Bazar ertəsi, 26 Avqust, 2019
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  21 iyul 2016-cı il tarixli qərarı ilə “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, adıçəkilən qurum Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul...
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə işçi qrupunun rəhbəri Valter Verner Azərbaycan və ÜTT-ni danışıqlar prosesini sürətləndirməyə çağırıb. V.Verner Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə danışıqların növbəti raundunda ölkənin ticarət rejiminin təşkilatın norma və tələblərinə uyğunlaşdırılması üzrə addımlarını qeyd edib. Danışıqlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkədə...
Hazırda lisenziyası ləğv edilmiş Parabank-ın və Dekabank-ın bank olmayan kredit təşkilatına (BOKT-a) çevrilməsi onlar üçün ən yaxşı çıxış yolu hesab olunur. Lakin ənənəvi və müasir bankçılıq xidmətlərinin böyük bir hissəsini öz fəaliyyətlərində cəmləşdirən bankların BOKT-a çevrilmələri ilə udub-uduzacaqları nə olacaq, bu maraqlıdır... Bank BOKT olanda itirir:          Mərkəzi bankda və...
Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi olan SOCAR Trading-in Məhəmmədiyyə şəhərində (Mərakeş) Samir neft emalı zavodunun ləğvindən itkiləri 9 mln dollar təşkil edəcək. Bu barədə SOCAR Trading-in hesabatında deyilir. Reuters-in məlumatına görə, NEZ-nın Mərəkeşin vergi orqanları qarşısında borcları 1,3 mlrd dolları ötüb, ümumi borc isə 4,5 mlrd dollara çatıb, bu...
Bugün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti manatla depozit hərracında tələb 50 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % təşkil edib. Xatırladaq ki, Azərbaycanda 33 bank, o cümlədən dövlət iştirakı ilə 2 bank fəaliyyət göstərir.
Dünya bazarında neftin ucuzlaşma prosesi davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişi zamanı WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar azalaraq 44,06 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar azalaraq 45,57 dollar olub.
Azərbaycan Mərkəzi Bankı 25 iyul tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata əsasən, iyulun 25-ə olan rəsmi məzənnələr bülleteninə görə, ABŞ dollarının rəsmi məzənnəsi 1,5724 manat təşkil edir. Avro isə nisbətən ucuzlaşıb. Manata nəzərən avronun məzənnəsi 1,7259 manat təşkil edir. 1 türk lirəsi 0,5141 manat, 1 rus rublu 0,0243 manatdır.
Xəbər verdiyimiz kimi "Fitch" beynəlxalq agentliyi Azərbaycanla bağlı növbəti proqnozunu açıqlayıb. Daha əvvəl digər agentliklərin açıqlamalarında olduğu kimi "Fitch" də ölkəmizdə iqtisadiyyatın daha da gerilədiyini qeyd edərək, ümumi nəticədə proqnozunu "neqativ" olaraq bəyan edib. Abzas.net iqtisadçı ekspertlərdən agentliyin açıqlamasına münasibət öyrənib. "Ölkəyə investisiya cəlb etmək heç də asan olmayacaq" Ekspert Qubad İbadoğlu...
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli valyutada uzunmüddətli (LTLC) reytinqini “BB+”, reytinq üzrə proqnozunu isə "neqativ" kimi təsdiqləyib. “Report xəbər verir ki, agentlik Azərbaycanın xarici valyutadakı qısamüddətli (STFC) reytinqini isə “B”, həmçinin yeni yerli valyutada qısamüddətli (STLC) reytinqi “B” səviyyəsində təsdiq edib. “Fitch”in açıqlamasında deyilir ki, Agentlik Azərbaycanın suveren reytinqinə avqustun 26-da baxacaq: “Azərbaycanın kredit portfeli onun LTLC-dəki reytinqinin...
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) rəhbəri Rüfət Aslanlı iyulun 22-də keçirdiyi mətbuat konfransında "Bank Standard" barədə diqqət çəkən fikirlər səsləndirərək, vətəndaşları səbirli olmağa çağırıb. Onun sözlərinə görə, həmin bankda 150 minə yaxın hesab var: "Biz 150 min nəfərin əmanətini dollarla qaytara bilərik. Bu isə digər əmanətçilərin narazılığına səbəb ola...