Cümə axşamı, 23 Mart, 2023
“Azəristiliktəchizat” göstərdiyi xidmətə görə tarifi bahalandırmağa hazırlaşır.. Bu yaxınlarda Nazirlər Kabineti isti su təchizatını qiyməti dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarıb. Hazırda isti su Bakının mərkəzində bir sıra binalara verilir. Bunun üçün yaxınlıqda qazanxana və mühəndis kommunikasiyası tələb olunur. Bu xidmətin 1 kubmetri əhaliyə 0,40 manata, qeyri-əhali qrupuna 1,50 manata başa...
Vergilər Nazirliyi Bakıda keçirilən Şoppinq Festival ilə bağlı məlumat yayıb. Bakıda Şoppinq Festivalının başlanmasından ötən iki həftə ərzində alınmış malların ümumi məbləği 6 milyon 313,2 min manat təşkil edib. Alıcılara 612,97 min manatlıq əlavə dəyər vergisi (ƏDV) qaytarılıb. Nazirlik alıcılara 595 min manatın nağd qaydada qaytarıldığını bildirir. Azadlıq Radiosu xəbər verir ki,...
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 24-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Abzas.net xəbər verir ki, USD/AZN rəsmi məzənnəsi 1,7001 səviyyəsində müəyyən olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının dünən, fevralın 15-i verdiyi qərara əsasən, "PAŞA Bank" ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib. "Bank VTB (Azərbaycan)" ASC-nin isə 6 filialının lisenziyaları ləğv edilib. Azadlıq Radiosu xəbər verir ki, palatadan verilən məlumata görə, palatanın Direktorlar Şurasının iclasında "PAŞA Bank"ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev...
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,25 dollar və yaxud 2,59% azalıb. "Azeri LT CIF" markalı neftin qiyməti 47,06 dollar/barelə bərabər olub. "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycan nefti bahalaşmaqda davam edir. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,6 dollar və ya 3,56% artaraq 46,48 dollar təşkil edib.
Qazaxıstanın "Avrasiya Bankı" ("Eurasian Bank") Azərbaycan bazarına daxil ola bilər. "APA-Economics" xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Pavel Loginov "Forbes" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, beynəlxalq ekspansiya bankın strategiyasının tərkib hissəsidir: "Hazırda biz hansısa bir bankla konsolidasiya olunmağı və ya bank almağı planlaşdırmırıq. Lakin səhmdarlarımız bizim...
Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Abzas.net xəbər verir ki, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.
Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin bu günlərdə dərc etdiyi materiallarda bildirilir ki, keçən il Azərbaycanda gizli iqtisadiyyatın Ümumi Daxili Məhsulda (ÜDM) xüsusi çəkisi 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə demək olar ki, dəyişməyərək 30% təşkil edib. Lakin Dünya Bankının ekspertləri göstərir ki, ölkəmizdə müşahidə olunmayan iqtisadiyyatın payı ÜDM-in 40%-nə çatır. Ölkədə...
2017-ci ilin birinci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2785 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətdən verilən məlumata görə, BP-nin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə...