Bazar ertəsi, 19 Avqust, 2019
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının iyulun 19-na rəsmi məzənnəsini 1,5631 AZN/USD səviyyəsində müəyyən edib. AMB-dən verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir. Qeyd edək ki, iyulun 18-də rəsmi məzənnə 1,5600 AZN/USD olub.    
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 3 991,0 mln. manat, büdcə xərcləri isə 2 256,7 mln. manat təşkil edib. İlin I yarısında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 689,5 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından...
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 3 781,7 min ton xam neft, 3 162,1 mln. kubmetr təbii qaz hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, xam neft hasilatında ötən ilin I yarısından 8,6%, qaz hasilatında isə 6,2% azalma olub. İlin altı ayı ərzində hasil olunan xam neftin...
Bu ilin 6 ayında Azərbaycana cəmi 2 min 573 nəqliyyat vasitəsi idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin ilk 6 ayı ilə müqayisədə 6.9 dəfə azdır. Bu ilin ilk yarısında ölkəyə cəmi 39 mikroavtobus, 2 min 222 minik, 252 yük və 60 xüsusi təyinatlı avtomobil gətirilib. İqtisadçılar ölkəyə...
Azərbaycandan İrana yüksüz gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda yoxlama zamanı avtomobilin kabinindən, sürücü oturacağının üst istiqamətində kabinin tavanına bitişik olan, zavod konstruksiyasında əşyaların saxlancı üçün nəzərdə tutulmuş qutunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan 20 500 ABŞ dolları aşkar...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşası davam edən, ümumi dəyəri 5,6 mld. dollar olan STAR neft emalı zavodunun 70% hissəsi tamamlanıb. Bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev Türkiyənin "Hürriyet" qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, indiyədək neft emalı zavodu layihəsinə xərclənən vəsait 4 mlrd. dollar olub. V. Əliyev "Petkim Petrokimya...
Keçmiş SSRİ ölkələrində məbləğin artırılması tendensiyası müşahidə olunur Azərbaycanda minimum əmək haqqının məbləği sonuncu dəfə 3 il əvvəl - 2013-cü ilin sentyabrında qaldırılıb. O zaman minimum əmək haqqının məbləği 105 manata yüksəlib. Keçmiş SSRİ ölkələrindəki minimum əmək haqlarının məbləğinin artırılması tendensiyasını araşdıran iqtisadçı ekspert Samir Əliyev deyir ki, o zaman Azərbaycanda...
Neft qiymətləri dünya bazarlarında yenidən ucuzlaşıb. Nyu-York Birjasında (New York Mercantile Exchange) Texas xam nefti 0.97 dollar ucuzlaşaraq 45.34 dollar olub. Brent markalı xam neftin London Birjasında (InterContinental Exchange Futures) qiyməti də 1.15 dollar  uşuclaşaraq 46.75 dollara satılıb. Azərbaycanın xam nefti "Azeri Light"-ın qiyməti isə 1.31 dollar ucuzlaşaraq 47.33 dollara düşüb.  
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 milyard 133,8 milyon manat vəsait daxil olmuş, büdcədən 6 milyard 821,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 687,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,5 faizi səviyyəsində olmuşdur. Mənbə: marja.az    
Dövlət Neft Fondu (DNF) və Mərkəzi Bank bu gün növbəti hərrac keçirib. DNF-dən verilən xəbərə görə, hərraca 50 mln. ABŞ dolları çıxarılıb. Mərkəzi Bank da eyni həcmdə - 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarıb. Fonddan bildiriblər ki, həmin vəsaitləri 24 bank alıb. DNF-dən il ərzində hərraclar vasitəsilə valyuta satışının davam etdiriləcəyi...