Понедельник, 12 апреля, 2021
Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramının (WFP) direktoru David Beasley 30-dan çox ölkədə 34 milyon insanın aclıqla üz-üzə olduğunu, Cənubi Sudanın Pibor bölgəsində anaların övladlarına ölü heyvan dərisi və palçıq yedirtmək məcburiyyətində qaldıqlarını bildirib.  Beasley insanların özlərinin yaratdıqları dəhşətli faciələrin fonunda dünyanın humanitar fəlakətlə üz-üzə olduğunu, dünyada 270 milyon insanın...
Afrikada koronavirusa (Covid-19) yoluxanların sayı 4 milyon 96 min nəfəri keçib.  "Worldometers" saytındakı məlumatlara görə, qitədə pandemiya səbəbi ilə dünyasını dəyişənlərin sayı 110 min nəfərə yaxınlaşıb. Yoluxanlardan 3 milyon 666 min nəfər koronavirusdan sağala bilib. Qitədə ən çox yoluxma Cənubi Afrika Respublikası, Mərakeş, Tunis, Misir, Efiopiya və Nigeriyada qeydə alınıb. Virus səbəbindən...
Beynəlxalq elm adamlarından ibarət "Pale Red Dot" heyəti uzun araşdırmalar nəticəsində etdiyi kəşfini ictimaiyyətə açıqlayıb. Elm adamlarının şərhində, yeni planetin Yerə bənzədiyi və Günəşdən çox daha kiçik və soyuq olan "qırmızı cücə ulduz" adı verilən "Proxima Centauri"nin orbitində olduğu bildirilib. Beynəlxalq astronomlar, "Proxima Centauri" orbitində olduğu üçün "Proxima b" adı verilən yeni planetin,...
Ümumdünya Səhiyyə Təşkilatına bağlı qrupun Çinin Uhan şəhərinə ziyarətindən sonra hazırladığı (ÜST) hesabat layihəsinin mətni mətbuata sızdırılıb.  2 milyon 750 mindən çox insanın ölümünə səbəb olan koronavirusla (Covid-19) bağlı araşdırma aparması üçün təlimatlandırılan 13 nəfərlik mütəxəssis qrupunun hazırladığı sənədlər mətbuata sızdırıldıqdan sonra müzakirələrə səbəb olub. Hesabatda ən yüksək ehtimal kimi virusun...
Almaniyadan İrana uçan sərnişin təyyarəsi Türkiyədə enməyə məcbur olub. Hadisə Türkiyə vaxtı ilə saat 19:20-də qeydə alınıb. Frankfurtdan Tehrana yola düşən “Boeing 747” sərnişin təyyarəsi Atatürk Hava Limanında eniş izni istəyib. Təyyarənin təcili eniş etməsinə sərnişinlərdən birinin özünü pis hiss etməsi səbəb olub. Təyyarə aeroporta enəndən sonra əraziyə təcili yardım...
İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Yerli analitiklər müxalifətin milli satqınlıqda ittiham etdiyi baş nazir Nikol Paşinyanın partiyasının qalib gələcəyini təxmin edirlər. Sabiq prezident Robert Koçaryanın rəhbərlik edəcəyi qüvvənin, habelə "Çiçəklənən Ermənistan" partiyasının parlamentə düşmək şansı var, bu barədə Sputnik-Armeniyaya siyasi texnoloq Armen Badalyan bildirib. "İkinci prezidentin reytinqinin yüksəldiyi məqam...
İranlı-azərbaycanlı qızıl ticarətçisi Reza Zərrab, İranın Birləşmiş Ştatların sanksiyalarından yayınması üçün hazırlanmış sxemi və onun iştirakçılarını araşdıran ABŞ məhkəməsinin ilk dinləməsi ərəfəsində təqsirini etiraf edib və bundan sonrakı dinləmələrdə əsas şahid qismində iştirak edəcək. ABŞ prokurorları bildirirlər ki, Reza Zarrab ilk ifadəsini noyabrın 29-da keçiriləcək dinləmədə verməlidir. Zərrabın təqsirini etiraf etməsi...
Fransız Le Monde qəzeti, Çinin Xançjou şəhərində təşkil edilən G20 sammitinin ən əhəmiyyətli nəticələrindən birinin "Rus və Türk liderlərin dünya səhnəsinə dönüşü" olduğunu yazıb. "Le Monde"də nəşr olunan məqalədə 2014-cü ildə Avstraliyada, keçən il isə Türkiyədə təşkil edilən G20 zirvələrindən fərqli olaraq, bu ilki sammitin Rusiya prezidenti Vladimir Putin baxımından çox uğurlu keçdiyi qeyd olunub....
Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van Valiliyi arasındakı ərazidə güclü partlayış baş verib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib. Rəsmi açıqlama verilməsə də, partlayışın PKK tərəfindən bomba yüklü avtomobillə törədildiyi ehtimal edilir. Partlayışdan sonra yanğın başlayıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların pəncərələrinin şüşələri sınıb. İkinci...
ABŞ Dövlət Departamenti Ukraynanın Birləşmiş Ştatlardakı istehsalçılardan yüngül silahların müəyyən növlərini və kiçik silahlar almasından ötrü ixrac lisenziyasını təsdiqlədiyini bildirir. Qurumun sözçüsü Heather Nauert dekabrın 20-də deyib ki, dekabrın 13-də Konqresə bu qərarla bağlı bildiriş göndərilib. Lisenziyaya yarıavtomat və avtomat silahlar, silah hissələri daxildir. Ancaq Ukraynaya Javelin antitank raketləri kimi daha ağır silahların satışına icazə verilmir....