Cümə axşamı, 20 İyun, 2019
FIFA Futbolçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Trabzonspor"un futbolçusu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib. Qərarda qeyd edilib ki, AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun. Futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin. FIFA bu haqda UEFA və...
Bu gün Avropa Liqasında play-off mərhələsinin püşkü atılacaq. Həmişə olduğu kimi İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Ölkəmizi turnirdə təmmsil edən komandalarımız - “Qarabağ” və “Qəbələ”nin də rəqibləri məlum olacaq. Qeyd edək ki, “Qarabağ” səpələnmişlər, “Qəbələ” isə səpələnməmişlər qrupunda yer alıb. "Qarabağ"ın potensial rəqibləri: "Shkendija" (Makedoniya) "Başakşehir" (Türkiyə) "Göteborg" (İsveç) "Crvena Zvezda" (Serbiya) "Sonderjyske" (Danimarka) "Hajduk Split" (Xorvatiya) "Qəbələ"nin...
Dünən Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Turnirdə ölkəmizi təmsil edən “Qəbələ” Fransanın “Lill” komandasını qəbul edib. Qarşılaşmanı "Qəbələ" 1:0 hesablı qalibiyyətlə başa vurub. Qazandığı qələbə ilə "Qəbələ" tarixində ardıcıl üçüncü dəfə Avroliqanın pley-off mərhələsinə yüksəlib. Qeyd edək ki, Azərbaycan futbol tarixində ilk dəfə olaraq Qəbələ "böyük beşlik" ölkələrindən birinin təmsilçisini məğlub edərək mərhələ...
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları baş tutacaq. Turnirdə ölkəmizi təmsil edən “Qəbələ” klubu doğma azarkeşlər önündə növbəti matçına çıxacaq. Fransanın “Lille” komandası ilə "Bakcell Arena"da qarşılaşacaq komandamız oyun öncəsi son məşqini uğurla yekunlaşıdırb. Qriqorçukun yetirmələri səfərdə fransızlar ilə 1-1 hesablı heç-heçəyə razılaşdığı üçün Bakıda keçiriləcək matçda komandamıza qolsuz bərabərlik də kifayət...
Portuqaliyanın "Tondela" klubuna transfer olan Elnur Cəfərovun yeni komandasından uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. İlkin məlumatlara görə E.Cəfərovun "Tondela"dan ayrılmasına səbəb futbolçunun hazırlıq matçlarında zəif çıxış etməsi olub. Komandanın 39 yaşlı baş məşqçisi Petit millimizin üzvünün performansından razı qalmayıb. Belə olan halda, "Tondela" Elnur Cəfərovla yollarını ayırıb.
ABŞ-da keçirilən Beynəlxalq Çempionluq Kuboku turnirində "Barcelona” və "Leicester City" komandaları qarşılaşıb. İki komandanın da yeni transferlərinin yer aldığı matç "Barcelona"nın 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Barcelona" 4 - 2 "Leicester City" Qollar: Munir El Haddadi 26, 45, Luis Suarez 34, Rafa Mujica - Ahmed Musa 48, 66  
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Türkiyə təmsilçisi "Fenerbahçe" İstanbulda keçirilən matçda 2:1 hesabı ilə məğlub etdiyi "Monako"nun qonağı olub. Oyun boyu zəif futbol nümayiş etdirən "sarı-lacivərdlilər" 3:1 hesabı ilə məğlub olaraq turnirin pley-off mərhələsində turnir ilə vidalaşmalı olub. "Monako" 3 - 1 "Fənərbağça" QOLLAR: Valere Germain, 2, 66, Radamel Falcao, 18 (pen.) - Emmanuel Emenike, 53
Türkiyədə yaşayan azərbaycanlı basketbolçu Orxan Hacıyev növbəti dəfə komandasını dəyişib. 2015-2016 mövsümündə "Acıbadem" komandasında çıxış edən 26 yaşlı hücumçu "Galatasaray"ın formasını geyinəcək. "Sarı-qırmızılılar" 203 sm boyu olan basketbolçu ilə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, Orxan Hacıyev karyerası ərzində "Pertevinyal", "Türk Telekom", "Aliağa Petkim" və "Uşak Sportif" komandalarında oynayıb.
Çempionlar Liqası ilə vidalaşan təmsilçimiz “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Avropa Liqasında qruplara qalmaq üçün sonuncu səddi aşmalı olan Ağdam klubunun dörd potensial rəqibi bəlli olub. “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıran “Dinamo” (Gürcüstan), BATE Borisov (Belarus), “Rosenborg” (Norveç) və Serbiyanın “Crvena Zvezda” komandaları ilə qarşılaşa bilər. Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri Çempionlar Liqasının III...
Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk oyunu paytaxt Bakıda baş tutub. Tofiq Bəhrəmov adına Respublika stadionunda “Qarabağ” “Viktoriya”nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Oyun boyu rəqibindən üstün futbol nümayiş etdirən "ağ-qaralar" 85-ci dəqiqədə qapılarında gördükləri qoldan sonra Çempionlar Liqası ilə vidalaşıblar. Səfərdə vurduğu qol sayəsində "Viktoriya...