Bazar ertəsi, 29 May, 2023
"Mançester Siti" gənc yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalamağa hazırlaşır. Britaniya mətbuatının yaydığı xəbərə görə, 18 yaşlı oyunçu öz menecerinə klubda qalmaq istədiyini deyib. Mançester təmsilçisi futbolçu ilə 6 illik yeni sözləşmə barədə razılığa gəlib. Qeyd edək ki, Foden “şəhərlilər”in yetirməsidir və İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış...
Ardıcıl ikinci mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ” heyətini yeni hücumçu ilə gücləndirib. “Qırmızı-qaralar” 25 yaşlı hücumçu Ruslan Qurbanovla 2 illik müqavilə imzalayıb. Hazırda Azərbaycan milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib. Qeyd edək ki, daha əvvəl o,...
Beynəlxalq Olimpiya Komitəsi Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarına Lozanna İdman Arbitraj Məhkəməsində ömürlük uzaqlaşdırma ittihamına bəraət almış 13 rus idmançı və iki məşqçinin buraxılmasından imtina edib. "Komissiya razılaşıb ki, İdman Arbitraj Məhkəməsinin qərarı dopinq şübhələrini aradan qaldırmayıb və komissiyaya 13 idmançının təmiz hesab edilməsi üçün kifayət qədər əsas verməyib", Beynəlxalq...
"Barselona" nöbəti transferini reallaşdırıb. Klubun saytının yaydığı xəbərə görə, Kataloniya təmsilçisi "Tuluza"dan Jan-Kler Todibonu heyətinə cəlb edib. 19 yaşlı müdafiəçisi ilə 4.5 illik müqavlə imzalanıb. Qeyd edək ki, frasnız futbolçu bu mövsüm çempionatda 10 oyuna çıxıb və 1 qol vurub.
A qrupu 14 iyun. 19:00  Rusiya – Səudiyyə Ərəbistanı 5:0 15 iyun. 16:00  Misir – Uruqvay 0:1 19 iyun. 22:00  Rusiya – Misir 3-1 20 iyun. 19:00  Uruqvay – Səudiyyə Ərəbistanı 1-0 25 iyun. 18:00  Uruqvay – Rusiya 3-0 18:00  Səudiyyə Ərəbistanı – Misir 2-1 B qrupu 15 iyun. 19:00  Mərakeş – İran 0:1 22:00  Portuqaliya – İspaniya...
Prezident İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. BakiPost.az xəbər verir ki, sənədə əsasən, Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri...
Almaniyanın məşhur "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı məlumat dərc edib. APA adıçəkilən sayta istinadən xəbər verir ki, gənc hücumçu Azərbaycan yığmasını pula görə seçib. Belə ki, Renatın yığmamızı seçməsini qəribə hadisə kimi təqdim edən müəllif bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını iddia edib: "Təəssüf ki, "Ayntraxt"ın...
Növbəti sezonun hazırlıqlarını Macarıstanda davam etdirən Türkiyənin "Trabzonspor" komandası sabah növbəti hazırlıq matçına çıxacaq. Ersun Yanalın yetirmələri Avstriyanın"Qarabağ" klubu ilə qarşılaşacaq. Vyana təmsilçisi ilə matç "ETO Park Stadium"da keçiriləcək və Bakı vaxtı ilə 21:30-da başlayacaq. Qeyd edək ki, azərbaycanlı həmvətənlərimizin yaratdığı “Qarabağ” klubu Avstriya 4-ci Liqasında mübarizə aparır. Klubun idarə heyəti dörd Azərbaycan və iki Avstriya...
Topaz Premyer Liqanın 18-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununun başlama saatı müəyyənləşib. Abzas.net xəbər verir ki, Gəncə şəhər stadionunda oynanılacaq matç fevralın 12-i, saat 13:30-da başlayacaq.
"Viktoriya" tarixi olan klubdur və son illərdə qazandığı uğurlar da göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır, istənilən halda bu cütlüyün favoriti sayılır". Bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyun öncəsi açıqlamasında deyib. Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Viktoriya Plzen" haqda danışan Q.Qurbanov komandasını çətin oyun gözlədiyini bildirib: "Ardıcıl...