Cümə axşamı, 11 Avqust, 2022
“Barselona”nın prezidenti Joan Laporta “Mançester Siti”dən Kataloniya təmsilçisinə keçən Serxio Aqueronu La Liqada qeydiyyatdan keçirmək üçün digər oyunçuların maaşların azaldılmasına razılıq verməsinə ehtiyac duyduqlarını bəyan edib.  Bu barədə “TalkSport” nəşri məlumat yayıb. “Barselona”nın prezidenti komandanın əsas müdafiəçisi Jerar Pikenin artıq sözügedən addımı atdığını bəyan edib. “Pikeyə bizə kömək məqsədi ilə maaşının azaldılmasına razılıq verdiyi üçün təşəkkür...
UEFA Çempionlar Liqası və UEFA Avropa Konfrans Liqasının 2021/2022-ci il mövsümünün təsnifat mərhələsində iştirak edən klublar üçün UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti Azərbaycan klublarına ödənilib. Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. “Neftçi” – 200, 000.00 avro “Keşlə” – 450, 000.00 avro “Sumqayıt” – 450,000.00 avro “Qarabağ” – 100,000.00 avro
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) və Avropa Liqasında (AL) pley-off mərhələsinin görüşlərinə start veriləcək. İlk oyun günündə ÇL-də 3, AL-də isə 1 qarşılaşma baş tutacaq. Matçların hamısı Bakı vaxtı ilə eyni saatda - 23:00-da başlayacaq. Çempionlar Liqasında "Monako" Fransada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edəcək. Digər oyunlarda Xorvatiyanın "Dinamo" (Zaqreb)...
Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək. Cari çempionatda da 8 komanda - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" mübarizə aparacaq. Sayca yubiley - 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq. Start fiti saat 18:30-da...
"Neftçi"nin futbolçusu Namik Ələskərovun "Bursaspor"a keçidi bu gün rəsmiləşə bilər. Bu gün Bursaya yollanacaq 26 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq. Yunanıstan "Olimpiakos"una qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda (0:1) zədələnən Azərbaycan millisinin üzvünün matçlara bir müddət maska ilə çıxacağı bildirilib. Bunun üçün İstanbuldan xüsusi maska sifariş olunub. Namik...
"Neftçi" və "Qarabağ" komandalarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib. Bu, III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub. Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin "Makkabi" (Hayfa) komandasını üstələməyi bacarmalıdır. "Makkabi" evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı "Torshavn"a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb. "Qarabağ"...
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS)Azərbaycan futbol tarixinin rəmzi komandasını açıqlayıb. Ən yaxşı "11-lik"də aşağıdakı oyunçular yer alıb: Qapıçı: Sergey Kramarenko Müdafiəçilər: Rafiq Quliyev, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Yaşar Babayev Yarımmüdafiəçilər: İqor Ponomaryov, Nazim Süleymanov Hücumçular: Kazbek Tuayev, Anatoli Banişevski, Ələkbər Məmmədov, Yuri Kuznetsov
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edəcək. "Köhlən atlar"ın heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən...
Avqustun 12-i, bu gün "Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək. Samir Abasovun baş məşqçi olduğu kollektiv Finlandiyanın paytaxtı Helsinkidəki "Bolt Arena"da HİK klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edəcək. Bu komandalar arasında avqustun 3-də "Bakcell...
Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirəcək. "Report" xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub. 1. Əvvəlki...