Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Günün və turun son oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş paytaxt təmsilçisi ilə SSRİ çempionatında bürünc medal qazanmış Yaşar Babayevin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
"Qarabağ"ın yeni transferi İbrahima Vadji 21-ci...
Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.
Qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübarizə aparıb.
Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Sevindirici haldır ki, güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.
Musa Ağayev Moldova təmsilçisinə...
UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun stadionu dəyişdirilib.
Matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.
Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də...
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 5-ci matçında Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli,...
"Hazırda narahatlığa əsas yoxdur"
Bunu Qvineya millisinin baş məşqçisi Didye Siks ölkədən çıxa bilməyən futbolçular haqqında danışarkən deyib.
67 yaşlı fransalı mütəxəssis legioner həyatı yaşayan oyunçuların Qvineyanı tərk etməsi üçün çalışdıqlarını bildirib: "Futbolçuların oynadıqları klublara qayıtmaları üçün səy göstəririk. Əminəm ki, problem dərhal həll olunacaq".
Bundan əlavə, federasiya prezidenti Mamadu Antonio Souare...
"Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineyadakı hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir.
24 yaşlı yarımmüdafiəçi hazırda Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə ölkəsindədir.
Bu gün keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.
"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri...
FIFA 2022-ci il dünya çempionatının Braziliya və Argentina yığmaları arasındakı seçmə oyununu dayandırıb.
Bu qərar görüşün rəsmi şəxslərinin qərarından sonra qəbul olunub. Daha ətraflı açıqlamanın tezliklə veriləcəyi bildirilib.
Görüşün əvvəllərində Argentina millisi meydanı tərk edib. Bu, meydana polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra baş verib. Onlar koronavirus qaydalarını pozan...
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub. Lüksemburq stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün birinci hissəsi Lüksemburq yığmasının aşkar üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdən oyuna nəzarəti ələ...
Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto...
Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.
Üzgüçü Roman Saley oyunlarda ikinci qızıl medalını əldə edib.
O, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 1-ci yerə çıxıb.
Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib. Bu, Azərbaycan millisinin Tokio-2020-də 14-cü medalıdır.