Cümə, 2 Dekabr, 2022
İstanbulda 15 iyul çevriliş cəhdilə əlaqədar ilk məhkəmə Silivri həbsxanasında başlayıb. Məhkəmədə 25 nəfəri həbsdə olmaqla, 29 polisin mühakiməsi gedir. Onlar çevriliş cəhdi zamanı işə gəlməmək və ya çevriliş etmək istəməyən dostlarını və vətəndaşları fikrindən döndərməyə cəhddə ittiham olunurlar. İstanbul Cumhuriyyət prokuroru Evliya Çalışkan, 59 səhifəlik iddianaməsində 21 polis haqqında "Çevrilişə cəhd"...
Son 13 ildə İraqda 455 jurnalist öldürülüb. "Anadolu" agentliyinə istinadən verilən xəbərə görə, məlumatı İraq Jurnalistləri Həmkarlar Təşkilatı yayıb. Təşkilatın hazırladığı hesabatda bildirilib ki, qanunların işləmədiyi və hüququn qorunmadığı ölkədə jurnalist peşəsi ilə məşğul olmaq təhlükəlidir: "Onların təhlükəsizliyinə təminat yoxdur. İraqda jurnalistlər 2016-cı ildə çoxlu faciə ilə üzləşiblər. İl ərzində media nümayəndlərinə qarşı sui-qəsd...
Yaponiyanın nazirlər kabinetinin baş katibi Yoşihide Suqanın bu ayın əvvəli bildirdiyinə görə, çərşənbə axşamı Yaponiya baş naziri Şinzo Abe prezident Barak Obama ilə birlikdə “ABŞ və Yaponiya arasında barışığın dəyərini ifadə etmək” məqsədilə Pearl Harboru ziyarət edəcək. Ağ Ev bildirir ki, Abenin ziyarəti keçmiş müharibə düşmənləri arasındakı ittifaqı vurğulayır. Abe 1951-ci...
"Time" jurnalı 2016-cı ilin ən yaxşı 10 fotosunu seçib. Fotoları təqdim edirik:
Əfqanıstanın Hərbi Hava Qüvvələrinə qatılmış qadın pilot uzunmüddətli hazırlıq kursundan sonra vətəninə geri qayıtmaqdan imtina edib və ABŞ-dan sığınacaq istəyib. Bu barədə The Guardian məlumat verir. 25 yaşlı kapitan Nilufər Rəhmani qorxduğunu açıqlayıb. O ölkədə vəziyyətin daha da pisləşdiyini, Əfqanıstanda qalmağın təhlükəli olduğunu, miqrasiyadan başqa seçiminin olmadığını bildirib: "Mən həmişə öz...
Fransa vətəndaşı Thomas Coville yelkənli qayıqla təkbaşına dünya səyahətinin müddətinə görə dünya rekordunu yeniləyib. Bu barədə BBC məlumat verir. Gənc səyahətini 49 gün və 3 saatda bitirib. Daha öncə rekordu yeniləmək üçün beş dəfə cəhd edən Coville bu müddət ərzində gün ərzində ən çox 3 saat yata bildiyini bildirib. Qeyd edək ki,...
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Suriya sülh müzakirələrinə ev sahibliyi etməyə hazır olduqlarını ifadə edib. Nursultan Nazarbayev, Sankt-Peterburqda Rusiya Dövlət Başçısı Vladimir Putin ilə keçirdiyi görüşdə Moskva və Ankaranın Suriya sülh danışıqları ilə əlaqədar təklifi haqqında çıxış edib. "Sputnik" agentliyinin məlumatına görə, Qazaxıstan prezidenti bu sözləri deyib: "Qazaxıstan, müzakirələrin bütün tərəflərini Astanada qəbul etməyə hazırdır....
"The İndependent" qəzeti Türkiyə mediasında yayılmış xəbərlərə əsasən yazır ki, Rusiyanın Türkiyədəki səfirini öldürmüş polis əməkdaşının işini aparan prokurorlar qatilin nə üçün diri tutulmadığını sual edirlər. Rusiya səfiri Andrey Karlov Ankarada müasir incəsənət qalereyasında çıxış edərkən arxadan güllələnərək öldürülüb. Onun qatili, 22 yaşlı polis işçisi Mevlüt Mert Altıntaş səfiri güllələyərkən "Hələbi...
Moskvada üç dəmiryolu stansiyasına bomba qoyulması xəbəri yayılıb. TASS agentliyinin xəbərinə görə, bu gün günorta saatlarında paytaxtın Kazan, Yaroslavl və Leninqrad dəmiryolu stansiyalarına bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub. Hadisə yerində olan polislər bildirib ki, məlumatdan dərhal sonra 3 minə yaxın sərnişin və stansiyalarda çalışan işçilər təxliyə edilib. Adı çəkilən bölgələrdə iri çaplı axtarış tədbirləri...
ABŞ şist neft sənayesinin inkişafı sayəsində energetika təhlükəsizliyi siyasətini dəyişdirərək neft ehtiyatlarını satışa çıxarmağa hazırlaşır.  "Forexpf.ru" saytına istinadən verilən xəbərə görə, proses yanvar ayından başlaya bilər. ABŞ Konqressi büdcə layihəsinə hələlik 375,4 mln. dollarlıq neft ehtiyatını satmaq qərarını daxil edib. Qeyd edək ki, neft ehtiyatlarının yaradılması ilə bağlı qərar Səudiyyə...