Cümə axşamı, 30 İyun, 2022
Beynəlxalq otellər şəbəkəsi Marriott Rusiya bazarından çıxışını elan edib. Bu barədə şirkətin vebsəhifəsində məlumat verilib. Şəbəkənin ölkədəki fəaliyyətinin dayandırılmasına səbəb kimi Ukraynanın işğalı ilə əlaqədar Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilir. Şirkət ölkədə fəaliyyətini davam etdirməyin qeyri-mümkün olduğunu bildirir. Şirkətin vebəsifəsində verilən məlumatına görə, müharibə...
Rusiyalı general-mayor Roman Kutuzovun Ukraynanın şərqində gedən döyüşlərdə öldürüldüyü deyilir. Hərbi birləşmə komandirinin ölümü ilə bağlı Ukrayna mənbələri, həmçinin rusiyalı hərbi jurnalist Aleksandr Sladkov məlumat yayıb. Sladkovun Teleqram kanalındakı yazıdan belə çıxır ki, Kutuzov "tabeliyində olan hərbçiləri hücuma aparan zaman" ölüb. “Novorossiya milisindən xəbərlər” teleqram kanalı Kutuzovun Luqansk vilayətinin Popasna yaxınlığındakı...
"Rusiya artilleriyası bu gün yenidən Donetsk vilayətindəki Svyatoqorsk Lavra monastrına zərbə endirib. Bütün Müqəddəslər Ermitajının taxta kilsəsi yanıb, məhv olub. Məbəd 1912-ci ildə müqəddəs elan olunub. İlk dəfə sovet dövründə dağıdılıb. Sonra yenidən qurulub. İndi isə Rusiya ordusu tərəfindən yandırıldı". Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında yazıb....
'The Washington Post' qəzeti Rusiyanın Ukraynaya hücumu zamanı işğal etdiyi Çernobıl Atom Elektrik Stansiyasından reportaj yayımlayıb.  Nəşr bildirir ki, Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının laboratoriyalarından 135 milyon dollar dəyərində avadanlıq, avtomobil və təhlüksəzilik sistemləri qarət ediblər. Məlumata görə, stansiyadan 689 kompüter, 344 avtomobil, 1500 radiasiya dozimetri, xüsusi proqram təminatı və...
İyunun 3-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından 100 gün keçdi. Məsələ ilə bağlı ABŞ dövlət katibi Entoni Blinken bəyanat yayıb. Açıqlamada deyilir ki, bu gün Vaşinqton Kiyevin bu təcavüzü dəf edilməsi uğrunda mübarizəsində onu dəstəklədiyini təsdiq edib. "Dünya ölkəsi uğrunda mübarizə aparan Ukrayna xalqının cəsurluğunun və qətiyyətinin şahidi oldu",...
ABŞ, Avropa İttifaqı və Böyük Britaniyadan olan nümayəndələr son bir neçə həftə ərzində mütəmadi olaraq Ukraynada müharibənin danışıqlar yolu ilə dayandırılması planını müzakirə etmək üçün görüşür. CNN bu barədə bir neçə mənbəyə istinadən xəbər verir. Telekanalın həmsöhbətlərinin sözlərinə görə, xüsusilə İtaliyanın planı müzakirə olunub. Ukrayna bu müzakirələrdə birbaşa iştirak etmir....
Rusiyalı biznesmen Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekomunikasiya qrupu iki avropalı sahibkara cəmi 1 funt sterlinqə satılacaq. Bu barədə “Financial Times” qəzeti xəbər verir. Müqavilənin bu ay bağlanacağı ehtimal olunur. “Truphone”nun satılması barədə qərar Böyük Britaniya hakimiyyəti tərəfindən Abramoviçə qarşı tətbiq olunan sanksiyalarla bağlıdır. Qeyd olunur ki, ona şirkət...
ABŞ lideri Co Baydenin administrasiyası daxilində xüsusi xidmət orqanlarının mayın sonunda dördüncü əhatəli hesabatı dərc olunduqdan sonra Rusiya Prezidenti Vladimir Putinin səhhəti gərgin müzakirə mövzusuna çevrilib. Bu barədə "Newsweek" jurnalı sənədin məzmunu ilə tanış olan üç mənbəyə istinadən xəbər verir. Məxfi materiallarda deyilir ki, Putin aprel ayında xərçəngdən müalicə olunub....
Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin yekdil mövqeyini qismən sual altında qoyan Macarıstan ətrafında mübahisələr davam edir. Avropa İttifaqının üzvü olan Macarıstan Rusiyaya qarşı tətbiq olunan sanksiyalara isti baxmır.  Bütün bunları nəzərə alan Avropa Parlamentinin sədr müavini Katarina Barli Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb. Onun sözlərinə görə, Macarıstan şantaj...
Braziliya millisinin sabiq futbolçusu Pele İnstaqramda Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, onu Ukraynadakı müharibəni dayandırmağa çağırıb. “Bu münaqişə əxlaqsızdır, heç bir əsası yoxdur və yalnız ağrı, qorxu, dəhşət və iztirab gətirir. Bunun davam etməsi üçün heç bir səbəb yoxdur”, - XX əsrin ən yaxşı futbolçusu adlandırılan Pele yazır. "Müharibələr yalnız...