ictimaiyyətə açıqlanmayıb. Bu hasilat həcmi ölkənin 2015-ci ilin iyun ayında rekord hasilatından yüksəkdir. Xəbərin ardınca neftin qiyməti aşağı düşməyə başlayıb....
ABŞ-da prezident seçkilərinə bir neçə ay qalmış Respublikaçılar partiyasında maraqlı hadisələr cərəyan edir. Belə ki, Respublikaçılar partiyasının milli təhlükəsizlik sahəsində ən təcrübəli 50 şəxs New York Times qəzetində yayımlanan məktubda seçkilərdə partiyanın namizədi Donald Trumpa səs verməyəcəklərini bildiriblər. "Trump düzü səhvdən ayıra biləcək iradəyə  və yetkinliyə sahib deyil" deyilən məktuba imza...
Milyarderlərin sayı 2 min 473-ə çatdı. Bu, dünyanın bu günə qədər gördüyü ən yüksək göstəricidir. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ araşdırma mərkəzi olan Wealth-Xin “Milyarder Əhali Hesabatı”nı açıqlayıb. Hesabata görə, 2014-cü ildə 2 min 325 olan milyarderlərin sayı 2015-ci ildə 2 min 473-ə yüksəlib.  Varidatı bir milyard dolları...
Türkiyə Silahlı Qüvvələri Şırnak şəhərinin Beytüşşebap bölgəsində baş verən silahlı hücum ilə bağlı açıqlama verib. HABUR-2 gömrük sərhəd buraxılış məntəqəsində bu gün səhər saatlarında hərbi maşın keçdiyi zaman terroristlər tərəfindən quraşdırılmış partlayıcı qurğu işə salınıb. Partlayışın baş verməsi ilə bərabər Şimali İraq tərəfindən silahlardan atəş açılmasından sonra 3 əsgər şəhid olub, 10-isə yaralanıb. Xəstəxanaya...
Urmiyəli fəal Meysəm Azadinin sözlərinə görə, İranda türklərə qarşı aşağılayıcı ifadələr yayımlayan media qurumları xüsusilə uşaqları hədəf alırlar. Urmiyədən Amerikanın Səsinə danışan fəal türklər təhqir olunmasına qarşı etirazların adətən İran Azərbaycanının Təbriz və Urmiyə şəhərlərində başlandığını bildirərək son etiraz aksiyalarının bəzi şəhərlərdə polis və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsilə qarşılaşdığını, həbs...
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dənizində hərbi təlim keçəcək. Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti rəhbərinin açıqlamalarına görə təlim 15-20 avqust tarixlərində dənizin cənub-qərb hissəsində keçiriləcək. İki ayrı mərhələdən ibarət təlimlər zamanı ölkənin təhlükəsizliyinə təhdid ola biləcək durumlar və terror hadisəsi baş verən zaman yerinə yetiriləcək tapşırıqlar sınaqdan keçiriləcək. Xəzər donanması qüvvələrinin qabiliyyətini...
Rusiyada büdcə kəsiri 2016-cı ildə trillyonyarım rubldan çox olub ki, bu ötən ilin eyni dövrü ilə müqaisədə 35 faiz çoxdur. Bu barədə Rusiyanın Federal xəzinədarlıq idarəsi məlumat yayıb. Rusiya hökuməti sosial siyasətə 2 trillyon yarım, bir o qədər də müdafiə, milli təhlükəsizlik və hüquq-mühavizə sahələrinə xərcləyib. Amma buna baxmayaraq Mərkəzi Bank avqustun...