Bazar ertəsi, 26 Avqust, 2019
İtaliyanın Catania şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün sonuncu görüşünü keçirib. Super Final mərhələsinin final qarşılaşmasında milli komandamız Macarıstan ilə üz-üzə gəlib. Matç 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda...
İtaliya Serie A-da ikinci turu çərçivəsində keçirilən "Napoli" - "Milan" qarşılaşmasında qapılara 6 qol vurulub. Neapol şəhərinin təmsilçisi, ev sahibi üstünlüyünü yaxşı dəyərləndirə bilib və 4-2 hesablı qələbə qazanıb.  
"Çətin qrupa düşmüşük. Bu turnirdə asan komanda yoxdur. Amma inanıram ki, yaxşı olacaq". Bu sözləri "Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasında püşkatma nəticəsini dəyərləndirərkən deyib. Klub rəsmisi "Fiorentina", PAOK və "Slovan Liberec" klublarına qarşı layiqli mübarizə aparmağa və qrupdan çıxmağa çalışacaqlarını bildirib: "Bir daha qeyd edim ki, Avropa Liqasının qrup mərhələsində...
UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Belə ki, Monacoda keçirilən tədbirdə iki Azərbaycan klubunun rəqibləri müəyyənləşib. Ardıcıl üçüncü dəfə qrup mərhələsində iştirak edəcək Ağdamın "Qarabağ" klubu J qrupunda mübarizə aparacaq. "Ağ-qara"lar "Fiorentina", "PAOK" və "Slovan Liberec" ilə qüvvəsini sınayacaq. Təmsilçimiz “Qəbələ” isə ikinci dəfə mübarizə aparacağı qrup mərhələsində "R.S.C. Anderlecht", "FSV...
Şotlandiyanın köklü futbol klublarından Celtic'in azarkeş qrupu Green Brigade'in (Yaşıl Briqada) liderliyində başladılan yardım kampaniyasında 130 min funt toplanıb və bu pul fələstinlilərə çatdırılıb. Bağışlanan pul, tibbi yardım ilə Beytüllahim şəhərindəki Aida Mühacir düşərgəsində bərabər olaraq paylaşdırılacaq. Qeyd edək ki, "Celtic" ilə "Hapoel Beer-Sheva" (İsrail) arasında 17 Avqustda oynanılan UEFA Çempionlar Liqası play-off matçında, "Celtic"...
UEFA 2018-ci ildən Çempionlar Liqasında tətbiq ediləcəyi gözlənilən köklü dəyişikliyə hazırlaşır. Bu dəyişikliyin böyük liqalarda mübarizə aparan komandaların əleyhinə olacağı gözlənilir. Yeni formata görə UEFA-nın ölkə reytinqi cədvəlində ilk dörd yerdə qərarlaşan liqalar, turnirdə dörd komanda ilə təmsil ediləcək. Bu komandalar təsnifat mərhələsi oynamadan birbaşa qruplarda iştirak edəcək. Mövcud reytinqə görə, İspaniya, Almaniya, İngiltərə və İtaliya...
"Qarabağı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün daha yaxşı ididlər. Qələbəyə layiq idilər. “Qarabağ”ın çox keyfiyyətli futbolçuları var. Oyun yaxşı başlamışdıq. Lakin künc zərbəsindən qapımızda qol gördük. Bundan sonra oyunumuz alınmadı". Bu sözləri "Göteborg"un baş məşqçisi Jörgen Lennartsson Avropa Liqasının play-off mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən...
Dünən Avropa Liqasında play-off mərhələsi başa çatıb. Cavab oyunları çərçivəsində səfərdə Sloveniyanın “Maribor” komandası ilə qarşılaşan Qəbələ 1-0 məğlub olmasına baxmayaraq, qrup mərhələsində iştirakı təmin edib. Qeyd edək ki, "qırmızı-qaralar" Bakıda keçirilən görüşdə slovenlər üzərində 3-1 hesablı qələbə qazanmışdı. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan) - 1:0 Qol: Tavares, 66 (1:0)  
Bu gün Avropa Liqasında play-off mərhələsinin cavab oyunları keçirilir. Cavab oyunları baş tutduqdan sonra bu mərhələyə yekun vurulacaq və sabah Monaco şəhərində qrupların müəyyənləşməsi üçün püşkatma mərasimi keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda “Göteborg”u qəbul edib. Səfərdə keçirilən ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Bakıdakı...
Avropa Liqasının play-off mərhələsində bu gün baş tutacaq  "Maribor" - "Qəbələ" matçı üçün heyətlər açıqlanıb. Qeyd edək ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar: “Maribor”: 33. Jasmin Handanoviç, 3. Erik Yanza, 4. Marko Şuler, 5. Blaz Vrhoveç, 6. Aleks Pihler, 9. Tavares, 11. Milivoye Novakoviç, 22. Dare Vrişiç, 35. Rodriqo Defendi, 39. Damyan Bohar,...