"Bavariya" "Atletiko"nun futbolçusu Lukas Hernandesi transfer edib.
Xəbərə görə, 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, iyulun 1-dən Münhen təmsilçisinin oyunçusu olacaq.
Almaniya mətbuatı bu transfer üçün "Bavariya"nın 80 milyon avro təzminat ödəyəcəyini yazıb.
Qeyd edək ki, L.Hernandes 2014-cü ildən Madrid klubunda oynayır. Fransa millisinin üzvü bu mövsüm...
FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan yığması siyahıda iki pillə geriləyib.
FIFA-nın rəsmi saytında dərc olunan siyahıda Azərbaycan yığması 1188 xalla 110-cu yerdə qərarlaşıb. Siyahının tam hissəsinə bu linkdən baxa bilərsiniz.
Məlumata görə, reytinq cədvəlinə Belçika (1746 xal) liderlik edir. İlk onluq müvafiq olaraq belə tamamlanıb: Fransa (1718), Braziliya...
Amerikalı boksçu Devid Benavides dünya çempionu olub.
Abzas.net xəbər verir ki, Devid Benavides Rumıniya təmsilçisi Ronaldu Qavrila ilə görüşdə qalib gələrək, qızıl kəməri belinə bağlayıb.
Amerikalı idmançı "WBC" versiyası üzrə orta çəkidə dünya çempionu olub.
Benavides 19 görüşdə 19 qələbə qazanıb. 31 yaşlı Qavrilin isə aktivində 18 qələbə, 2 məğlubiyyət var.
Dünya Çempionatı 2018-in seçmə mərhələsi çərçivəsində 6-cı turun oyunları keçirilib. Milli komandamız da növbəti matçına çıxıb.
Abzas.net xəbər verir ki, Azərbaycan yığması Bakıda Şimali İrlandiya millisini qəbul edib. Bu görüşdə milli komanda minimal hesabla məğlub olub – 0:1.
Bu qələbə ilə Şimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib....
Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə iştirak edəcək klubların heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısını açıqlayıb.
“Report”un məlumatına görə, siyahıda debütant “Səbail” istisna olmaqla, digər 7 komandanın üzvləri yer alıb.
Klubların çempionatdakı oyun sayında rekordçuları
“Qarabağ” - Aslan Kərimov – 268
“İnter” -...
"Mənim komandam rəqibdən üstün idi və bunu bugünkü oyun sübut etdi. 90 dəqiqə üstünlük bizdə idi. Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüflər olsun ki, qol şanslarından kifayət qədər istifadə edə bilmədik. Diqqətləri qarşıdakı çətin oyuna yönəltmək lazımdır".
Bu sözləri yığma komandamızın baş məşqçisi Robert Prosinecki DÇ-2018-in seçmə mərhələsinin San Marino...
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb.
Bu barədə AFFA-nın saytı xəbər yayıb. 31 yaşlı baş hakim B Liqasının IV qrupunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımovyerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Noyabrın 19-da Orxus şəhərindəki...
Türkiyə Superliqasında 21-ci turun daha 3 oyunu keçirilib.
Günün ilk qarşılaşmasında "Konyaspor" və "Malatyaspor" komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 1:1. "Göztəpə" - "Alanyaspor" matçında isə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
Turun mərkəzi oyununda isə "Qalatasaray" doğma azarkeşləri önündə "Trabzonspor"u qonaq edib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul...
Son turlarda uğursuz çıxış etdiyi üçün ciddi islahatlar aparan “Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb.
Əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib.
Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.
Qeyd...
"Barselona" nöbəti transferini reallaşdırıb.
Klubun saytının yaydığı xəbərə görə, Kataloniya təmsilçisi "Tuluza"dan Jan-Kler Todibonu heyətinə cəlb edib. 19 yaşlı müdafiəçisi ilə 4.5 illik müqavlə imzalanıb.
Qeyd edək ki, frasnız futbolçu bu mövsüm çempionatda 10 oyuna çıxıb və 1 qol vurub.