Şənbə, 22 Yanvar, 2022
Türkiyə hakimiyyəti Suriya ilə həmsərhəd Gaziantep əyalətinin Karakamış rayonunun əhalisini təxliyə edir. Polis bölgə əhalisini rayonu tərk etməyə çağırıb. İnsanların təhlükəsizliyini qısa müddətdə təmin edib, onları şəhərdən uzaqlaşdırmaq üçün avtobuslar cəlb olunub. Yerli vaxtla 04.00-da Türkiyə ordusunun Suriyaya girdiyi bildirilir. Hələb şəhərinə bağlı olan Cerablus bölgəsinin İŞİD qüvvələrindən təmizlənməsi üçün həyata keçirilməsi planlaşdırılan əməliyyat üçün əlavə...
Tailandın Pattani ştatında yerləşən “Southern Hotel” otelinin qarşısında minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Partlayışdan sonra oteldə yanğın baş verib.
Kanada höküməti polisdə çalışan müsəlman qadınların hicab geyinməsinə icazə verib. Bu haqda İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Scott Bardsley məlumat verib: “Polis geyiminə bu dəyişikliyin edilməsi ilə bağlı qərar Kanada Kral Jandarmeriyasının komissarı tərəfindən verilib”. Nazirliyin nümayəndəsinin sözlərinə görə, qərar hüquq-mühafizə orqanları sırasına qoşulmaq istəyən müsəlman qadınları həvəsləndirmək məqsədilə qəbul olunub. Məlumata görə, hökümət üç cür hicabı nəzərdən keçirib və  qadınların xidmət zamanı...
Dağıstanın Şamil rayonunda polis əməkdaşları ilə atışma zamanı iki silahlı öldürülüb. Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, polisin sənəd təqdim etmək tələbindən sonra silahlılar atəş açıblar. Daha sonra polislərlə silahlılar arasında atışma olub, insident zamanı atəş açan silahlılar öldürülüb. Öldürülən şəxslərin yerli silahlı dəstənin fəal üzvləri olduğu bildirilir. Onların üzərindən silah-sursat götürülüb.
Rusiya prezidenti Vladimir Putin avqustun 31-də Türkiyəyə səfər edəcək. Qeyd edək ki, həmin tarixdə Türkiyə milli komandası ilə DÇ 2018-ə ev sahibliyi edəcək Rusiya Antalyada yoldaşlıq matçı keçirəcək. Vladimir Putin və Recep Tayyip Erdoğanın futbol qarşılaşmasını birgə izləyəcəkləri bildirilir.
İngiltərənin paytaxtı Londonda gecə nəqliyyatı probleminin həll edilməsi yolunda önəmli addım atılıb. İki metro stansiyasında hər şənbə və bazar günləri səhərə qədər çalışacaq gecə metrosu istifadəyə verilib. Gecə səfərlərinin başlaması münasibətilə London meri Sadiq Xan şəhər sakinləri ilə birlikdə metroda olub. Mətbuatın böyük maraq göstərdiyi ilk gecə səfərində Sadiq Xan açıqlamalar...
İkinci dünya müharibəsinin qızğın vaxtlarında MERRA (Middle East Relief and Refugee Administration) Suriya, Misir və Fələstində Avropadan olan qaçqınların yerləşdirilməsi üçün düşərgələr təşkil etmişdi. MERRA dünya ərazisində şəbəkələşmiş qaçqın düşərgələrinin fəaliyyət göstərməsi üçün hökumətlərlə, yerli və xarici yardım təşkilatlarla qarşılıqlı əməkdaşlıq edən bir təşkilat idi. Sosial rifahın əldə edilməsi üçün Beynəlxalq...
Yeni dərc olunmuş hesabata görə, almanlar təkcə dünyanın ən güclü pasportuna sahib deyillər, onlar həm də ən yüksək səviyyəli vətəndaşlığa malikdirlər. "Henley & Partners’" konsultasiya şirkəti ilk dəfə yaydığı Vətəndaşlıq Keyfiyyəti İndeksi 161 ölkənin vətəndaşlıq dəyərini 0-100 faiz arasında sıralayıb. Sıralamada 161 ölkə arasında ilk yeri Almaniya tutub. Bu ölkə...
Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdin araşdırılması çərçivəsində 7 min 500 vətəndaşın ölkədən çıxışına qadağa qoyulub. Fövqəladə vəziyyət elan edildikdən sonra prezidentin verdiyi ilk sərəncamın 5-ci maddəsinə görə, 2010-cu ildə keçirilən dövlət qulluğuna qəbul imtahanında qayda pozuntusuna yol verdiklərinə görə xaricə çıxışına qadağa qoyulan həmin vətəndaşlar arasında hüquqşünaslar,...
Gürcüstanda 22 yaşlı gəncin intihar məktubu ilə bağlı xəbər parlament seçkiləri öncəsi ölkəni sərt marixuana qanunlarına yenidən baxmağa zövq edib. İddialara görə, yerli polis işçisi intihar etmiş oğlana kənddə marixuana yetişdirən insanlar barəsində məlumat almaq üçün təzyiq edirmiş. Azadlıq Radiosu Gürcüstan xidmətinin yazdığına görə, Demur Sturua məktubunda yazıb ki, onun üçün...