Çərşənbə axşamı, 10 Dekabr, 2019
Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi olan SOCAR Trading-in Məhəmmədiyyə şəhərində (Mərakeş) Samir neft emalı zavodunun ləğvindən itkiləri 9 mln dollar təşkil edəcək. Bu barədə SOCAR Trading-in hesabatında deyilir. Reuters-in məlumatına görə, NEZ-nın Mərəkeşin vergi orqanları qarşısında borcları 1,3 mlrd dolları ötüb, ümumi borc isə 4,5 mlrd dollara çatıb, bu...
Bugün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti manatla depozit hərracında tələb 50 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % təşkil edib. Xatırladaq ki, Azərbaycanda 33 bank, o cümlədən dövlət iştirakı ilə 2 bank fəaliyyət göstərir.
Dünya bazarında neftin ucuzlaşma prosesi davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişi zamanı WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar azalaraq 44,06 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar azalaraq 45,57 dollar olub.
Azərbaycan Mərkəzi Bankı 25 iyul tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata əsasən, iyulun 25-ə olan rəsmi məzənnələr bülleteninə görə, ABŞ dollarının rəsmi məzənnəsi 1,5724 manat təşkil edir. Avro isə nisbətən ucuzlaşıb. Manata nəzərən avronun məzənnəsi 1,7259 manat təşkil edir. 1 türk lirəsi 0,5141 manat, 1 rus rublu 0,0243 manatdır.
Xəbər verdiyimiz kimi "Fitch" beynəlxalq agentliyi Azərbaycanla bağlı növbəti proqnozunu açıqlayıb. Daha əvvəl digər agentliklərin açıqlamalarında olduğu kimi "Fitch" də ölkəmizdə iqtisadiyyatın daha da gerilədiyini qeyd edərək, ümumi nəticədə proqnozunu "neqativ" olaraq bəyan edib. Abzas.net iqtisadçı ekspertlərdən agentliyin açıqlamasına münasibət öyrənib. "Ölkəyə investisiya cəlb etmək heç də asan olmayacaq" Ekspert Qubad İbadoğlu...
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli valyutada uzunmüddətli (LTLC) reytinqini “BB+”, reytinq üzrə proqnozunu isə "neqativ" kimi təsdiqləyib. “Report xəbər verir ki, agentlik Azərbaycanın xarici valyutadakı qısamüddətli (STFC) reytinqini isə “B”, həmçinin yeni yerli valyutada qısamüddətli (STLC) reytinqi “B” səviyyəsində təsdiq edib. “Fitch”in açıqlamasında deyilir ki, Agentlik Azərbaycanın suveren reytinqinə avqustun 26-da baxacaq: “Azərbaycanın kredit portfeli onun LTLC-dəki reytinqinin...
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) rəhbəri Rüfət Aslanlı iyulun 22-də keçirdiyi mətbuat konfransında "Bank Standard" barədə diqqət çəkən fikirlər səsləndirərək, vətəndaşları səbirli olmağa çağırıb. Onun sözlərinə görə, həmin bankda 150 minə yaxın hesab var: "Biz 150 min nəfərin əmanətini dollarla qaytara bilərik. Bu isə digər əmanətçilərin narazılığına səbəb ola...
Dünya birjalarında neft ucuzlaşır. Bakı vaxtı ilə saat 18:40-da Brent nefti 1,1% ucuzlaşma ilə 45.69 dollara, ABŞ xam nefti isə 1,2% ucuzlşama ilə 44,19 dollara düşüb. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti isə 1,47 dollar və yaxud 3,1% ucuzlaşaraq 46,67 dollara bərabər...
“AFB Bank”, “AGBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Kapital Bank”, “Muğanbank” və “Turanbank”da dolların satışı 1.63 manatı keçib. “Naxçıvanbank”dan başqa digər bütün banklarda dollar 1.60 manatdan başlayaraq satılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. “APA-Economics”-in xəbərinə görə, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Palata bu qərarını həmin...