ABŞ-ın Texas ştatının Dallas şəhərində 11 polisə silahlı hücum olub.
Dallas polisinin verdiyi məlumata görə 4 polis öldürülüb, 7-si isə yaralanıb. Yaralıların arasında vəziyyəti ağır olanlarların olduğu bildirilir.
Minnesota və Louisiana ştatlarında 2 qaradərili vətəndaşın polislər tərəfindən güllələnərək öldürülməsinin ardında ABŞ-ın bir çox yerində etiraz aksiyaları keçirilir.
Texas...
İngiltərədə iqtidarda olan Mühafizəkar Partiya sədr seçkilərinə hazırlaşır. 23 iyunda keçirilən Avropa Birliyi referendumundan sonra indiki baş nazir və iqtidar partiyasının lideri David Cameron istefa verəcəyini açıqlamışdı. Partiya liderliyinə seçkilərdə hazırda daxili işlər naziri olan Theresa May favorit hesab olunur. May-ın ən yaxın rəqibi isə enerji naziri Andrea Leadsom...
ABŞ prezidenti Barack Obama demokratların prezidentliyə ehtimal olunan namizədi Hillary Clinton-un seçki mitinqində iştirak edib. Obama "onun nə qədər ağıllı və hadisələrə hazırlıqlı olduğunu bilirəm" deyib.
Demokrat Partiyasının prezident seçkilərinə ən şanslı namizədi, keçmiş dövlət katibi Hillary Clinton-un ilk dəfə bir seçki mitinqində ABŞ prezidenti Barack Obama iştirak edib və səsini...
Yupiter planeti haqqında daha çox məlumat almaq üçün 5 il əvvəl göndərilən NASA-nın "Juno" adlı kosmit aparatı Günəş sisteminin ən böyük planetinin orbitinə daxil olub.
Junonun dünyadan 869 milyon kilometr uzaqlıqda yerləşən Yupiterin orbitinə daxil olması NASA-dakı missiya heyətində böyük həyəcan yaradıb.
Bu aparatın daha öncəkilərdən fərqi ondadır ki, Yupiterin özəyi haqqında...
İraqın paytaxtı Bağdadda dəhşətli terror hadisəsi baş verib.
Aralarında xeyli uşağın da olduğu partlayışlarda 200-dən çox ölü olduğu bildirilir. Bu hadisə il ərzində baş vermiş ən dəhşətli terror hadisəsidir.
Ölənlərin sayının 200-ü keçdiyi, ən azı da 200 nəfərin yaralandığı və 35 nəfərin də itkin olduğu bildirilir. Rəsmilər ölü sayısının arta biləcəyini iddia...
ABŞ-da Demokrat Partiyasının prezidentliyə ehtimal olunan namizədi Hillary Clinton dövlət katibi vəzifəsini icra etdiyi zaman şəxsi emaili vasitəsilə rəsmi yazışmalar etdiyi üçün Federal Təhqiqat Bürosuna ifadə verib.
Hillary Clinton-un seçki kampaniyasından verilən məlumata görə, FTB-nin paytaxt Vaşinqtondakı mərkəzində baş tutan görüş təxminən 3 saat yarım çəkib. Seçki kampaniyasının sözcüsü Nick...
BBC-nin verdiyi məlumata görə Britaniya paytaxtının mərkəzində ölkənin Aİ üzvlüyündən çıxmasının əleyhdarları etiraz aksiyasına qatılıblar. Yürüş iştirakçıları ümid edirlər ki, parlament ölkənin Avropa İttifaqından çıxmasının qarşısını ala bilər.
"Biz Brexit-in qarşısını ala bilərik. Brexit qərarını yenidən nəzərdən keçirmək üçün parlamenti lazım gələn hər bir vasitə ilə təmin etməliyik ki, o müdrik qərar qəbul...
Türkiyə parlamenti məhkəmələrdə köklü dəyişiklikləri nəzərdə tutan qanun layihəsini qəbul edib.
Prezident Recep Tayyip Erdoğanın tənqidçiləri bu qanunun qəbulunu onun qələbəsi kimi təqdim edir, Reuters xəbər verir.
Tənqidçilər deyir ki, bu qanun ona başağrısı olan hakimləri işdən çıxarmaq və ədliyyə sisteminin ipini əlinə yığmağa yardım edəcək.
Hakim AK partiyası bildirib ki, qanun...
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2017-ci ilin yanvar ayınadək uzadıb.
BBC-nin məlumatına görə, may ayının əvvəlində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirmişdi ki, sanksiyalar Ukrayna münaqişəsinin həlli üzrə Minsk razılaşmalarının yerinə yetirilməsindən sonra qaldırılacaq.
"Minsk razılaşmalarının yerinə yetirilməsinin dəyərləndirilməsi ardınca Şura sanksiyaların müddətini daha 6 aya, 2017-ci ilin 31...
Dünən axşam saatlarında Banqladeşin paytaxtı Dakkada bir restorana İŞİD terror qruplaşmasının üzvləri tərəfindən basqın olunub.
Restoranda olan 35 nəfəri əsir götürülüb, polislə atışma olub
Yerli saatla 21:20-də xarici səfirliklərin də yerləşdiyi bölgədə 8 nəfərlik silahlı terrorist qrupu restorana daxil olaraq ətrafa atəş açıb, məkandakı müştəriləri və işçiləri əsir götürüblər.
Bundan sonra restoranın...