Bazar, 7 İyun, 2020
Türkiyənin Van vilayətində partlayış törədilib. Van vilayətinin mərkəzində yerləşən polis şöbəsinin qarşısında terroristlər tərəfindən minalanmış avtomobilin partladılması nəticəsində 20 nəfər yaralanıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib. Qaçan terrorçuların ələ keçiriliməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.  
Moskvada azərbaycanlı iş adamı Araz Ağalarovun tikdiyi "Myakinino" metro stansiyası bağlanır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qərarı Moskva Metropoliteni verib. Qərara görə, avqustun 22-dən Arbat-Pokrov xəttinin "Myakinino" stansiyası texnoloji, yanğın və nəqliyyat təhlükəsizlik tədbirlərinə uyğun olmadığı üçün bağlanacaq. Stansiyanı qeyri-müəyyən müddətə bağlayacaqlar. Qatarlar həmin stansiyadan dayanmadan keçəcək və...
Fransada dəhşətli qəza baş verib. Monpelye və Nim şəhərləri arasında hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində 13 nəfər xəsarət alıb. Yerli telekanalların verdiyi ilkin məlumatlara görə, qatarda 200 nəfər sərnişin olub. Onlardan 50 nəfərə tibbi yardım göstərildiyi, 3 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, qəzanın meydana gəlməsinə səbəb...
Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Rio-de-Janeyroda həbs edilib, Braziliya mediası xəbər verir. BBC-nin məlumatına görə bu, "Olimpiya biletlərinin qeyri-qanuni satışı" ilə bağlıdır. 71 yaşlı Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir. Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb. Polisin bildirdiyinə...
Vəzifə müddətini yekunlaşdırmaq üzrə olan BMT rəhbəri özündən sonra təşkilatın başında qadın görmək istədiyini bildirib. BMT-nin 70 ildən artıq tarixi ərzində quruma 8 kişinin başçılıq etməsi ardınca qadın rəhbərin vaxtı gəlib çatıb, Ban Ki-moon bildirib. Vəzifəyə iddia edən 11 namizəddən 5-i qadındır. Təhlükəsizlik Şurasına daxil olan 15 ölkə tərəfindən tövsiyə edilən namizəd...
İran tezliklə Xəzəryanı ölkələrlə neft (swap) mübadiləsinə başlayacaq. Bu sözləri İranın Şimal bölgəsi üzrə neft terminallarının sədri Həmidrza Şahdust deyib. H.Şahdustun sözlərinə görə, İran Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanla neft (swap) mübadiləsi etməyə hazırlaşır: “Hazırda Xəzəryanı ölkələrin neft tankerlərinin  sahilə yan alması üçün lazımi  hazırlıq işləri görülür və tezliklə neft mübadiləsinə başlanılacaq”. O deyib...
Yaxın 2 il ərzində Türkiyədə 38 min məhbus azadlığa buraxılacaq. Bu barədə məlumatı Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ verib. B.Bozdağ vurğulayıb ki, bu qərar əfv sayılmır və azadlğa buraxılanlar nəzarət altında saxlanılacaqlar. Qeyd edək ki, bu qərar 1 iyul 2016-cı ilə qədər həbsə düşənlərə şamil ediləcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yeni səlahiyyətlər verilib. Bundan sonra Türkiyə prezidenti Silahlı Qüvvələr Baş Qərargahına rəis təyin etmək hüququna sahib olacaq. Xatırladaq ki, daha əvvəl Silahlı Qüvvələr Baş Qərargahına rəis Ali Hərbi Şurada səsvermə yolu ilə seçilirdi və həmin şəxs bu vəzifədə 4 il müddətində çalışırdı. Hazırda Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının...
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi John Kerry telefon danışığı zamanı Suriyada terrorçulara qarşı addımların nizamlanması və atəşkəs rejiminin təmin olunması barədə müzakirələr aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. “Suriyada, xüsusən də Hələbdəki vəziyyətin müzakirəsi davam etdirilib. Con Kerrinin iyulun 15-də Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların təcrübi...
"Rusiya Türkiyə ilə münasibətlərin tam şəkildə bərpa olunmasını istəyir və prezident Rəcəb Tayyib Ərdoğanın səfəri bizim niyyətimizin qarşılıqlı olduğunu təsdiqləyib". Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayev ilə görüşü zamanı açıqlamalar verib: "Biz son illər ərzində Türkiyə ilə daha çox əməkdaşlıq etməyə başlamışdıq. İndi də münasibətlərin düzəlməsi ilə əlaqələri daha...