Bazar, 31 May, 2020
Türkiyədə yaşayan azərbaycanlı basketbolçu Orxan Hacıyev növbəti dəfə komandasını dəyişib. 2015-2016 mövsümündə "Acıbadem" komandasında çıxış edən 26 yaşlı hücumçu "Galatasaray"ın formasını geyinəcək. "Sarı-qırmızılılar" 203 sm boyu olan basketbolçu ilə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, Orxan Hacıyev karyerası ərzində "Pertevinyal", "Türk Telekom", "Aliağa Petkim" və "Uşak Sportif" komandalarında oynayıb.
Çempionlar Liqası ilə vidalaşan təmsilçimiz “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Avropa Liqasında qruplara qalmaq üçün sonuncu səddi aşmalı olan Ağdam klubunun dörd potensial rəqibi bəlli olub. “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıran “Dinamo” (Gürcüstan), BATE Borisov (Belarus), “Rosenborg” (Norveç) və Serbiyanın “Crvena Zvezda” komandaları ilə qarşılaşa bilər. Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri Çempionlar Liqasının III...
Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk oyunu paytaxt Bakıda baş tutub. Tofiq Bəhrəmov adına Respublika stadionunda “Qarabağ” “Viktoriya”nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Oyun boyu rəqibindən üstün futbol nümayiş etdirən "ağ-qaralar" 85-ci dəqiqədə qapılarında gördükləri qoldan sonra Çempionlar Liqası ilə vidalaşıblar. Səfərdə vurduğu qol sayəsində "Viktoriya...
Avropa Liqasındakı təmsilçimiz “Qəbələ” 3-cü təsnifat mərhələsi çərçivəsində iyulun 4-də Fransanın “Lill” klubu ilə cavab matçına çıxacaq. Abzas.net böyük əhəmiyyət kəsb edən matçdan öncə klubun rəsmi saytının hazırladığı promo videonu təqdim edir:
Avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına start veriləcək. Apa-nın məlumatına görə, 17 gün davam edəcək 4 illiyin ən möhtəşəm yarışında Azərbaycan 56 idmançı ilə təmsil olunacaq. Artıq millimiz yarışda iştirak üçün Braziliyaya da yollanıb. Rioya gedənlərin isə heç də hamısı lisenziyanı özü qazanmayıb. İdmançılarımızın bəziləri bunu haqq edən komanda...
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları başlayacaq. Günün ilk matçı paytaxt Bakıda baş tutacaq. Son illərin dəyişilməz Azərbaycan çempionu “Qarabağ” Çexiya təmsilçisi “Viktoriya”nı qonaq edəcək. Xatırladaq ki, Plzen şəhərində keçirilən ilk görüşdə 0-0 hesablı heç-heçə qeydə alınıb. Bu hesab isə ağ-qaraların növbəti tura çıxması üçün böyük kömək edə bilər. Qurban Qurbanovun yetirmələri “Viktoriya...
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Viktoriya” ilə keçiriləcək matç öncəsi mətbuat konfransı keçirib: - İlk oyundan sonra rəqibi daha yaxış tanıyırıq. İnşallah, azarkeşlərimizin qarşısında daha istəkli “Qarabağ” görəcəksiz. Amma rəqibin bizə qarşı göstərəcəyi oyundan da çox şey asılı olacaq. Yeni baş məşqçiləri...
Hücumçu axtarışında olan "Qarabağ" bir futbolçu ilə danışıq aparır. Sonuncu ölkə çempionu və ölkə kubokunun qalibi "ağ-qaralar" Anortosis'in üzvü Dino Ndlovunu heyətinə qatmağa çalışır. Hazırda klublar arasında danışıqlar gedir. Kiprlilərin bu təklifə hansı cavabı verdiyi açıqlanmayıb. Cənubi Afrika Respublikası (CAR) yığmasının da formasını geyinən Ndlovu 2015-ci ildən "Anortosis"in uğurları üçün çalışır. 26 yaşlı...
"Real Madrid" klubunun ulduz futbolçusu Karim Benzema UEFA superkubokunda "Sevilya" ilə keçiriləcək matçı buraxa bilər. Klub həkimlərinin açıqlamalarına görə fransalı hücumçu ombasından zədələnib. Xatırladaq ki, avqustun 9-u keçiriləcək "Sevilya" - "Real" oyununda Benzemadan əlavə portuqaliyalı ulduz Cristiano Ronaldonun da iştirak edə bilməyəcəyi açıqlanıb.
Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yarışın ilk günü gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb. Təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) isə...