Cümə axşamı, 18 İyul, 2019
Ev İqtisadiyyat

İqtisadiyyat

Prezident İlham Əliyev Xocəsən–Lökbatan avtomobil yolunun 11 kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolunun 11 kilometrlik hissəsinin yenidən qurulması məqsədilə dövlət büdcəsindən 13,5 milyon manat ayrılsın. Sənəddə deyilir ki, vəsait 2019-cu ilin dövlət...
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın təsis etdiyi “SOCAR AQŞ” MMC 94 min 160 dollar cərimələnib. Bu barədə bu günlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, “SOCAR AQŞ” üzərinə düşən öhdəliyi yerinə yetirmir, iş gördürsə də pulunu ödəmir. Bu haqda Azadlıq Radiosu məlumat yayıb. “SOCAR...
Rusiyada aztəminatlı ailələrdə 1,5-3 yaşlı uşaqlara verilən müavinətin 50 rubldan 10 min rubla qaldırılacağı bildirilir (10 min rubl indiki məzənnəylə 158 dollara bərabərdir - A.R.). Bu barәdә açıqlama verәn Rusiyanın baş naziri Dmitri Medvedevin sözlәrinә görә, iyulun 1-dən əlilliyi olan uşaqlara görə, dekretə çıxmış valideynlərə ödəniş də artırılacaq. Azәrbaycanda isә 18 yaşına...
Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək. Bu barədə DİM-in Direktorlar Şurasının Məleykə Abbaszadə APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Tarif Şurasının 2017-ci il 23 may tarixli, 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə...
2019-cu ilin yanvar-may aylarında Azərbaycana 180 ölkədən 1 milyon 94,8 min və ya 2018-ci ilin ilk beş ayı ilə müqayisədə 3,7 faiz çox əcnəbi gəlib. Bu barədə Dövlət Statistika Komitəsi və Dövlət Sərhəd Xidməti belə hesabat yayıb. Rəsmi məlumata görə, gələnlərin 28,5 faizi Rusiya, 26 faizi Gürcüstan, 10,9 faizi Türkiyə,...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib. Türkiyə mətbuatında dərc olunan xəbərlərdə deyilir ki, yeni şirkətin rəhbərliyinə Gunter Seymus təyin edilib. Onun SOCAR-ın Türkiyə və digər ölkələrdəki şirkətlərində 10 ildən...
Ölkə prezidenti İlham Əliyev əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlı təşəbbüs irəli sürüb.  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi açıqlama yayıb. Məlumata görə, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanunvericilik...
İqtisadçı ekspert Nazim Bəydəmirli ölkədə əsas sosial problmlərdən olan uşaq pulları ilə bağlı "Abzas"-a açıqlama verib. O öz açıqlamasında deyib ki, "Azərbaycanda hökümət uşaq pullarını illər öncə ölkədə demoqrafik problemin olmaması arqumentini səbəb gətirərək ləğv edib. Ancaq Azərbaycan dövləti sosial dövlət olduğu üçün uşaq pulları bərpa edilməlidir, çünki uşaq pulları...
2018-ci ildə dünyada birbaşa xarici investisiya (BXİ) artıq üçüncü il ardıcıl olaraq azalıb. UNCTAD iyunun 12-də “Dünya İnvestisiya Hesabatı 2019” adlı hesabatını açıqlayıb. Hesabatda bu düşüşün səbəbləri təhlil olunur, regiondakı son tendensiyalar və 2019-cu il üçün xarici birbaşa investisiyanın perspektivləri götür-qoy olunur. Cənub-şərqi Avropa və MDB ölkələrinin iqtisadiyyatına sərmayələr ötən il...
İnvestorların ABŞ-ın neft ehtiyatlarının azalması ilə bağlı narahatlığı üzündən dünya bazarında neftin qiyməti 3 faizə qədər azalıb. Bu haqda "RİA - Novosti" xəbər agentliyi məlumat yayıb. Xəbərə görə günorta 12-dən sonra WTI və Brent markalı neftlərin qiyməti keçən aydakına nisbətən 3 faizə qədər azalmağa başlayıb. Hal-hazırda dünya bazarında WTI markalı neftin...