Cümə, 10 İyul, 2020
Türkiyə Silahlı Qüvvələri Şırnak şəhərinin Beytüşşebap bölgəsində baş verən silahlı hücum ilə bağlı açıqlama verib. HABUR-2 gömrük sərhəd buraxılış məntəqəsində bu gün səhər saatlarında hərbi maşın keçdiyi zaman terroristlər tərəfindən quraşdırılmış partlayıcı qurğu işə salınıb. Partlayışın baş verməsi ilə bərabər Şimali İraq tərəfindən silahlardan atəş açılmasından sonra 3 əsgər şəhid olub, 10-isə yaralanıb. Xəstəxanaya...
Urmiyəli fəal Meysəm Azadinin sözlərinə görə, İranda türklərə qarşı aşağılayıcı ifadələr yayımlayan media qurumları xüsusilə uşaqları hədəf alırlar. Urmiyədən Amerikanın Səsinə danışan fəal türklər təhqir olunmasına qarşı etirazların adətən İran Azərbaycanının Təbriz və Urmiyə şəhərlərində başlandığını bildirərək son etiraz aksiyalarının bəzi şəhərlərdə polis və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsilə qarşılaşdığını, həbs...
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dənizində hərbi təlim keçəcək. Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti rəhbərinin açıqlamalarına görə təlim 15-20 avqust tarixlərində dənizin cənub-qərb hissəsində keçiriləcək. İki ayrı mərhələdən ibarət təlimlər zamanı ölkənin təhlükəsizliyinə təhdid ola biləcək durumlar və terror hadisəsi baş verən zaman yerinə yetiriləcək tapşırıqlar sınaqdan keçiriləcək. Xəzər donanması qüvvələrinin qabiliyyətini...
Rusiyada büdcə kəsiri 2016-cı ildə trillyonyarım rubldan çox olub ki, bu ötən ilin eyni dövrü ilə müqaisədə 35 faiz çoxdur. Bu barədə Rusiyanın Federal xəzinədarlıq idarəsi məlumat yayıb. Rusiya hökuməti sosial siyasətə 2 trillyon yarım, bir o qədər də müdafiə, milli təhlükəsizlik və hüquq-mühavizə sahələrinə xərcləyib. Amma buna baxmayaraq Mərkəzi Bank avqustun...
Feminist olduğunu elan edən ABŞ prezidenti Barack Obama ''Glamour'' jurnalı üçün feminizm, cinsiyyət qəliblərinə baxış və gender bərabərliyi haqqında bir məqalə yazıb. İki qız atası olaraq qızlarının yetişkinlik çağını, ''onların yuvadan uçmağa hazırlanmalarını'' izlədiyini söyləyən Obama, qızları üçün həyatın nənələri ilə müqaisədə çılpaq gözlə görülə biləcək qədər daha yaxşı olduğunu...
Rusiyanın milli yığması dopinq qalmaqalı ilə əlaqədar sentyabr ayında Rio de Janeyroda Paralimpiya oyunlarında iştirakdan kənarlaşdırılıb. Bu, sistematik dopinq proqramı ilə əlaqədar olaraq Rio de Janeyroda Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən Rusiya idmançılarına qarşı cəza tədbirləri ilə yanaşı atılmış daha bir addımdır. Beynəlxalq Olimpiya Komitəsi Rio de Janeyroda Yay...
İyul ayının 15-i Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdinə etiraz olaraq bu gün İstanbulda 3 siyasi partiyanın iştirakı ilə "Demokratiya və Şəhidlər" mitinqi keçirilir. Mitinq Bakı vaxtı ilə 18:00-da başlasa da iştirakçılar səhər saatlarından "Yenikapı" meydanını doldurmağa başlayıblar. Mitinqdə Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Silahlı qüvvələri baş qərargahının rəisi...
Son bir ildə Ukraynanın beynəlxalq valyuta ehtiyatları 35,7% artaraq 14 mlrd. ABŞ dollarına çatıb. Bu barədə Ukrayna Mərkəzi Bankından bildirilib. “Valyuta ehtiyatları 4 aydır ki, artmaqdadır. İyul ayında bu artım cəmi 94 mln. dollar olsa da, son 12 ayda 35,7%-lik artım var” – deyə, qurumdan qeyd edilib. Mərkəzi Bank həmçinin bəyan...
İranın nüvə alimi Şahram Amiri 2010-cu ilin iyulunda Tehran hava limanında qəhrəman kimi qarşılanmışdı Ailəsinin BBC-yə verdiyi məlumata görə İranda 2010-cu ildən bəri həbsxanada olan nüvə alimi Şahram Amiri edam edilib. Alimin anası bildirib ki, oğlunun meyiti doğulduğu şəhərə qaytarlıb. Mərhumun boğazında kəndir izinin olduğu məlum olub. Onun asılaraq edam edildiyi...
Almaniyanın qərbində yerləşən Saarbrücken şəhərinin mərkəzində kafelərin birinə daxil olan silahlı şəxs insanları əsir alıb. Almaniya mətbuatının yazdığına görə, hadisə yerli vaxtla saat 9.30-da baş verib. Girov götürülənlərin azad edilməsi üçün alman xüsusi təyinatlılarının əməliyyat keçirəcəyi bildirilir.