Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyuna təyinat alıb.
"Report"un məlumatına görə, Ağayev III təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Styaua” və Çexiyanın “Viktoriya” komandaları arasında keçiriləcək oyuna baş hakim təyin olunub.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qarşılaşma iyulun 25-də keçiriləcək.
Türkiyə Superliqasında 15-ci turun matçları davam edir.
Ikinci oyun günündə daha 3 qarşılaşma keçirilib. Çempionluğa iddialılardan "Qalatasaray" turu xal itkisi ilə başa vurub. İstanbul təmsilçisi doğma meydanda "Rizespor"la bərabərə qalıb. 40-cı dəqiqədə Qari Rodriges, 58-ci dəqiqədə isə Eren Derdiyokun qolları ilə 2 top fərqi ilə önə çıxan "Cim-Bom" görüşün sonlarına doğru...
Çempionlar Liqası Play-Off mərhələsində "Rostov", 1-1'in revanşında Ajax'ı 4-1 məğlub etməyi bacarıb.
2015-2016 mövsümündə Rusiya Premyer Liqasında çempionluğu sonuncu həftədə itirən "Rostov", bu qələbə ilə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Rostov'un qollarını Sardar Azmoun, Aleksandr Erokhin, Christian Noboa və Dmitri Poloz qeyd edib. Ajax'ın yeganə qolu...
Türkiyənin "Qalatasaray" klubu Mariano Ferreyra Filyonu "Sevilla" klubundan transfer edib.
Abzas.net xəbər verir ki, braziliyalı sağ cinah oyunçusu 3 illik anlaşmaya qol çəkib.
"Sevilla" bu transferdən 4 milyon avro qazanıb. Mariano özünü yaxşı tərəfdən göstərsə, keçmiş klubu daha 500 min avro irəli düşəcək.
Futbolçu özü isə ilinə 2,3 milyon avro qazanacaq.
Rəsmi müqavilə "Türk...
Martın 16-da futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Abzas.net xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunan püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin baş məşqçisi Andrei Shevchenko yardımçı olub.
Püşk nəticəsində aşağıdakı klublar bir-birinə rəqib olub:
"Barselona” (İspaniya) - "Roma” (İtaliya)
"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)
"Yuventus”...
Futbol üzrə dünya çempionatı 2022-ci ildə mövsümün ortalarında keçirilsə, FİFA Avropa klublarına üst-üstə 1 milyard avro təzmint ödəyəcək.
AS nəşrinin verdiyi məlumata görə, FIFA prezidenti Canni İnfantino bu məqsədlə Qətərə səfər edib.
Ali futbol qurumunun 47 yaşlı isveçrəli rəhbəri Dohada olduğunu müddətdə Qətər dövlətinin rəsmiləri ilə görüşərək, təzminatın məbləğini müzakirə edəcək.
Qeyd edək ki, daha...
Hollandiyanın Veyk-an-Zee şəhərindəkeçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov turnirdə növbəti matçını dünya reytinqində ilk pillədəyer alan Maqnus Karlsenə qarşı keçirib.
Ağ fiqurlarla oynayan təmsilçimiz 38-ci gedişdə bərabərliyə razı olub.
Qeyd edək ki, Məmmədyarov hazırda 7 xalla Aniş Qiri və Maqnus Karlsenlə birlikdəliderliyi bölüşür.
Ukraynalı boksçu Vladimir Kliçko peşəkar idman karyerasını başa vurmaq qərarına gəlib.
O, bunu rəsmi bəyanatında bildirib.
"Peşəkar boksçu kimi bütün arzularıma çatmışam, karyeramı bundan sonra idman xaricində qurmaq istəyirəm", - Kliçko bəyanatında qeyd edib.
Aprelin 29-da 41 yaşlı Vladimir Kliçko britaniyalı Anthony Joshua ilə döyüşdə Wembley stadionunda məğlub olub.
Kliçko bu ilin noyabr...
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Belə ki, noyabrın 17-də Premyer Liqanın XII turunun “Qarabağ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ” klubunun 13...
“France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlamağa başlayıb.
Nüfuzlu nəşrin rəsmi saytı xəbər verir ki, hələlik açıqlanan “beşlik”də 222 milyon avroya İspaniyanın “Barselona” komandasından Fransa təmsilçisi PSJ-yə transfer olunan Neymar da yer alıb.
Braziliyalı ilə yanaşı, İspaniya “Real Madrid”indən Luka Modriçlə Marselo,...