Cümə, 24 Mart, 2023
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Ölkəmizdə kifayət qədər azarkeş kütləsinə sahib Türkiyənin "Fenerbahçe" klubu İstanbulda "Monaco"nu məğlub etməyi bacarıb : 2-1. Matçdan öncə ev sahibi komandanın baş məşqçisi Vitor Pereira tam hazır olmadıqlarını bildirsə də, 90 dəqiqə boyunca "sarı-lacivərdilər" daha sürətli və baxımlı futbol nümayiş etdiriblər. Yeni transferlər Van...
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Türkiyə təmsilçisi "Fenerbahçe" klubu Ülker stadionunda Fransanın "Monaco" komandası ilə qarşılaşacaq. "Sarı-lacivərdlilər" oyun öncəsi son məşqə çıxıblar. Zədəsi olan İsmayıl Köybaşı, Van Persie və Volkan Şen məşqdə iştirak etməyib. Bakı vaxtı ilə saat 22.30-da başlayacaq müsabiqəni İspaniya Futbol Federasiyasından Jesus Gil Manzano idarə edəcək.
"Napoli"nin argentinalı ulduzu Gonzalo Higuainin "Yuventus"a transferi reallaşıb. Turin şəhərinin təmsilçiləri hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Juve" ulduz futbolçunun transferi üçün qarşı tərəfə 94 milyon avro təzminat ödəyəcək. 28 yaşlı forvardın bu qiymətə transferi dünya futbolunda bir yeniliyi də öz bərabərində gətirib. Belə ki, Higuainin "ağ-qaralar"a keçidi ilə futbol tarixinin ən bahalı 3-cü...
Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Son Azərbaycan çempionu "Qarabağ" Avropanın bir nömrəli futbol turnirində növbəti matçına çıxıb. Qurban Qurbanovun yetirmələri Çexiyanın Plzen şəhərinin təmsilçisi "Viktoriya"nın qonağı olub. 90 dəqiqə ərzində tərəflər böyük səylə çalışsalar da, yekunda qapılara qol vurulmayıb : 0-0. Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda...
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” komandasının III təsnifat mərhələsində “Viktoriya Plzen” ilə səfər qarşılaşması canlı yayımlanacaq. Futbol azarkeşləri matçı “CBC Sport” telekanalı vasitəsilə izləyə biləcəklər. Xatırladaq ki, “Viktoriya” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı saat 22:15-də start götürəcək. Cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov stadionunda keçiriləcək.
Bu gün Topaz Premyer Liqasının 2016/2017 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında baş tutan tədbirə qarşıdakı sezonun 8 iştirakçısı qatılıb. Tədbirdə çempionatın başlayacağı tarix də açıqlanıb. Mövsümə avqustun 6-da start veriləcək.   Topaz Premyer Liqası I tur 6-7 avqust “Qarabağ” (Ağdam) - “İnter” (Bakı) “Qəbələ” (Qəbələ) -  “Kəpəz” (Gəncə) AZAL (Bakı) -  “Neftçi” (Bakı) “Zirə” (Bakı) - “Sumqayıt” (Sumqayıt)
"Viktoriya" tarixi olan klubdur və son illərdə qazandığı uğurlar da göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır, istənilən halda bu cütlüyün favoriti sayılır". Bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyun öncəsi açıqlamasında deyib. Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Viktoriya Plzen" haqda danışan Q.Qurbanov komandasını çətin oyun gözlədiyini bildirib: "Ardıcıl...
Milli komandamızın yarımmüdafiəçisi Budaq Nəsirovun yeni klubunun adına aydınlıq gəlib. Müqavilə ilə "Sumqayıt" klubuna məxsus olan Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək. "Sportinq" klubu 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. Sonuncu mövsümü "Kəpəz"də keçirən gənc futbolçu Lissabon təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Budaq Nəsirov bu komandada 86 nömrəli formada çıxış...
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edəcək. Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, idmançılarımızdan çoxlu medallar gözləyirik: "Braziliya ilə 8 saat vaxt fərqimiz var, həm də fəsil fərqi var....