Cümə, 25 İyun, 2021
Bazar günündən başlanan atışma Ukraynada 10-dan çox adamın ölümünə səbəb oldu, onlarla yaralı var. Münaqişə ölkənin şərqində, Avdeyevka və separatçıların nəzarətində olan Donetsk ətrafında qızışıb. Avdeyevka rəhbərliyi şəhərin humanitar fəlakətlə üzləşdiyini deyib. AzadlıqRadiosu-nun məlumatına görə, Donetskdəki qiyamçılar şəhəri "Qrad"ardan atəşə tutub, döyüşlər əraziyə göndərilən humanitar yardımın yolunu kəsib. Münaqişəni hansı tərəfin...
Avropa Parlamenti bu gün Brüsseldə keçirilən iclasında Avropa İttifaqının (Aİ) Gürcüstan üçün viza rejiminin ("Şengen" vizası) ləğv olunmasına səs verib. Trend-in məlumatına görə, Avroparlamentin Gürcüstanla vizaların ləğvi məsələsi ilə bağlı məruzəçisi Mariya Qabriel daha əvvəl Aİ Şurasını bu ölkə ilə vizasız rejimə keçid qərarını təsdiq etməyə çağırıb. Tərəflər arasında vizasız rejim...
Rusiya prezidenti Vladimir Putin 16 generalı işdən azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunlar FHN, DİN və Rusiya İstintaq Komitəsinin yüksək rütbəli zabitləridir. Putinin fərmanına əsasən, 16 generaldan ikisi hərbi qulluqdan xaric edilib. Kadr dəyişikliklərinin səbəbi açıqlanmır.
Şri Lanka polisi ölkə prezidenti Maitripala Sirisenanın öləcəyi barədə öncəgörmələrini söyləyən münəccimi həbs edib. O, prezidentin yanvarın sonunda öləcəyini söyləmişdi. Vicita Rohana Vicemuni sosial şəbəkələrdə video yayımlayaraq, ölkə prezidentinin yanvarın 27-də bədbəxt hadisə və ya xəstəlik nəticəsində öləcəyini bildirmişdi. Lakin öncəgörmələrinin baş vermədiyini görən münəccim proqnozlarında düzəliş edib. Astroloq bu dəfə...
Milli təhlükəsizlik müşaviri Mayk Flinn çərşənbə günü rəsmi Vaşinqtonun İrana xəbərdarlıq etdiyini bəyan edib. Flinn bu bəyanatı İran ballistik raketi sınaqdan keçirdikdən və Tehranın dəstəklədiyi Huti militantları Səudiyyə Ərəbistanına məxsus hərbi donanma gəmisinə hücum etdikdən sonra verib. Ağ Evdə keçirilən mətbuat konfransı zamanı müxbirlər qarşısında bəyanat verən Flinn keçmişdə Obama...
Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa hazırlaşır. Bu barədə “Regnum” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb, rəsmi Minsk Rusiya-Belarus İttifaq Dövlətini də tərk edə bilər. “Regnum”a məlumat verən mənbə deyib ki, rəhbərliyin siyasətindən asılı olmayaraq istənilən halda Belarus xalqı qardaş xalq olaraq qalacaq. Qeyd edək ki, rəsmi Minsk...
2015-ci illə müqayisədə ötən il Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 76% azalıb. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya Turizm Operatorlar Assosiasiyası (RTA) yayıb. 2016-cı ilin yekunlarına görə, 866 min rusiyalı Türkiyəyə səfər edib, bu da 2015-ci illə müqayisədə 76,26% azdır. (3,65 milyon nəfər turist). Türkiyəyə gələn ümumi xarici...
Korrupsiyaya görə həbs edilmiş məmurları azad edə biləcək fərman qəbul edildikdən sonra Rumıniyanın paytaxtı Buxarestdə hökumət əleyhinə bu günə qədər baş tutmuş ən iri etiraz aksiyalarından biri keçirilib. Azı 150 min insanın çərşənbə günü hökumət orqanlarının qarşısında etiraz etdiyi bildirilir. Digər qəsəbə və şəhərlərdə də mitinqlər baş tutub. Paytaxtda bəzi nümayişçilər...
Ukrayna prezidenti Petro Poroshenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir. APA-nın verdiyi məlumata görə, bu barədə Ukraynanın dövlət başçısı  Almaniyanın “Berliner Morgenрost”  qəzetinə müsahibəsində  deyib. “Dörd il əvvəl əhalinin cəmi 16%-i NATO-ya üzv olmağın tərəfdarı idi, bu gün isə artıq 54%-i. Prezident kimi mən xalqın rəyinə arxalanmalıyam.  Güman edirəm ki, ölkəmizdə bununla...
Braziliyada “sarı qızdırma” epidemiyasından ölənlərin sayı 52 nəfərə çatıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya Səhiyyə nazirliyindən bildirilib. Xəstəliyə yoluxanların sayının 149 nəfərə çatdığı qeyd olunur. “Bu ilki “sarı qızdırma”  epidemiyası son 37 ildə baş vermiş ən böyük epidemiyadır”, nazirliyin açıqlamasında qeyd olunur. Qeyd edək ki, Cənubi və...