Cümə axşamı, 18 İyul, 2019
Türkiyənin milli futbol komandası, Beşiktaş və Qalatasaray kimi tanınmış klublarının başq məşqçisi olmuş Mustafa Denizli Təbrizin "Traktor Sazi" klubu ilə müqavilə imzalayıb. Bu haqda İran və Türkiyə xəbər agentlikləri məlumatı yayıb. Bildirilir ki, tanınmış baş məşqçisinin “dünyanın ən çox türk tərəfdara malik olan futbol klubu” ilə 5 illik bir müqavilə...
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununda məğlub olub. Milan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Eşen şəhərindəki “Sportpark Eschen Mauren” stadionunda keçirilmiş 2-ci qrupun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 10-cu dəqiqədə Şimali İrlandiyadan olan baş...
Mayın 31-i İspaniyanın paytaxtında futbol üzrə Avropa Çempionlar Liqasının finalında İngiltərənin Liverpool və Tottenham futbol klubları qarşılaşıblar. Liverpool komandası 2:0 hesabı ilə qalib gələrək altıncı dəfə UEFA Çempionlar Liqasının kubokuna sahib olub. Liverpool komandasının qələbəsini şərh edən İngiltərə millisinin və Manchester United klubunun keçmiş müdafiəçisi Rio Ferdinand qeyd edib ki, "indiki...
Avropa Liqasının Bakıda keçirilən final matçında İngiltərənin iki klubunun qarşılaşmasında 'Chelsea' 'Arsenal'ı 4-1 hesabı ilə məğlub edib. Oyunun birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq qapılara top vurulmayıb. Lakin fasilədən sonra azarkeşlər meydanda beş qol izləyiblər. Oyunda hesabı matçın 49-cu dəqiqəsində “Çelsi” komandası açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq...
İsrafil Aşurlu, Aleksandr Telnov və Zakra Larokdan ibarət alpinist üçlüyü mayın 22-də Nepal vaxtı ilə səhər saat 6:00-da dünyanın ən yüksək zirvələrindən biri Lhotzeyə (8516 metr) qalxıb. “Turan” agentliyinin məlumatına görə, gecə 7800 metr yüksəklikdəki həmlə düşərgəsindən çıxan alpinistlər zirvəyə səhər saat 6:00-da çatıblar. Saat 10:00-a yaxın alpinistlər həmlə düşərgəsinə...
Arsenal azarkeşləri Bakıda keçiriləcək Avroliqanın finalında Ermənistan milli komandasının oyunçusu Henrix Mxitaryanın üzünü əks etdirən maskalar taxacaqlar. Bu barədə "Armenpress" saytı xəbər yayıb. Məlumata görə, “kanonirlər”in ən fəal azarkeş klubu olan Canon Crested, Mxitaryanın Bakıda təhlükəsizliyinə təminat verilməməsinə etiraz olaraq 'Twitter'də açıqlama yayıb. Müraciətdə deyilir ki, əgər Arsenal Bakıya Mxitaryansız gedərsə,...
Futbol üzrə Türkiyə Super Liqasının 33-cü turunda lider “Qalatasaray” liqa cədvəlində ikinci sırada iştirak edən “Başakşehir” klubunu 2:1 hesabıyla məğlub edərək çempion olub. Sarı-qırmızılı komanda bu qələbə nəticəsində tarixində 22-ci dəfə çempionluq zirvəsinə yüksəldi. Türkiyədə bu ilin surpriz komandası “Başakşehir” uzun müddət birinci yerdə getsə də son 5 turda xal itkisinə...
Britaniyanın "Arsenal" futbol klubunun rəhbərliyi yarımmüdafiəçi, milliyyətcə erməni olan Henrix Mxitaryanı mayın 29-da keçiriləcək Avropa Liqasının final oyununa gətirməməyi qərara alıb. Bu barədə The Times qəzeti bildirib. "Arsenal" təhlükəsizlik baxımından Mxitaryanı oyunlara daxil etməmək niyyətindədir. Klub rəhbərliyi hesab edir ki, Mxitaryanın ətrafında yaranan hay-küy bütün komandaya mənfi təsir göstərəcək. "Arsenal" Azərbaycan hakimiyyətinin...
"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"la cavab oyunundan (0:4) dərhal sonra dopinq-testə çağırılıb. Xəbərə görə, məhz bu səbəbdən o, stadionda jurnalistlərin suallarını cavablandıra bilməyib. Argentinalı hücumçu təxminən 2 saat dopinq-test otağında qalıb.
Çempionlar Liqasında ilk finalçının adı bəlli olub. "Liverpul" "Barselona"nı qəbul edib. İspaniyadakı görüşdə "Barselona" 3 cavabsız qolla qalib gəldiyindən finala daha yaxın görünsə də, mersisaydlılar evdə 4 cavabsız qol vuraraq, fantastik geridönüş edib və finala vəsiqə əldə edib. "Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0 Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0),...