Bazar, 26 May, 2019
Dünən Türkiyə superkubokunun qalibi məlum olub. "Konya Torku Arena"da keçirilən final görüşündə son çempion “Beşiktaş”la  ölkə kubokunun sonuncu sahibi “Galatasaray” üz-üzə gəlib. Matç ümumilikdə hərəkətlii və bol epizodlu keçsə də, əsas və əlavə vaxt heç-heçə başa çatıb: 1:1. Buna görə də penaltilərə ehtiyac duyulub. Burada daha dəqiq olan "Galatasaray" superkuboku qazanıb.  
Dünən Topaz Premyer Liqada 2-ci turun oyunlarına start verilib. Sonuncu Azərbaycan çempionu "Qarabağ" səfərdə "Sumqayıt" ilə qarşılaşıb. Mövsümün açılış oyununda "İnter"ə məğlub olan Ağdam təmsilçisi "Sumqayıt"la oyunda 2:0 hesabı ilə qalib gəlib.
“Nicatı 3 il öncə Qazaxıstana mən aparmışam. Onun perspektivini görmək lazım idi. Lakin burada bəziləri kor idilər, görmədilər”. Bunu apasport.az saytına müsahibəsində Nicat Rəhimovun atası Əli Rəhimov deyib. Oğlunun Rio Olimpiadasında çempion olmasının sevincini bölüşən Rəhimov bildirib ki, rekordla gələn “qızıl” Nicatın zəhmətinin bəhrəsidi: “Yarışdan əvvəl də, sonra da Nicatla...
Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub. APA-nın məlumatına görə, N. Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionu olub. Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə...
Kipr liqasında çıxış edən "Anortosis" klubunun hücumçusu Dino Ndlovunun “Qarabağ”a transfer olacağı dəqiqləşib. Yaxın bir neçə gün ərzində 26 yaşlı futbolçu Bakıya gələcək. Onunla iki illik müqavilə imzalanacağı gözlənilir. Ağdam təmsilçisinin afrikalı futbolçu üçün təxminən 350 min avro ödəyəcəyi bildirilir. Xatırladaq  ki, Cənubi Afrika millisinin üzvü olan D.Ndlovu ötən mövsüm  Kipr çempionatında  meydana çıxdığı 28 oyunda 16...
Dünən UEFA superkubokunun qalibini müəyyənləşdirmək üçün Norveçdə "Real Madrid" və "Sevilla" komandaları üz-üzə gəlib. Görüşün əvvəlində üstün futbol nümayiş etdirən Madrid təmsilçisi hesabı açsa da, ardıcıl 3 dəfə UEFA kubokunu qazanan "Sevilla" sonradan 2 qol vuraraq hesabda önə keçib. "Real Madrid"in son illərdə qəhrəmanı halına gələn və 90-cı dəqiqədə vurduğu qollarla məşhurlaşan...
Fransalı futbolçu Poul Pogbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçməsi futbol tarixində ən bahalı transfer olub. “Yuventus” klubunun rəsmi saytında yayılan məlumata görə, ingilis klubu 2 il ərzində 105 milyon avro ödəyəcək. Pogaba 5 ildən sonra yeni müqavilə bağlasa və ya bu müddət ərzində başqa kluba 50 milyon avrodan baha qiymətə satılsa, "Yuventus"...
Dünən Topaz Premyer Liqasının 2016/2017-ci il mövsümünün ilk turu başa çatıb. Birinci turun son matçında "Qəbələ" və "Kəpəz" komandaları üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən oyunda "Qəbələ" rəqibindən 2:0 hesabı ilə üstün olub. 8 avqust (bazar ertəsi) 19:00. "Qəbələ" – "Kəpəz" - 2:0 Qollar: Tellur Mütəllimov, 58 (1:0), Dabo, 79 (2:0) 7 avqust (bazar) 20:00. "İnter” – "Qarabağ” - 2:1 Qollar: Reynaldo,...
XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan ilk medalını qazanıb. Apasport-un xəbərinə görə, cüdo üzrə Azərbaycan millisinin üzvü Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verib. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib....
Rusiyanın milli yığması dopinq qalmaqalı ilə əlaqədar sentyabr ayında Rio de Janeyroda Paralimpiya oyunlarında iştirakdan kənarlaşdırılıb. Bu, sistematik dopinq proqramı ilə əlaqədar olaraq Rio de Janeyroda Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən Rusiya idmançılarına qarşı cəza tədbirləri ilə yanaşı atılmış daha bir addımdır. Beynəlxalq Olimpiya Komitəsi Rio de Janeyroda Yay...