Şənbə, 30 May, 2020
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan verilən məlumata görə, bu vəsaitdən 49,1 mln. dollar məbləğində vəsait 29 banka satılıb. Qeyd edək ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan bölgəsində yerləşən bir neçə obyektdə İzmir hüquq-mühafizə orqanları rəhbərliyi ilə xüsusi əməliyyat keçirilir. Aparılan əməliyyat-axtarış tədbirlərinin səbəbi kimi şirkətin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə iddia edilən əlaqəsidir. İzmir polisinin şirkətin hansı işçilərini saxladığı barədə məlumat verilmir. Qeyd edək ki, 1965-ci ildə yaradılan Petkim şirkəti 2008-ci...
Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi ilə əlaqədar olaraq ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir. "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, bu gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Azərbaycan neftinin ucuzlaşması davam edir. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,13 dollar və ya 2,57% azalaraq 42,84 dollar təşkil edib.
Standard & Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutadakı uzunmüddətli kredit reytinqi ilə bağlı yeni proqnozunu açıqlayıb. Agentlik indiyədək “stabil” qiymətləndirilən proqnozu “neqativ”ə endirib. Proqnozun aşağı salınması ölkə iqtisadiyyatının zəifləməkdə olması ilə izah edilib. Bu haqda agentliyin press-relizində bildirilir. Agentlik Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib. “2016-cı ilin 6...
Yayın əvvəllərindən başqa, daha mühüm hadisələrin unutdurduğu neft kəskin ucuzlaşması ilə yenidən xəbər başlıqlarına çıxıb. CNBC, aparıcı neft ekspertlərindən John Kilduffa istinadən bildirir ki, qiymətin növbəti dayanacağı bir barrel üçün 35 dollar ola bilər. CNBC bunu da vurğulayır ki, bir barrel üçün 40 dollar həddi əksər neft hasilatçıları üçün psixoloji məna...
Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sabah üçün 1,5883 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,5851 manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi azalmaqda davam edir. Mərkəzi Bankın açıqladığı statistikada bildirilir verir ki, 2016-cı il iyul ayının 29-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 162,9 mln. ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 338,6 mln. dollar...
"Azərbaycan İpoteka Fondu" ASC 2016-ci ilin iyul ayınn yekunu üzrə göstəricilərini açıqlayıb. Fins.az-ın məlumatına görə, iyun ayında olduğu kimi, iyul ayında da ipoteka kreditləşməsi tamamilə tamamilə dayanıb. Nəticədə avqust ayının 1-ə ölkədə verilən ümumi məbləği 730 802,4 min manat olan 17 997 ipoteka krediti verilib. İlin əvvəlində isə ipoteka kreditlərinin...
Paytaxt Bakıda "Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya" enerji halqasının yaradılması barədə texniki şərtlər müzakirə olunub. Müzakirələrdə Rusiyanın "Rosseti", "İnter RAO", "Gürcüstanın Dövlət Elektrik Sistemi"nin və "Azərenerji" ASC-nin rəsmiləri iştirak edib. Tədbirdə həmçinin sözügedən halqa vasitəsilə elektrik enerjisinin nəqlinin tənzimlənməsi mexanizmi müzakirə edilib. Tərəflər yuxarıda qeyd edilən məsələlərlə bağlı informasiya mübadiləsinin aparılmasına dair razılıq əldə edib.