Bazar ertəsi, 29 May, 2023
Azərbaycanda büdcə məlumatları şəffaf deyil, tam açıqlanmır Mayın 31-də Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı 2021-ci ilin Açıq Büdcə İndeksini (Open Budget Index) açıqlayıb. Azərbaycan büdcə şəffaflığı üzrə 100 baldan 57-ni toplayaraq, 120 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Azərbaycanın ən aşağı bal topladığı bənd isə məlumatların açıqlanması ilə bağlıdır: 9 bal. Ölkənin büdcə məlumatlarının açıqlanması...
Mayın 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində bolqar xarici işlər naziri Teodora Gençovskaya ilə görüşü keçirilib.Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, nazirlər ölkələrimiz arasında iqtisadi əlaqələrin özəyini təşkil edən enerji sektoru, habelə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əlaqələrin inkişafı...
Bu ilin yanvar-aprel aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 32 ölkəyə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 ölkə və 49,7 faiz (8,4 milyon ABŞ dolları) azdır. 2022-ci...
Mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi müzakirə edilib. İclasda çıxış edən Maliyyə naziri Samir Şərifov deyib ki, ötən il neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən yüksək olub, bu da icmal büdcənin kəsrsiz...
"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb. APA-nin məlumatına görə, QSC-nin xalis zərəri 3 faiz azalaraq 76,4 milyon manat olub. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb. 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. 2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon...
Son dövrlər ölkədə bəzi siqaret markalarını mağazalarda tapmaq çətinləşib. Azərbaycanda iri siqaret istehsalçılarından "Tabaterra" QSC mediaya açıqlamasında siqaret istehsalı ilə bağlı çətinlikləri təsdiqləyib. Həmin şirkət toplam 100-dən çox çeşid olmaqla, yerli, o cümlədən dünyanın ən iri istehsalçıları olan "British American Tobacco", "Japan Tobacco International", "İmperial Tobacco Group" kimi şirkətlərə...
Azərbaycan ərazisindən ixrac və tranzit daşımaları getdikcə daha da populyarlaşır. Qazaxıstan və Belarus ərazisindən ixrac və tranzit daşımalara tələbat artıb. Qeyd edilir ki, geosiyasi və iqtisadi vəziyyət logistikləri qərbdən şərqə və cənuba yük axınının istiqamətini dəyişməyə məcbur edib. Rusiyanın “RJD Loqistika” şirkətindən bildirilib ki, müştərilərin Avropa sərhədlərini keçməsi ilə əlaqəli olmayan...
Beynəlxalq bazarlarda neft və qaz qiymətlərinin artması Azərbaycanın bu enerji daşıyıcılarından əldə etdiyi gəlirlərə də ciddi təsir göstərib. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun 5 may tarixli məlumatına görə, - AÇG yatağından gəlir (01.01.2022-01.05.2022 tarixinə): 2 898 mln. ABŞ dolları, - Şahdəniz yatağından gəlir (qaz və kondensat) (01.01.2022-01.05.2022 tarixinə): 405,475 mln. ABŞ...
Dövlət Gömrük Komitəsi 2022-ci ilin birinci rübünün yekunlarına dair gömrük statistikasını açıqlayıb. Dünya bazarlarında ilin əvvəlindən neft-qaz qiymətlərinin yüksək olması ötən illə müqayisədə Azərbaycanın ticarət dövriyyəsində ciddi artımlar doğurub. Bu ilin ilk üç ayında Azərbaycanın ixracı 7 milyard 981 milyon dollar, idxalı isə 2 milyard 927 milyon dollar dəyərində olub....
Azərbaycan hökuməti son zamanlar vaxtaşırı elektrik enerjisi istehsalını artırmaq öhdəliyindən söz açır. Bu, qeyri-neft sektorunda gəlir artımıyla bağlı hökumətin ən böyük ümididir. Axı söhbət elektrik ixracından əldə edilə biləcək gəlirlərdən gedir. Dövlət Gömrük Komitəsinin (DGK) göstəricilərinə görə, ötən il Azərbaycan elektrik enerjisi ixracından 69 milyon 343 min dollar gəlir...