Cümə axşamı, 21 Noyabr, 2019
Malavidə azyaşlı qızlarla cinsi əlaqəyə girmək üçün kirayələnən HİV daşıyıcısı prezidentin sərəncamı ilə həbs edilib. Malavidə “kaftar” kimi tanınan seks işçisi Eric Aniva haqqında keçən həftə BBC-də geniş məqalə dərc edilmişdi. O, BBC-ə bildirib ki, onu kirayələyənlərə HİV-ə yoluxması barədə heç nə deməyib. Ölkə başçısı Peter Mutharika bildirib ki, polis onun etiraf...
Demokratlar Partiyasından prezidentliyə namizədlik yarışında Hillary Clinton-a məğlub olan senator Bernie Sanders tərəfdarlarını xanım Clinton-a səs verməyə çağırıb. Hillary Clinton partiyasından prezidentliyə namizədliyini cümə axşamı qəbul edəcək. “Hillary Clinton Birləşmiş Statların növbəti prezidenti olmalıdır. Başqa alternativ yoxdur”, cənab Sanders bildirib. Senatorun bəzi tərəfdarları xanım Clinton-un adının hallanmasına səsli etirazlarını bildiriblər. Digərləri isə...
İŞİD terror təşkilatı Fransada kilsələrdən birində insanların girov götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, terror aktını İŞİD-ə məxsus iki silahlı şəxs törədib. Ruan şəhərində baş verən bugünkü hadisədən sonra ölkə başçısı Fransua Olland insanların girov götürülməsini və onlardan birinin öldürülməsini terror aktı adlandırıb.
Fransanın şimalında yerləşən Rouen şəhəri yaxınlığındakı kilsədə insanları girov götürmüş iki silahlı şəxs öldürülüb. Silahlıların kilsədə 4-6 nəfəri girov götürdüyü bildirilirdi. Fransa mətbuatın yaydığı xəbərə görə girovlar arasında keşiş, iki rahibə və ziyarətçilər də olub. Fransa 3 telekanalının məlumatında daxili işlər naziri Bernard Cazeneuvenin polisin brifinqini dinləmək üçün hadisə yerinə yola düşdüyü qeyd olunub.
Rusiya təyyarəsinin xaricinə quraşdırılmış kameraya uçan naməlum aparatların görüntüləri düşüb. Hadisə iyulun 14-də baş verib. Görüntülər internetə yerləşdirilib. Bir çox ufoloqlar bu videonun xarici sivilizasiyanın varlığına ən yaxşı sübut olduğu deyir.  
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqust ayının 9-da Rusiyaya səfəri gözlənilir. Türkiyə mətbuatının yaydığı xəbərə görə bu barədə məlumatı baş nazirin köməkçisi Mehmet Şimşək açıqlayıb. Şimşək, ölkə başçısının Sankt Peterburq şəhərinə gedəcəyini deyib. R.T. Ərdoğanın Rusiya prezidenti ilə görüşü nəzərdə tutulub.
Laosun paytaxtı Vyentyanda  Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş olub. İkili arasındakı görüş Asiya-Sakit Okean Əməkdaşlıq Birliyinin sammiti çərçivəsində baş tutub. Gözlənildiyi kimi, danışıqlarda Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediləcək, həmçinin regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparılacaq.
“Nyu York Times” qəzətində çıxan məqaləsində Fətullah Gülən Amerikaya çağırış edib. O, Türkiyəyə göndəriləcəyi halda ədalətli mühakimə edilə bilməyəcəyini vurğulayıb. “Amerika prezident Ərdoğana istədiyini verməmək üçün dirənməlidir. Məni Türkiyəyə təslim etməyin, mən və dostlarım qərbin xidmətindəyik”- deyə qeyd edib.
Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb. “Təsis Parlamenti” təşkilatının  nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir. “Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”, deyə Alek Yeniqomşyan bildirib. İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis...
Türkiyədə barəsində həbs qərarı verilmiş məşhur jurnalist Nazlı Ilıcak tutulub. Jurnalist Bodrumda bir avtomobildə yaxalanıb. “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) media qoluna qarşı əməliyyat başlayıb. İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib. Onların arasında N. Ilıcak da var.