Cümə axşamı, 23 Mart, 2023
Dünya Çempionatı-2018 seçmə matçında Almaniyaya uduzmayacaqlarsa, Azərbaycan yığmasının futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar. “Azerifootball”un yaydığı məlumata görə, qələbə qazanacağı təqdirdə, əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat alacaqlar. Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları...
"Arsenal"ın baş məşqçisi Unay Emeri London klubunun qış transfer planları haqda danışıb.  Britaniya mətbuatının yaydığı xəbərə görə, o, böyük ehtimalla, bu qış oyunçu almayacaqlarını deyib: "Bu transfer dönəmində bir şey edəcəyimizi düşünmürəm. Çünki yanvar ayında önəmli oyunçuları transfer etmək çətindir". Qeyd edək ki,"Arsenal" Premyer Liqasında 34 xalla 5-ci pillədə yer alıb.
Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk oyunu paytaxt Bakıda baş tutub. Tofiq Bəhrəmov adına Respublika stadionunda “Qarabağ” “Viktoriya”nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Oyun boyu rəqibindən üstün futbol nümayiş etdirən "ağ-qaralar" 85-ci dəqiqədə qapılarında gördükləri qoldan sonra Çempionlar Liqası ilə vidalaşıblar. Səfərdə vurduğu qol sayəsində "Viktoriya...
Fransa super kubokunun yeni sahibi bəlli olub. Fransa Liqasının sonuncu çempionu PSG qələbə qazanmaq üçün ölkə kubokunun sahibi "Lyon" ilə qarşılaşıb. Matç paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə baş çatıb.
"Qarabağ" yay transfer pəncərəsinin sonuncu günündə daha bir futbolçu ilə heyətini gücləndirib. Ağdam təmsilçisi "Partizan"ın qolkiperi Bojan Šaranovun keçidini rəsmiləşdirib. "Ağ-qaralar"ın 2 illik müqavilə imzaladığı qapıçı həm də Serbiya millisinin üzvüdür. Qeyd edək ki, bu ilin yanvar ayından "Partizan"da forma geyən Šaranov, paytaxt klubunda 18 matçda çıxış edib.
UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib. Qol.az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirib. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. Bu, millimizin turnirdəki ilk qalibiyyəti olub. Qələbə ilə xalını 5-ə çatdıran yığmamız...
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Təmsilçimiz "Qəbələ" səfərdə Fransanın "Lill" komandası ilə görüşüb. Matça sürətli başlayan "qırmızı-qaralar" 13-cü dəqiqədə Vernidubun qolu ilə hesabı açıb : 0-1. İkinci hissənin əvvəlində ev sahibi komanda qol vurmağı bacarsa da, matç bu hesabla yekunlaşıb : 1-1. Xatırladaq ki, komandalar arasında...
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Ənənəvi olaraq Monacoda keçiriləcən mərasim Bakı vaxtı ilə 20:00-da başlayıb. Komandalar aşağıdakı qruplarda mübarizə aparacaq: A qrupu PSG Arsenal Basel Ludogorets B qrupu Benfica Napoli Dinamo Kiyev Beşiktaş C qrupu Barcelona Manchester City Borussia Mönchengladbach Celtic D qrupu Bayern München Atletico Madrid PSV Rostov E qrupu CSKA Bayer Leverkusen Tottenhem Monaco F qrupu Real Madrid Borussia Dortmund Sporting Lisbon Legia G qrupu Leicester City Porto Club Brugge Copenhagen H qrupu Juventus Sevilla Lyon Dinamo Zagreb
Bu gün futbol üzrə Çempionlar Liqasının final matçı keçiriləcək. Həlledici qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gələcək. Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda təşkil olunacaq matçı almaniyalı referi Feliks Brıx idarə edəcək. Saat 22:45-də başlanacaq görüşə "Real Madrid" itkisiz çıxacaq. "Yuventus"da isə Marko Pyatsa və Stefano Sturaro zədəlidir. "Kral klubu"...
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Osloda Norveç, sentyabrın 4-də isə Bakıda San Marino yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Abzas.net xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat verib. Qarşıdakı iki oyun üçün baş məşqçi Robert Prosinechki 25 futbolçu dəvət edib. AD,...